Tallar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Tallar - Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tayfa.

Naxçıvan əhalisinin etnogenezində xüsusi yeri olan tallar e.ə. III minillikdə Urmiya gölündən qərbdə, Kiçik Asiya və Araz ətrafı ərazilərdə məskunlaşmışlar. Onlar bu dövrdə qaynaqlara Sicilyadakı Sirakuz şəhərində tal tayfa adı kimi düşmüşlər.[1][2]. Qay Yuli Solinin yazılarında tallar şərqdə, Kaspi dənizi sahillərində çay ağzında yaşayan tayfalar kimi [3]. Assur yazılarında isə Təbriz ətrafında Talay ölkə adı olaraq qeyd olunur. Onlar e.ə. II minilliklərdə buradan ətraf ölkələrə yayılmışlar [4]. Qədim Naxər ölkəsinin torpaqları olmuş hazırkı Gürcüstanın şərqində məskunlaşan tallar orada Tela, Axtal, Qistol, Talat kimi şəhər qəsəbə və dağ adlarına öz adlarını vermişlər. Gürcülər də bu adların başqa dildən gəldiyini yazırlar [5]. Bir sıra tədqiqatçılar e.ə. 150-ci illərdə Sarı Uysın tayfalarının arasında Talay boylarının adını çəkir və onları Sır-Dəryanın cənubunda göstərirlər.[6]. Yunan mifologiyasında isə Arqos çarı-allahı Talay (Tal, Talayon) adı qeyd olunur [7]. Son dövr Koban arxeoloji abidələrindən aşkarlanan at rəsmli baltalar e.ə. II minilliyə, Son Tunc dövrünə aid edilmiş, Kaş və Talay tayfalarına məxsus olduğu təsdiq olunmuşdur.[8].

  1. Yusifov Y.B. Qədim Şərq tarixi. Bakı: Bakı Universiteti, 1993,səh.138.
  2. Всемирная история. т. I, Москва: Госиздат, 1956. səh. 311, 515
  3. http://e-kitab.nakhchivan.az/Az/PDF.aspx?id=11332 Arxivləşdirilib 2020-11-26 at the Wayback Machine,
  4. Дьяконов И.М. Языки древней Передней Азии. Москва: Наука, 1967. s. 49
  5. Советский союз Грузия. Москва: Мысль, 1967, s.25
  6. Шакарим Кудайберды-улы. Родословная тюрков, киргизов, казахов и ханских династий / Пер. Б.Каирбекова, Алма-Ата: Жазушы, 1990, 1 s. 24, 55
  7. Мифы Древней Греции. Мифологический словарь. Москва: Falcson-Technology, 2004 s.977-978
  8. Тилов Р.Р. Говорящая бронpа Кавказа. Этническая интерпретация племен кобанской культуры. По материалам книги «Сага о Кавказе». Нальчик: Полиграфсер- вис, 2005, s. 28-32