Xəndəkotu
Xəndəkotu | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Xəndəkotu |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Xəndəkotu (lat. Symphytum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi.
Çoxillik hündür otdur. Tamkənarlı yarpaqları növbəli düzülür. Qırmızı-bənövşəyi, göy, çəhrayı, sarı, ağ və s. çiçəkləri qıvrım çiçək qrupunda yerləşir. Ləçəkləri boruvarıdır. Meyvəsi toxumçadır. Avropa, Çənubi Asiya və Şimali Afrikada 25-dək, Azərbaycanda 3 növü məlumdur. Rütubətli yerlərdə bitir. Dərman xəndəkotunun (lat. Symphytum officinalis) kök və kökümsovunda alkaloid və aşı maddəsi var. Tibdə və baytarlıqda iltihaba qarşı və qankəsən dərman kimi istifadə edilir. Azərbaycanda bitən cod xəndəkotu (lat. Symphytum asperum) donuz və adadovşanları üçün yemdir. Hər 2 növ yaxşı balverən, həmçinin boyaq bitkisidir. Yoğunkök xəndəkotu yeyilir. Qafqaz xəndəkotu, iriçiçək xəndəkotu və s. dekorativ bitki kimi becərilir.
Növləri
[redaktə | mənbəni redaktə et]- Symphytum asperum Lepech. — Cod xəndəkotu [syn. Symphytum asperrimum Sims]
- Symphytum caucasicum M.Bieb. — Qafqaz xəndəkotu
- Symphytum cordatum Willd. — Ürəkşəkilli xəndəkotu
- Symphytum grandiflorum DC. — İriçiçək xəndəkotu
- Symphytum ibericum Steven
- Symphytum officinale L. — Dərman xəndəkotu
- Symphytum orientale L.
- Symphytum peregrinum Ledeb.
- Symphytum tauricum Willd. və ya Krım xəndəkotu
- Symphytum tuberosum L. — Yoğunkök xəndəkotu
- Symphytum ×uplandicum Nyman
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 66. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 136.