Sultan Bilimxanov stadionu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sultan Bilimxanov stadionu
Xəritə
Keçmiş adı Dianmo stadionu
Yeri Qroznı, Çeçenistan
Tikilib 1946
Yenidən qurulma tarixi 2007
Tamaşaçı tutumu 10.200
Ev sahibi komanda Axmat FK

Sultan Bilimxanov stadionu (rus. тадион имени Султана Билимханова) — Çeçenistanın Qroznı şəhərini təmsil edən Axmat FK-nın keçmiş stadionu. Stadion 1946-cı ildə inşa edilmişdir. 2004-cü ildə təşkil edilmiş bombalı hücumdan sonra 2007-ci ildə təmir edilmişdir. Stadionun adı 2008-ci ilə qədər Dinamo olmuşdur. Sonradan stadiona 2 yanvar 2006-cı ildə qəzaya düşərək vəfat edən Çeçenistan Respublikası Parlementinin Xalq Məclisinin sədr müavini Sultan Bilimxanovun adı verilmişdir.[1]

Stadion haqqında

[redaktə | mənbəni redaktə et]

Çeçenistan müharibəsindən sonra stadiondakı ilk futbol matçı 14 mart 2008-ci ildə Axmat FK və Krılya Sovetov FK arasında baş tutmuşdur. Stadion 2011-2012-ci il sezonuna qədər Axmat FK-nın əsas stadionu olmuşdur. Hazırda stadion Axmat FK-nın gənclər komandasının əsas arenasıdır.

2004-cü il hücumu

[redaktə | mənbəni redaktə et]

9 may 2004-cü ildə Çeçenistan Prezidenti Əhməd Kadırov, Çeçenistan Respublikasının bütün yüksək vəzifəli şəxsləri, Şimali Qafqazın Terror ilə Mübarizə Hərəkatının Ortaq Qüvvə Qrupu komandanı Valeri Baranov və Rusiya Silahlı Qüvvələrinin digər nümayəndələri 9 May Qələbə Günü münasibətilə stadionda təşkil olunan konsertə fəxri qonaq qismində toplaşmışdılar.

Səhər saat 10:35-də stadionun mərkəzi kabinəsində bombalı hücum baş tutdu.[2] V. Baranova görə partlayıcı maddələr stadionun yenidən qurulması dövründə oraya yerləşdirilmişdi.[3] Rəsmi məlumatlara görə hücum zamanı yeddi nəfər həlak oldu, 50-dən çox şəxs yaralandı. Ciddi şəkildə yaralanan Əhməd Kadırov vəfat etdi. Həmçinin Çeçenistan Respublikası Dövlət Şurasının sədri Hüseyn İsayev də hücum zamanı vəfat etdi. 2001-2002-ci illərdə Çeçenistanın Daxili İşlər Naziri olmuş Səid-Səlim Peşhoyevin 2004-cü ildə hadisə barədə Vlast jurnalına verdiyi müsahibə : "Prezident yanındakı şəxslərə qeyd-şərtsiz güvənirdi. FSB zabitlərinin təhlükəsizliyi təmin etməsinə də icazə vermirdi. Ancaq baş verənlərdən də göründüyü kimi prezidentin mühafizəsi yetərli dərəcədə təchiz edilməmişdi. Prezidentin yanında avtomat silahlarla durmaq təhlükəsizliyi təmin etmək üçün kifayət deyildi".[4]

15 iyun 2006-cı ildə "Kavkaz Center" adlı xəbər portalında Şamil Basayevin hücumu üzərinə götürməsi ilə bağlı məlumat yayıldı. Həmin açıqlamaya görə hücumu təşkil edənlərə 50 min dollar məbləğində pul ödənilmişdi.