Tokio Vətəndaş Günü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tokio Vətəndaş Günündə Ueno zooparkına giriş pulsuz olur.

Tokio Vətəndaş Günü (都民の日, Tomin no hi?)Yaponiyanın paytaxtı Tokio şəhərində hər ilin 1 oktyabr tarixində qeyd olunan əlamətdar gün.

Günün yaranma tarixi Meyci dövrü ilə bağlıdır. 1889-cu ildə rəsmi şəkildə Tokio şəhəri təşkil olunmuşdur. Lakin bələdiyyə sistemində bir istisna olaraq Tokio şəhərinin meri və meriyası yox idi, vətəndaşların şəhər idarəetməsində iştirakı məhdudlaşdırılmışdı. Şəhər idarəetməsini vətəndaşlara açıq etmək üçün başlayan hərəkat uğurlu olmuş və 1 oktyabr 1898-ci ildə bu sistem ləğv olunmuşdur. Nəticədə, Tokio özünü idarə edən şəhər olmuşdur. Bu hadisəni xatırlamaq üçün 1 oktyabr tarixi Muxtariyyəti Anma Günü elan olunmuşdur. 1952-ci ildə isə günün adı Tokio Vətəndaş Günü olaraq dəyişdirilmişdir.[1]

Tokio Vətəndaş Gününün yaddaqalan xüsusiyyətlərindən biri 1956–1997-ci illərdə satılmış xüsusi xatirə döş nişanları olmuşdur. 1959-cu ildən etibarən bu döş nişanları kappa təsviri ilə hazırlanmışdır. Bəzi qurumlar bu döş nişanlarını taxan şəxslərə pulsuz giriş və endirimlər təşkil edirdi. 2018-ci ildə Tokio prefekturasının yaranmasının 150 illiyi münasibətilə bu döş nişanlarının məhdud sayda olan xüsusi versiyası buraxılmışdır.[1]

Bu gündə Tokioda yerləşən ibtidai və orta məktəblər, eləcə də, liseylər bağlı olur, Ueno zooparkı, Tokio Dəniz Həyatı ParkıTokio Metropolitan İncəsənət Muzeyi kimi ictimai əyləncə yerlərinə daxil olmaq isə pulsuzdur.[1]

  1. 1 2 3 "Japan Trivia: 'Kappa' badges a happy memory of Tokyo Citizens' Day on Oct. 1". The Mainichi (ingiliscə). 27 sentyabr 2023. 3 oktyabr 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 oktyabr 2023.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]