Sukat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qarpız qabığının ağ hissəsindən hazırlanmış sukat

Sukat (it. succada, succo — "şirə" sözündən) — doğranmış meyvə və ya tərəvəzlərin şərbətdə (şəkər siropunda) qaynadılaraq, sonradan qurudulması yolu ilə hazırlanan şirniyyat.

Sukat istehsalında sıx ətliyi olan meyvə (alma, armud, heyva, ərik, şaftalı, gavalı, əncir, limon, portağal qabığı və s.) və tərəvəz (qovun, qarpız, qabaq və s.) şəkər şərbətində bişirilir, sonra qurudulur, toz-şəkərlə urvalanır. Sukatdan tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay yanında süfrəyə vermək üçün istifadə olunur.

  • Əhmədov Ə. 1002 şirniyyat. Bakı, "Gənclik", 2010.