Snapseed
Snapseed | |
---|---|
Müəllif | Nik Software, Google Inc. |
Tərtibatçı | |
Əməliyyat sistemi | Android, iOS |
İnterfeysin dili | ingilis dili |
Yayımlanma tarixi | iyun 2011 |
Platforma | Android |
Sonuncu versiya |
• 1.2.1 - OS X, Windows |
Lisenziya | havayı proqram təminatı |
Vikianbarda əlaqəli mediafayllar |
Snapseed — mobil cihazlarda fotoşəkilləri redaktə etmək üçün rastr qrafik redaktorudur.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Snapseed Nik Software tərəfindən hazırlanıb və tətbiq əvvəlcə yalnız iPad-də mövcud idi, 12 sentyabr 2012-ci ildə Google , Snapseed-in tərtibatçısı Nik Software-i satın aldı. Alınma zamanı tətbiq yalnız iPad üçün deyil, iPhone və iPod touch üçün də mövcud oldu.[2] 11 dekabr 2012-ci ildə Google Android üçün Snapseed-i təqdim etdi və iOS proqramını pulsuz olaraq yenilədi. 9 aprel 2015-ci ildə proqram üçün ilk böyük yeniləmə buraxıldı. Yeni filtrlər və alətlər əlavə edildi.[3]
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Snapseed telefonunuzda və ya planşetinizdə fotoşəkillərinizi peşəkar şəkildə redaktə etməyə imkan verən bir proqramdır və bir sıra xüsusiyyətlərə malikdir.[4]
- Təsvirin kiçik fırlanmaları ilə təsvirin oriyentasiyasını emal edərkən, çatışmayan hissələr proqram tərəfindən avtomatik olaraq çəkilir.
- Dəyişikliklərin ardıcıllığından asılı olmayaraq, fotoya edilən istənilən dəyişikliyi geri ala bilərsiniz.
- Bütün dəyişiklikləri bir-bir görə bilərsiniz.
- Bir təsvirə tətbiq edilən bütün filtrlər digərinə tətbiq oluna bilər
Mövcud redaktə alətləri
[redaktə | mənbəni redaktə et]- Düzəliş: Avtomatik düzəlişlər edir.
- Kəskinlik: Şəklin konturunu kəskinləşdirir.
- Kəsmə: Şəkilinizi kəsməyə imkan verir
- Fırlatmaq: Şəkli fırlatmağa və ya genişləndirilməyə imkan verir.
- Döndür/Kəs: Şəklinizi kəsməyə, döndərməyə və əyməyə imkan verir.
- Fırça: Təsvirin müəyyən hissələrinə effektlər tətbiq etməyə imkan verir.
- Seçilmiş dəyişiklik: Təsvirin yalnız seçilmiş hissələrini düzəltməyə imkan verir.
- Ləkə korreksiyası: Kiçik səhvləri (toz, ləkə) aradan qaldırır.
- Parlaqlıq: Şəklin mövzusunun ətrafındakı parlaqlığı tənzimləyir.
Foto redaktə üçün filtrlər
[redaktə | mənbəni redaktə et]- Blur: Arxa fonu bulandırmaqla diqqəti mövzuya cəlb edir.
- Soffit Glitter: Parıltı effekti.
- Tonal Kontrast: İşıq və qaranlıq sahələr arasında kontrastın incə tənzimlənməsini təmin edir.
- HDR Effekti : Çoxlu ekspozisiya effektini tətbiq edir.
- Drama: Fotoya uyğunlaşdırılmış effekt əlavə edir.
- Grunge: Xüsusi fotoşəkilə uyğunlaşdırılmış rəng üslubunu üst-üstə qoyur.
- Coarse Grain: Dənəli təsvir yaradır.
- Vintage: Fotoşəkilləri rəngli film üslubunda bəzəyir.
- Retrolux: Köhnə fotoşəkilin görünüşünü yaradır.
- Noir: Qara və ağ film effekti yaradır.
- Haşiyələr: Təsvirin kənarlarını bəzəmək üçün müxtəlif variantlar mövcuddur.
- B/W: Qara və ağ filtr tətbiq edir.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "What Is Snapseed and Why Do I Need It?". Lifewire (ingilis). 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.
- ↑ Клюев, Леонид. "Google поглотила студию-разработчика Snapseed". iPhones.ru — Новости высоких технологий, обзоры смартфонов, презентации Apple. 17 sentyabr 2012. 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.
- ↑ "Telefon üçün ən yaxşı foto redaktə tətbiqləri - TOP 5". Technote (az.). 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.
- ↑ "Snapseed Tutorial - How to Use Snapseed for Impressive Edits". expertphotography.com. 25 fevral 2019. 2023-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-16.