35°39′41″ şm. e. 139°46′11″ ş. u.HGYO

Tsukici balıq bazarı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tsukici bazarının panoraması

Tsukici bazarı (yap. 築地市場 — Tsukici şico) — balıq və dəniz məhsulları üzrə ən böyük topdansatış bazarı. Bazar Yaponiyanın paytaxtı Tokio şəhərinin mərkəzi hissəsində yerləşir və turistlər üçün əsas görməli yerlərdən biri hesab olunur. Bazarda gün ərzində 2000 ton balıq və dəniz məhsulu satılır.

Daha çox Tsukici balıq bazarı kimi tanınan Tokio şəhər topdansatış bazarı Tsukicişico metrostansiyası|Tsukicişico və Tsukici metrostansiyası|Tsukici metrostansiyaları yaxınlığında yerləşir.

Bazar iki hissədən ibarətdir:

  • Daxili bazar adlanan hissə lisenziyası olan topdansatış bazarıdır. Burada dəniz məhsullarının alış və satışı həyata keçirilir, 900 lisenziyası olan ticarətçinin qayıqları yerləşir.
  • Xarici bazarda isə, topdansatış ilə yanaşı Yaponiya mətbəxi malları, restoranlar üçün hazır məhsullar satan müxtəlif dükanlara rast gəlmək olur. Burada, həmçinin, çoxlu sayda suşi hazırlamaq üzrə ixtisaslaşmış restoranlar yerləşir.

Xarici bazardakı mağazaların çoxu günortaya qədər bağlanır, daxili bazardakılar isə daha tez bağlanır.

Bazarda kiçik sardinlərdən 300 kq-lıq tuna balıqlarına, ucuz dəniz yosunlarından bahalı balıq ikrasına kimi 400 növdən çox dəniz məhsulları tapmaq olar.[1]

Təxminən 700 min ton dəniz məhsulu Tokiodakı 3 balıq bazarının piştaxtalarından keçir, dəyəri pul hesabı ilə 600 milyard ien (təqribən 5,5 milyard ABŞ dolları) təşkil edir. Tsukici bazarından hər gün 2 min tondan çox dəniz məhsulu keçir. Burada işləyən qeydiyyatdan keçmiş işçilərin sayı 60 min ilə 65 min arasında dəyişir. Onlara ticarətçilər, auksion mühasibləri, şirkətlərin nümayəndələri aiddir.

Bazarda ən diqqətçəkən məqamlardan biri donmuş tuna balıqlarının boşaldılmasıdır.

Tsukici bazarı bazar günləri, bayram və nadir hallarda səhər saat 03:00-da başlayan mal qəbulu günlərindən başqa dəmək olar ki, hər səhər açıqdır. Ticarət səhər 05:00-da başlayır. Alıcılar sırasına topdansatış alverçiləri, burada məhsul satanlar, eyni zamanda, restoranlar üçün mal alanlar, ərzaq məhsulları istehsal edən şirkətlər və pərakəndə alverçilər aiddir. Alış-veriş adətən səhər saat 07:00-da bitir. Bundan sonra alınmış balıqlar başqa bir məntəqəyə aparılmaq üçün yük gəmilərinə yüklənir və ya kiçik arabalar ilə bazarın içindəki çoxsaylı dükanlara daşınır. Burada növbəti pərakəndə satış üçün sahibkarlar balıqları bölüb hazırlayırlar. Tuna və qılınc balıqları kimi böyük balıqların kəsilib bölünməsi çox ehtiyatla aparılır. Məsələn, tuna balığı böyük mişar ilə kəsilir, kəsilmiş hissələri isə, orosi hote, hante hote, maquro-bote adlanan, uzunluğu 1 metrə yaxın olan bıçaq ilə doğranılır.

Səhər saat 05:00–08:00 arasında bazarda böyük canlanma olur, sonrakı saatlarda isə, insanların sayı getdikcə azalır. Piştaxta və mağazaların əksəriyyəti səhər saat 11-də, bazar günləri isə günorta saat 1-də bağlanır.

Turistlər bazara hər gün səhər saat 05:00-dan 06:15-ə kimi gəlib, xüsusi ayrılmış yerdən bazarın iş prosesini müşahidə edə bilərlər. Qidanın təmizliyi haqqında qanuna riayət edilib-edilməməsinə isə, Tokio şəhər idarəsinin müfəttişləri nəzarət edir.

  1. Heller, Peter (2006) "The Whale Warriors: Whaling in the Antarctic Seas" Arxivləşdirilib 2016-04-18 at the Wayback Machine National Geographic Adventure

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]