38°53′28″ şm. e. 77°02′52″ q. u.HGYO

Vyetnam şəhidləri abidəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vyetnam şəhidləri abidəsi
Vietnam Veterans Memorial
Yaradılma tarixi 13 noyabr 1982[1]
Ziyarətçi sayı
  • 1.585.525 nəf. (2020)[2]
Yerləşməsi
38°53′28″ şm. e. 77°02′52″ q. u.HGYO
Ölkə
nps.gov/vive/index.htm
Vyetnam şəhidləri abidəsi xəritədə
Vyetnam şəhidləri abidəsi
Vyetnam şəhidləri abidəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vyetnam şəhidləri abidəsiABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən və Vyetnam müharibəsində döyüşüb şəhid olmuş və ya itkin düşmüş Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri mənsublarına həsr olunmuş milli bir abidə-qəbiristandır.

Dizaynı və tikintisi olduqca mübahisəli olan Vyetnam şəhidlər abidəsinə müxtəlif zamanlarda bəzi əlavələr edilmişdir. Abidə üç əsas hissədən ibarətdir. Üç Əsgər Heykəli (Three Soldiers Statue), Qadınlara həsr olunmuş Vyetnam abidəsi (Vietnam Women's Memorial) və abidə məzarının ən tanınmış hissəsi olan Vyetnam Şəhidləri Abidə Divarı (Vietnam Veterans Memorial Wall).

Abidə məzar Vyetnamda ABŞ ordusunda döyüşmüş bir əsgər olan Can Skraqsdan ilham alınaraq hazırlanmışdır. Mart 1979-cu ildə Ovçu adlı filmi görən Can Skraqs bu filmi izlədikdən sonra Vyetnamda acı çəkən və ölən insanların adlarını yazacağı bir abidə hazırlanması fikrini ortaya çıxarmışdır.

Abidə məzarın ən tanınmış qismi olan Vyetnam Şəhidləri Abidə Divarı Maya Lin tərəfindən dizayn edilmişdir. Bu abidə məzar 2007-ci ildə AMİ(Amerikan Memarlıq İnstitutu) tərəfindən hazırlanan Amerikanın Favorit Memarlıq siyahısında ən favorit onuncu memarlıq əsəri olaraq seçilmişdir.