Xristianlıqda Ata
Erkən Dövr
Tarix və Ənənələr
Məzhəblər və Hərəkatlar
Əsas mövzular
|
Ata yaxud Ata-Allah — xristianlıqda ümumiyyətlə Allaha və xüsusi olaraq Üç üqnumun birinci Sifətinə verilən addır.
Xristianlıqda Ata-Allah, Oğul və Müqəddəs Ruh ilə birlikdə bir Allahın üç Sifətindən biridir. Bir Allahın üç Sifəti əqidəsinə Üç üqnum və ya Müqəddəs Üçlük deyirlər. Pravoslav, katolik və protestant olmaq üzrə bütün xristian kilsələri bu əqidəyə inanırlar.
Əhdi-Cədiddə Allah “Ata” adlandırılır, İsa Məsih Allaha adətən “Atam” deyə xitab edir.
Birinci Nikeya Kilsə Məclisində (eramızın 325-ci ili) qəbul olunmuş Nikeya iman simvolu bu sözlərlə başlanır:
“Mən Allaha, qüdrətli Ataya, göyü-yeri, gözlə görünən də, görünməyən də hər şeyi Yaradana inanıram”.[1]
“Afanasi iman simvolu”nda (eramızın IV əsri) Ata-Allah haqqında belə yazılmışdır:
“Ata necədirsə, Oğul da belədir, Müqəddəs Ruh da belədir.
Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır.
Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur.
Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir.
Lakin üç əbədi Varlıq deyil, bir əbədi Varlıqdır…
Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allahdır, lakin üç Allah deyil, bir Allahdır.
Ata Rəbb, Oğul Rəbb və Müqəddəs Ruh Rəbdir, lakin üç Rəbb deyil, bir Rəbdir”.[2]
Ümumiyyətlə, xristianlar Allaha Ata dedikdə, onların qayğısına qalan, bütün ehtiyaclarını ödəyən, onları şərdən qoruyan bir Allahı nəzərdə tuturlar. Xristian kilsəsi "Ata" və "Oğul" adlarını həmişə məcazi mənada başa düşmüşdür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bax: Библиотека Гумер. Никейский смивол веры, http://www.gumer.info/bogoslov_Buks/History_Church/simvol/nikei.php Arxivləşdirilib 2021-05-16 at the Wayback Machine
- ↑ Афанасьевский символ веры http://antology.rchgi.spb.ru/Athanasius/credo.htm Arxivləşdirilib 2021-07-27 at the Wayback Machine
Mənbə
[redaktə | mənbəni redaktə et]- Катехизис католической церкви. Глава первая. Верую в Богу Отца: http://krotov.info/acts/20/2vatican/0198.html
- В.Н.Лосский. Очерк мистического богословия Восточной Церкви. Глава III. Бог-Троица. http://www.vehi.net/vlossky/03.html