Tayvanda səhiyyə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Milli Tibbi Sığorta Administrasiyasının binası

Tayvanda səhiyyəTayvandakı səhiyyə sistemi.

2006-cı ildə Tayvanda əhalinin hər 100 min nəfərinə 220 həkim, 481 orta tibb işçisi və mama, 26 stomatoloq, 120 əczaçı düşürdü. Ölkədə 131152 ədəd xəstəxana çarpayısı var idi[1].

Tibbi yardımın 96%-i Avropa nümunəli, 4%-i Çin xalq təbabətindən ibarətdir. Bu sahədə 547 xəstəxana, o cümlədən 24 tibb mərkəzi, 55 rayon klinikası, 344 dairə xəstəxanası, 52 psixiatriya klinikası fəaliyyət göstərir[1].

Səhiyyəyə qoyulan xərc 2006-cı ildə ÜRM-in 6,1%-ni təşkil etmişdir ki, bunun da 25,9%-i büdcə hesabına, 53,6%-i özəl sektor hesabına, 15%-i sahibkarlar hesabına, 5,5%-i qeyri-kommersiya təşkilatları hesabına maliyyələşdirmə idi[1].

1980-ci illərdə ölkədə iqtisadi artımın yüksəlməsi nəticəsində Tayvanda səhiyyə sahəsində böyük islahatlar başlanmışdır[2]. Hökumət bir planlaşdırma komissiyası qurmuş və digər ölkələrin səhiyyə sistemlərini öyrənmək üçün xaricə mütəxəssislər göndərilmişdir. Ondan çox ölkənin təcrübəsi öyrənilmiş və əldə olunan məlumatlar öz milli xüsusiyyətləri ilə birləşdirilmişdir.

Normativ-hüquqi baza

[redaktə | vikimətni redaktə et]

Tayvanda səhiyyə sisteminin hüquqi tənzimlənməsi süni mayalandırma haqqında 2007-ci il tarixli, orta tibb işçiləri haqqında 2004-cü il tarixli, fizioterapevtlər haqqında 1996 və 2007-ci il tarixli, tibbi sığortanın milli sistemi haqqında 1994-cü il tarixli, psixi sağlamlığın mühafizəsi haqqında 1992-ci il tarixli, kiçik tibb işçiləri haqqında 2000-ci il tarixli, təcili tibbi yardım haqqında 1995 və 2004-cü il tarixli, həkimlər haqqında 1943 və 2002-ci il tarixli, doğuma yardım haqqında 2005-ci il tarixli, terminal vəziyyətlərdə palliativ yardım haqqında 2000-ci il tarixli qanunlarla; tibb müəssisələrinin fəaliyyətinin standartları haqqında 1987 və 2005-ci il tarixli Əsasnamə ilə tənzimlənir[1].

Tayvanda ən çox yayılmış infeksiyalar yatalaq, yapon ensefaliti, hepatit A, denge qızdırması, sarı qızdırmadır[3].

Ölümün əsas səbəbləri bədxassəli şişlər, serebrovaskulyar xəstəliklərvə ürək-damar sistemi xəstəlikləri, şəkərsiz diabet, travmalar və bədbəxt hadisələrdir[3].

Xalq təbabəti

[redaktə | vikimətni redaktə et]

Ölkədə ənənəvi xalq təbabəti həkimləri də tibbi xidmət göstərirlər. Müasir tibbi yardımı Çin xalq təbabəti üsulları – otlarlamüalicə, akupunktura ilə tamamlayır[1].

Səhiyyə departamentinin binası

Tayvanda səhiyyə sistemi Səhiyyə departamenti tərəfindən idarə olunur və çox cəhətdən ABŞ səhiyyə sisteminə oxşardır[1]. Bütün xidmət sahələrində yüksək texnologiyalı diaqnostikaya və ixtisaslaşdırılmış müalicəyə xüsusi diqqət yetirilir.

  1. 1 2 3 4 5 6 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 73. ISBN 978-9952-441-11-6.
  2. Reid, T.R. "FRONTLINE: Sick Around the World". Public Broadcasting Service. 2008. 2019-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-29.
  3. 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 74. ISBN 978-9952-441-11-6.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]