Tenuqui

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tenuquilər.

Tenuqui (手拭い)?) – yapon əl dəsmalı. Baş örtüyü kimi də istifadə olunur.

Tenuquinin tarixi XV əsrə qədər uzanır. Həmin dövrdə tenuqui şinoist məbədlərindəki müqəddəs yerləri bəzəmək üçün istifadə olunurdu. Senqoku dövründən sonra insanlar tərəfindən istifadə olunan adi əl dəsmalına çevrilmişdir.[1]

Ənənəvi tenuqui boyaq olmadan kətan parçadan hazırlanırdı, lakin Edo dövründən etibarən pambıqdan hazırlamağa üstünlük verilir. Kabukinin populyarlaşmasından sonra məşhur aktyorların emblemlərinin təsvir olunduğu tenuquilər yayılmışdır. Tezliklə ənənəvi rəqs və musiqi məktəbləri öz tenuquilərini dizayn etməyə, eləcə də, suvenir kimi satmağa başlamışdırlar.[2]

Tenuquinin müxtəlif baş örtüyü üslubları var idi və bu üslublar şəxsin statusunu göstərirdi.[2]

Tenuqui dördbucaqlı formasında olub pambıqdan hazırlanır. Həm dəsmal, həm də baş örtüyü kimi istifadə olunur.[2] Standart eni 35, uzunluğu isə 90 santimetr olsa da, müxtəlif ölçülərdə olan növləri var.[1] Qırmızı və indiqo boyaqlar tenuquini rəngləmək üçün istifadə olunan ən populyar seçimlərdir. Dükkanlar və şirkətlər açılışlar zamanı tenuqui paylayırlar. Şəhər və qəsəbələr turistlərə suvenir kimi satmaq üçün öz tenuquilərini hazırlayırlar.[2] Tenuquinin üzərində Fuci dağı və ya anime personajlarının təsvirləri ola bilər.[1]

Tenuqui baş örtüyü kimi istifadə olunanda saçı yığmaq və ya təri hopdurmaq məqsədlərini daşıyır.[2] Tenuquidən hədiyyə bəzəyi, ev dekorasiyası, kitab üzlüyü kimi də istifadə edirlər.[1]

  1. 1 2 3 4 "Tenugui - Japanese Encyclopedia". Matcha (ingiliscə). 1 iyun 2017. İstifadə tarixi: 21 fevral 2023.
  2. 1 2 3 4 5 Kodansha Encyclopedia of Japan. səh. 11

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]