14°27′ c. e. 144°59′ q. u.HGYO

Takaroa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Takaroa adası
fr. Takaroa
Ümumi məlumatlar
Sahəsi 20 km²
Əhalisi 1.105 nəfər (2007-ci il)
Yerləşməsi
14°27′ c. e. 144°59′ q. u.HGYO
Ölkə  Fransa Polineziyası
Akvatoriya
Takaroa adası xəritədə
Takaroa adası
Takaroa adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Atollun kosmosdan təsviri.

Takaroa (fr. Takapoto) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Takapotodan 8 km məsafədə yerləşir.

Uzunluğu 24 km, eni 8 km təşkil edir. Atollun sahəsi 20 km²-dir. Daxilində laqun vardır. Laqun okean sularından tam təcrid olunmuşdur.

Ada ilk dəfə 1616-ci ildə holland səyyahları Villem Shouten tərəfindən kəşf edilir. 1765-ci ildə Takaroa və Takapoto birlikdə Kinq Corc adaları olaraq adlandırılır.

İnzibati bölgüsü

[redaktə | mənbəni redaktə et]

İnzibati baxımından Takaroa, TakapotoTikei atolları birlikdə Takaroa kommunasını əmələ gətirir. O da Tuatomu-Qambe inzibati bölgüsünə daxildir.

Ada / rif Quru sahəsi,
km²
Laqunun sahəsi,
km²
Əhali,
nəf. (2007)
İnzibati mərkəz
Takaroa 20 93 1105 Teavarova
Takapoto 15 85 472 Fakatopatere
Tikei 4
Takaroa kommunası 39 178 1577 Teavarova

2007-ci il məlumatına görə adada 1105 nəfər yaşayır. Teavaroa əsas yaşayış məntəqəsidir. Yerli əhalinin əsas məşquliyyəti mirvari toplamaq və balıqçılıqdır. Turizm son zamanlar inkişaf etdirilir. Adada eniş-uçuş zolağı vardır.