Yeraltı sular

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
AlapahaRiver2002
Yeraltı su axını

Yeraltı sular – Yer qabığının üst hissələrindəki süxur qatlarında maye, sülb və ya buxar halında olan sular; su saxlayan süxur xüsusiyyətindən asılı olaraq məsamə, çat və karst sularına bölünür. Yeraltı sular təzyiqsiz qrunt suları və təzyiqli artezian sularına ayrılır. Yeraltı suların tərkibi 60-dan çox kimyəvi elementlə doymuş olur. Yeraltı sular minerallaşma dərəcəsindən asılı olaraq şirin, şortəhər, şor, duzlu sulara bölünür. Temperaturuna görə soyumuş, çox soyuq, ilıq, isti, çox isti və qaynar olur. Tərkibindəki qazlar əsasən karbonlu, hidrogen-sulfidli, azotlu, kükürdlü, metanlı və qarışıq sulara ayrılır. Yeraltı suları-içməli sular, sənaye suları, mineral sulartermal sulara ayırırlar.[1]

Yeraltı suların çirklənməsi

[redaktə | vikimətni redaktə et]

Sənaye müəsisələrinin, xüsusilə energetika, neft-kimya və kimyəvi komplekslərinin fəaliyyəti, həmçinin neftin çıxarılması zamanı çirkləndirici maddələrin yeraltı sulara daxil olması. Kənd təsərrüfatı da çirklənmə mənbəyi ola bilər: tarlalardan gübrələrin yuyulması, maldarlığın çirkab axıntıları.

Yeraltı su yataqlarının öyrənilməsinin əsas prinsipləri

[redaktə | vikimətni redaktə et]

Müxtəlif tip yeraltı su yataqlarnın öyrənilməsinin əsas prinsipləri aşağıdakılardır:

Hər bir obyektdə hidrogeoloji axtarış və kəşfiyyat işlərinin təşkilinin hidrogeoloji əsaslandırılması və iqtisadi səmərəlilik prinsipi

Bu prinsip iki hissədən ibarətdir: birinci hissədə şirin YSY-nin axtarış və kəşfiyyat işlərinin təşkili suya əvvəlcədən bildirilmiş təlabata uyğun aparılır. Burada məqsəd verilən rayon üçün yeraltı suların digər su mənbələri (yerüstü sular, su anbarları və s.) ilə müqayisədə üstünlüyünü sübuta yetirməkdir. Əgər tədqiqat rayonunda yeraltı sular mümkün su təchizatı mənbəyi kimi digər su mənbələrindən üstünlüyə malikdirsə, axtarış-kəşfiyyat işlərinin təşkilinin iqtisadi səmərəliliyi ilkin mülahizələr və təxmini hesablamalarla asanlıqla sübuta yetirilir. Belə ilkin mülahizələr axtarış işlərinin proqra-mında və ya layihəsində qeyd olunur. Daha mürəkkəb vəziyyət-də, yəni iki və ya üç su təchizatı mənbəyi təxminən eyni iqtisadi göstəricilərə malikdirsə, axtarış-kəşfiyyat işlərinin bərabər hüquq-lu aparılması texniki-iqtisadi məlumatda (TİM) dəqiq və hər-tərəfli işıqlandırılır. TİM bu halda geolojikəşfiyyat təşkilatı ilə marağı olan layihə institutunun birgə iştirakı ilə hazırlanır.

Yeraltı su yataqlarının öyrənilməsinin mərhələlik prinsipi

Bu prinsipin mahiyyəti konkret yeraltı su yataqları haqqında- yatağın formalaşması şəraitinin öyrənilməsindən, yeraltı suların təbii ehtiyat və resursunun proqnozundan başlamış yeraltı suların istismar ehtiyatının miqdarca qiymətləndirilməsinə qədər olan bütün məlumatların ardıcıllıqla, yəni mərhələlər üzrə toplanılmasından ibarətdir.

Yatağın tədqiqatının tamlıq, dolğunluq prinsipi

Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, yatağın tədqiqatı zamanı işlər elə tam və dolğun aparılmalıdır ki, yeraltı suların ehtiyatını bu və ya digər kateqoriya üzrə qiymətləndirmək mümkün olsun. Yeraltı suların istismar ehtiyatının ayrılmasının dürüstlüyü və onların kəşfiyyatının ümumi prinsipləri bir sıra təbii amillər-dən asılıdır: 1) yeraltı suların formalaşması mənbələrini miqdarca qiymətləndirməyə və bütövlükdə istismar ehtiyatını qiymətləndirməyə imkan verən geoloji və hidrogeokimyəvi mürəkkəblik dərəcəsi; 2) susaxlayan süxurların süzülmə xüsusiyyətlərinin yeraltı suların istismar ehtiyatının qiymətləndirilməsi üçün bu və ya digər üsulun tətbiqi imkanlarını təyin edən qeyri-bircinslilik dərəcəsi; 3) yeraltı suların uzunmüddətli istismarı üçün onların keyfiyyətinə verilən proqnozun etibarlılıq dərəcəsi.

Yeraltı suların istismarı zamanı ətraf (geoloji) mühitin qorunması, o cümlədən onların (yeraltı suların) çirklənmədən mühafizəsi prinsipi

Bu prinsipin mahiyyəti yeraltı su yataq-larının uzunmüddətli istismarı zamanı onların tükənmədən və çirklənmədən mühafizəsidir və məzmununa görə iki hissədən ibarətdir: birinci hissə — ətraf mühitin iri sugötürücü sistemlərin uzunmüddətli istismarı prosesində texnogen proseslərin neqativ təsirindən xəbərdarlıq tədbirlərinin əsaslandırılması ilə bağlı təlabatları nəzərdə tutur. İkinci hissə yeraltı suların çirklən-mədən və tükənmədən mühafizəsini özündə əks etdirir.

Yeraltı su yataqlarının kəşfiyyatı zamanı minimum əmək, vaxt və vəsait sərfi prinsipi

Bu prinsipin mahiyyəti ondan ibarət-dir ki, minimum əmək, vaxt və vəsait sərf etməklə kəşfiyyat işlə-rinin həyata keçirilməsi zamanı etibarlılığın azalmaması gözlənilməlidir.

Hidrogeoloji işlərin səmərəsinin yüksəldilməsinin bu prinsipdən irəli gələn zəruri şərtləri öyrənilən rayon üzrə axtarış- kəşfiyyat işlərinin layihələndirilməsi mərhələsində hidrogeoloji mürəkkəblik dərəcəsinin proqnozlaşdırılması; rayon üzrə yeraltı suların istismarının mövcud tədqiqatının qeydiyyatı hesab olunur.[2]

  1. Məmmədov Q. Ş. Xəlilov M. Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008
  2. E. A. Məmmədova. Hidrogeoloji tədqiat üsulları. Bakı-2008

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]