Strangers in the Night

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Strangers in the Night"
Frenk Sinatra tərəfindən Strangers in the Night albomunda ifa olunmuş sinql
Yayımlanma tarixi 1966
Format sinql
Janr pop
Dil ingilis dili
Müddət 02:35
Prodüser Cimmi Bouen
Bəstəkar Bert Kempfert
Sözlərin müəllifi Çarlz Sinqlton, Eddi Snayder

Strangers in the Night1966-cı ildə Frenk Sinatranın ifası sayəsində məşhurluq qazanan mahnı.

İddiaya görə mahnının orijinal musiqisi məşhur yuqoslav müğənnisi İvo Robiç tərəfindən bəstələnmiş və onun Yuqoslaviyada keçirilən bir musiqi yarışmasındakı uğursuz çıxışından sonra musiqinin müəlliflik hüquqları Bert Kempfertə satılmışdır. Sonradan orijinal musiqinin üstündə bəstəkar Bert Kempfert işləyərək onu Sinatranın ifası üçün hazırlamış, Çarlz Sinqlton və Eddi Snayder isə mahnıya ingilis dilində sözlər yazmışlar.

Mahnı Billboard Hot 100Easy Listening hit paradlarında birinci yerə qədər yüksəlmişdir. Mahnı həmçinin UK Singles Chartda da yuxarı pillələrdə olmuşdur. Frenk Sinatra 1966-cı ildə çıxardığı albomunu da bu mahnının adı ilə Strangers in the Night adlandırmışdır. Həmin albom Sinatranın ən çox nüsxə ilə satılan albomu olmuşdur.

Mahnı Frenk Sinatra üçün çox böyük uğurlar gətirmişdir. Belə ki, o, bu mahnıya görə 1967-ci il Qremi Mükafatlandırması zamanı iki kateqoriyada "İlin Ən Yaxşı Pop Vokal Müğənnisi" və "İlin Ən Yaxşı Səs Yazısı" kateqoriyalarında mükafat əldə etmişdir.

Mahnının sonunda Frenk Sinatra ən çox yadda qalan və sevilən imitasiyasını (doo-be-doo-be-doo) etmiş və mahnını özünməxsus şəkildə bu cür tamamlamışdır.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]