Tioqlikol turşusu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tioqlikol turşusu
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu HSCH2COOH
Molyar kütlə 92,1 q/mol
Fiziki xassələri
Sıxlıq 1,3253 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi -16,5 °S
Qaynama nöqtəsi 123 °S
Buxarın təzyiqi 10 ± 1 mm Hg[1]
Təsnifatı
CAS-da qeyd. nöm. 68-11-1
PubChem
RTECS AI5950000
ChEBI 30065
ChemSpider

Tioqlikol turşusu (merkaptosirkə turşusu) HSCH2COOH –rənqsiz, ağır xoşa gəlməz iyi olan mayedir. Havada oksidləşir.

Tioglikol turşusu, xlorsirkə turşusunun K- və ya Na-duzunun qələvi metal hidrosulfidləri ilə sulu bir mühitdə təsirindən almaq olar; qlikol, tio- və ditioqlikol turşuları alınır. Əlavə birləşmələrin əmələ gəlməsinin qarşısını almaq üçün kükürdün bu birləşmələri istifadə olunur, məsələn Na2S2O3, qələvi metalların polisulfid- ləri, tiokarbamid, Na tritiokarbonat və s.

Kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Tioqlikol turşusu suda, metanolda, xloroform- da, etanolda, asetonda, benzolda, dietilefirində bütün nisbətlərdə həll olur. Alifatik karbohid- rogenlərdə həll olmur. Tioqlikol turşusuna karbon turşularına və tiollara malik olan xassələr uyğundur (duzların, efirlərin, amidlərin, tiolların, sulfidlərin, disulfidlərin alınması). Bu reaksiyada tioqlikol turşusu saçın kimyəvi burmasında istifadə olunur (tioqlikol turşunun törəmələri — ammonium duzu, mono-etanolamin duzu — saç keratinindəki S — S sistin bağlarını məhv edir, bu bağlar oksidləşdirici maddələrin təsiri altında yenidən yaranır). Tioqlikol turşusunun tiosian turşusu ilə reaksiya zamanı 2-tiono-1,3-tiozalidin-4-on (rodanin) əmələ gəlir. Reaksiya bu sxemlə gedir:

Təhlükəsizliyi

[redaktə | mənbəni redaktə et]

Tioqlikol turşunun istifadəsi insan dərisinə güclü qıcıqlandırıcı təsir göstərir. Bundan əlavə, gözlərin və burunun selikli qişasının qıcıqlanması baş verir. Tioqlikol turşusunun duzları ekzema da daxil olmaqla müxtəlif dəri zədələnmələrinə səbəb ola bilər. Tioqlikolyatlar, öz növbəsində dermatitə səbəb olur.

Tioqlikol turşusu saçların qıvrılması və rənglənməsi üçün geniş istifadə olunur. Həmçinin tioqlikol turşusu antibiotiklərin sintezində, toxuculuq sənayesində, pestisidlərin və sintetik liflərin istehsalında istifadə olunur.

  1. Ə. İsmayılov, İ. İsmaylova, S. Qarayev. Üzvü Kimya. Baki, Maarif, 2015.
  2. Гауптман 3., Грефе Ю., Ремане X., Органическая химия, пер. с нем., М., 1979
  3. Справочник химика 21. Химия И Химическая Технология
  1. http://www.cdc.gov/niosh/npg/npgd0610.html.