Snail Mail

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Snail Mail
Lindsi Cordan 2019-ci ildə
Lindsi Cordan 2019-ci ildə
Ümumi məlumatlar
Doğum adı Lindsey Erin Jordan
Ləqəbi Snail Mail
Doğum tarixi (25 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-mahnı yazarı, gitaraçı, bəstəkar
Fəaliyyət illəri 2015–ci ildən
Janr indi-rok
Albom şirkəti
  • Sister Polygon
  • Matador
snailmail.band
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Snail Mail (16 iyun 1999[1], Ellikot-Siti[d], Merilend) — amerikalı müğənni-bəstəkar Lindsi Cordanın indi-rok solo layihəsi. Cordan ilk dəfə Snail Mail kimi 15 yaşında olarkən canlı çıxış edib və 2016-cı ildə buraxdığı ilk mini albomu Habit ilə diqqətləri üzərinə çəkib. Matador Records ilə bağladığı müqavilədən sonra o, 2018-ci ildə debüt studiya albomu Lush ilə tənqidi bəyənmələr qazandı. Snail Mail-in ikinci studiya albomu Valentine 2021-ci ildə işıq üzü gördü.

Lindsi Erin Cordan, ABŞ-nin Merilend ştatının Ellikott Siti şəhərində, Baltimor dairəsində böyüyüb.[2] Onun anası alt paltarı mağazasının sahibi, atası isə dərslik nəşriyyatında işləyir.[3] Cordan Roma-Katolik tərbiyəsi almışdır.[4] O, gitara çalmağa 5 yaşında başlayıb[5] və yeniyetmə ikən pank səhnəsi onu valeh edib.[6] Cordan 8 yaşında Paramore-u Riot! turunda canlı izlədi. O, bu təcrübəni nəhayət öz qrupunu yaratmağa ruhlandıran "böyük an" kimi qeyd etdi.[6][7] O, məktəbdə kilsə qrupu və caz qrupu üçün gitara çalırdı.[8] Təxminən 12 yaşında öz mahnılarını yazmağa başladı və restoranlarda və qəhvəxanalardan izləyici cəlb etməyə başladı.[3][9] Cordan 2018-ci ildə Bruklindəki St. Joseph's Kollecinə daxik oldu, lakin diqqətini karyerasına yönəltmək üçün iştirak etməməyi seçdi.[10]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Cordan lezbiyandır.[11] 2021-ci ilin sentyabrından etibarən Nyu-Yorkda yaşayır.[4]

  1. https://www.allmusic.com/artist/mn0003593168 (ing.).
  2. Hunt, El. "Snail Mail: "It's awesome seeing lots of women and queer people in music"". NME. October 8, 2021. April 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2021.
  3. 1 2 Ganz, Caryn. "An Indie-Rock Star at 18? Snail Mail Is Figuring It Out". The New York Times. May 16, 2018. April 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2021.
  4. 1 2 Moreland, Quinn. "Snail Mail Can't Help But Confess". Pitchfork. 2021-09-21. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-11.
  5. McDermott, Patrick. "The Old-School Beauty Of Snail Mail's Suburban Slowcore". The Fader. 28 June 2017. 14 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 December 2017.
  6. 1 2 Woolever, Lydia. "Lindsey Jordan is Ready For Her Close-Up". Baltimore. May 25, 2018. February 3, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2021.
  7. Sheffield, Rob. "Snail Mail, Teenage Indie Rock Wunderkind, Bursts From 'the Era of Shred'". Rolling Stone. June 14, 2018. December 31, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2021.
  8. O'Neill, Lauren. "Snail Mail's Lindsey Jordan Is Ready to Fucking Shred". Vice. January 23, 2018. January 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2021.
  9. Kaplan, Ilana. "Snail Mail's Lindsey Jordan on writing about love: 'It's good to be vulnerable, but not pathetic'". The Independent. May 29, 2018. December 31, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2021.
  10. Yakas, Ben. "A Conversation With Snail Mail's Lindsey Jordan, Indie Rock's Rookie Of The Year". Gothamist. June 7, 2018. November 14, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 31, 2021.
  11. Fenwick, George. "Snail Mail on heartbreak, queerness, and her debut Downunder". New Zealand Herald. 2019-03-06. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Snail Mail AllMusic saytında