Tacəddin Mehdiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tacəddin Mehdiyev
Tacəddin Mehdiyev
11 dekabr 1991 – 17 fevral 1992
ƏvvəlkiValeh Bərşadlı
SonrakıŞahin Musayev
Şəxsi məlumatlar
Doğum yeri Şəmkir
Fəaliyyəti hərbi qulluqçu
Rütbəsi General-mayor

Tacəddin Mehdiyev — General-mayor, Azərbaycan Respublikasının sabiq müdafiə naziri.[1][2][3]

Azərbaycanın Müdafiə naziri

[redaktə | mənbəni redaktə et]

Tacəddin Mehdiyev, 11 dekabr 1991-ci ildə müdafiə naziri vəzifəsinə gətirilmişdir. Qarabağ münaqişəsi zamanı ingilis jurnalist Tomas de Vaalın Tacəddin Mehdiyevdən götürdüyü müsahibəsindən:

" Tacəddin Mehdiyev: Bizim bir dənə də olsun hərbi təchizatımız yoxdur... Təchizat üçün müxtəlif yerlərlə əlaqə yaratmaq da mümkünsüzdür... Mobil telefonu bu günlərdə əldə etmişik. Lakin heç kimlə əlaqə yarada bilmirik. Bütün danışıqlarımız düşmənlər tərəfindən nəzarət altındadır. Telefon xəttlərinin demək olar ki, hamısı zəbt olunmuş ərazilərdən keçir və bütün danışıqlar asanlıqla eşidilir. Nə kazarmamız, nə təlim məşq üçün xüsusi ərazi, nə də silahmız var... [4]

"

Hələ nazir postunda olarkən Tacəddin Mehdiyev özü şəxsən 1992-ci il 25 yanvar tarixində Daşaltı kəndini erməni işğalından azad etmək üçün baş tutmuş əməliyyata rəhbərlik etmişdir. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edirdi. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan taqımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə taqım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirmişdir.[5]

17 fevral 1992-ci ildə ermənilərin törətdiyi Qaradağlı soyqırımından sonra tutduğu vəzifədən azad edilmişdir.[6]

Sonrakı illər

[redaktə | mənbəni redaktə et]

2005-ci ildə 99 saylı Şəmkir kənd seçki dairəsindən parlament seçkiləri zamanı namizədliyini irəli sürsə də, lakin deputat seçilməmişdir.[7]

  1. "Azərbaycan Respublikası Müdafiə Nazirliyi. 1991-dən sonra". 2010-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-15.
  2. R. Orujev. "Концепция армейской реформы". Ekho. 2004-06-04. 2011-07-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-15.
  3. Rashad Suleymanov. "Marş, irəli!." lent.az. 2008-06-25. 2011-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-15.
  4. De Waal, Thomas. Black garden: Armenia and Azerbaijan through peace and war. New York: New York University Press. 2003. səh. 164. ISBN 0-8147-1944-9. İstifadə tarixi: 2010-07-15.
  5. "Daşaltı" əməliyyatı barədə film çəkilir[ölü keçid]
  6. "T. İ. Mehdiyevin Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". 2011-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-05.
  7. "Определены избирательные округа, из которых будут баллотироваться в депутаты известные кандидаты представленные в блоке «YeS» и руководст". Day.az. 2005-07-28. İstifadə tarixi: 2010-07-15.