Benjamin Dizraeli
Görünüş
Benjamin Dizraeli | |||
Doğum tarixi | 21 dekabr 1801 | ||
Doğum yeri | London, Böyük Britaniya | ||
Vəfat tarixi | 19 aprel 1881 | ||
Vəfat yeri | London, Böyük Britaniya | ||
Dəfn yeri | St Michael and All Angels Churchyard | ||
|
Benjamin Dizraeli (21 dekabr 1801 - 19 aprel 1881) — Böyük Britaniyanın 42-ci baş naziri, yazıçı, siyasi xadim.
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Aralarında heç bir əlaqə və simpatiya olmayan iki millət; müxtəlif planetlərin sakinləri kimi bir-birlərinin vərdişlərindən, düşüncələrindən və hisslərindən xəbərsiz olanlar; övladlarını fərqli böyüdən, fərqli yeməklər yeyən, fərqli ədəb öyrədən; müxtəlif qanunlarla yaşayanlar... Varlı və kasıb.
- Avropa tərəqqidən danışır, çünki o, bir neçə elmi kəşfin köməyi ilə rahatlığı sivilizasiya ilə səhv salan bir cəmiyyət qurdu.
- Ayrılıq qəfildən olmalıdır.
B
[redaktə]- Bəxt, uğur, şöhrət və güc xoşbəxtliyi artıra bilər, amma gətirə bilməz; yalnız sevgi xoşbəxtlik verir.
- Bəli, mən yəhudiyəm və mənim hörmətli rəqibimin əcdadları naməlum adada vəhşi olanda, mənim əcdadlarım Süleymanın məbədində kahin olublar.
- Bir daha deyirəm ki, bütün güc etibardır; onun icrasına cavabdeh olduğumuzdur, hər şey xalqdan qaynaqlandığına və hər şey mövcud olmalı olduğuna inanımızdır.
- Biz hamımız sevgi üçün doğuluruq bu mövcudluq prinsipidir və onun yeganə məqsədidir.
- Bütün ağıllı insanlar eyni dinə etiqad edirlər. Nə cür? Ağıllı insanlar heç vaxt bu barədə danışmırlar.
Ç
[redaktə]- Çox ağıllı deyilsinizsə, çevik olmalı olacaqsınız.
D
[redaktə]- Dünya, pərdə arxasında olmayanların təsəvvür etdiyindən çox fərqli personajlar tərəfindən idarə olunur.
E
[redaktə]- Evlilikdən daha böyük risk və xoşbəxt evlilikdən daha böyük qazanc yoxdur.
Ə
[redaktə]- Ədalət əməldə həqiqətdir.
- Əgər xalq təmizdirsə, qanunların heç bir faydası yoxdur. İnsanlar korrupsionerdirsə, qanunlar mənasızdır.
G
[redaktə]- Cahilliyimizin fərqində olmaq biliyə doğru böyük bir addımdır.
- Gənclik səhvlər edir, yetkinlik bu səhvlərlə mübarizə aparır, qocalıq bu səhvlərin peşmançılığını çəkir.
- Güclü müxalifətin olmadığı yerdə heç bir hökumət özünü həqiqətən təhlükəsiz hesab edə bilməz.
- Gücün və xoşbəxtliyin əsas sağlamlıqdır.
H
[redaktə]- Hamımız həyatımızda ən azı bir dəfə bizi əbədi düşündürən sözlər söyləyən bir insanla qarşılaşırıq. Elə adamlar var ki, cümlələri kahindir; həyatın sirlərini bir cümlə ilə yığışdıran; xarakteri formalaşdıran və ya varlığı göstərən aforizmi söyləyən.
- Hamımız məhəbbət üçün doğuluruq, bu varlığın prinsipi və yeganə məqsədidir.
- Heç vaxt mübahisələrə qoşulmayın. Cəmiyyətdə heç nəyi müzakirə etmək lazım deyil, əvəzində yalnız nəticələr verin.[1]
- Heç vaxt şikayət etməyin və heç kimə heç nə izah etməyin.
- Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.
- Həyatda, bir qayda olaraq, ən yaxşı məlumatı olanlar başqalarından daha çox uğur qazanırlar.
- Həyatda uğurun sirri insanın fürsətdən istifadə etməyə hazır olmasıdır.
İ
[redaktə]- İctimai sağlamlıq xalqın xoşbəxtliyinin və dövlətin gücünün dayandığı təməldir.
- İlk məhəbbətin bütün sehri ondan ibarətdir ki, sən hələ bilmirsən ki, ondan sonra ikincisi olacaq.
- İlk sevginin sehri ondadır ki, biz onun heç vaxt bitəcəyinə inanmırıq.
- İnsanın cahil olduğunu bilməsi biliyə doğru atılmış ilk addımdır.
- İnsanlar təmiz olduqda, qanunlar faydasızdır; kişilər pozulduqda qanunlar pozulur.
K
[redaktə]- Kiçik şeylər kiçik insanlar yaradır.
- Kitablar ölümcüldür. Onlar bəşər övladının bəlasıdır. Mövcud kitabların 90 faizi cəfəngiyyatdır və bir neçə ağıllı kitab da bu cəfəngiyyatın təkzibidir. İnsanın başına gələn ən böyük fəlakət çapın ixtirası oldu.
- Komaların bədbəxt olduğu yerdə saraylar təhlükəsizlikdə ola bilməz.
Q
[redaktə]- Qəhrəmanlığa inam qəhrəmanlar yaradır.
- Qətllər heç vaxt dünya tarixinin gedişatını dəyişdirə bilməyib.
- Qətilik - siyasətin dili deyil.
L
[redaktə]- London müasir Babildir.
M
[redaktə]- Mən kasıb yaşadım, zəngin ölürəm, ancaq əksinə daha yaxşı olardı.
- Müdriklərin hikmətini və tarixin dərslərini sitatlarla qoruyub saxlamaq olar.
- Mütərəqqi ölkədə dəyişiklik qaçılmazdır. Dəyişiklik daimidir.
- Müxtəliflik həzzin anasıdır.
- Müvəffəqiyyətin sirri israrla istəməkdir.
- Müvəffəqiyyətin sirri, məşğul olduğun mövzuya hakim olmaqdır.
S
[redaktə]- Sevgidən daha artıq yalnız pul insanı həyəcanlandırır.
- Səbir dahinin zəruri tərkib hissəsidir.
- Səyahətlər tolerantlığı öyrədir.
T
[redaktə]- Tələsik böyük insan olmaq cəhdindən çəkinin. Çünki, bu cür cəhdlərdən yalnız 10 000-də biri uğurlu olur. Bu qorxulu statistikadır. [2]
U
[redaktə]- Uğurun sirri məqsədə sadiq qalmaqdadır.
- Uğurun sirri səbrli olmaqdır.
Ü
[redaktə]- Üç növ yalan var - yalanlar, lənətə gəlmiş yalanlar və statistika.
- Ümidsizliyə qapılmaq qabaqcadan məğlubiyyətlə barışmaq deməkdir.
V
[redaktə]- Vaxt qiymətlidirsə, həqiqət ondan da qiymətlidir.
- Vərdişlərin zəncirləri əəvvəlcə hiss edilməyəcək qədər zərif, sonra isə qırılmayacaq qədər güclü olur.
Y
[redaktə]- Yetkinliyin məyusluğu gənclik illüziyasının ardınca gəlir.
Z
[redaktə]- Zənginlik xəsislik və həyasızlıq doğurur.