Sink oksid

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sink oksid
Molekulyar modelin şəkli
Ümumi
Kimyəvi formulu ZnO[1]
Molyar kütlə 81,408 q/mol
Fiziki xassələri
Sıxlıq 5,61 q/sm³
Termik xüsusiyyətlər
Ərimə nöqtəsi 3.587 ± 1 ℉[2]
Buxarın təzyiqi 0 ± 1 mm Hg[2]
Optik xüsusiyyətlər
Sındırma əmsalı 2,015
Təsnifatı
CAS-da qeyd. nöm. 1314-13-2
PubChem
RTECS ZH4810000
ChEBI ZH4810000
ChemSpider

Sink oksid ZnO (sinkit) - ağ rəngli qeyri-üzvi maddədir. Suda həll olunmur, 1800 °C-ə qədər qızdırdıqda və sublimasiya zamanı saralır.

Fiziki xassələri

[redaktə | vikimətni redaktə et]

Altıbucaqlı, iysiz kristalik strukturu olan tozdur.

Sink hidroksidin parçalanması zamanı alınır:

Zn (OH)2→ ZnO + H2O (t=100-250°C).

Sinkin oksigenlə qarşılıqlı təsirindən alınır:

2Zn + О2 → 2ZnО

Həmçinin sink duzlarının parçalanması zamanı alınır.

Kimyəvi xassələri

[redaktə | vikimətni redaktə et]

Sink oksid amfoter oksidlərə aiddir. Turşularla reaksiya zamanı sink duzları alınır:

ZnO+2HCl→ZnCl2+H2O

Qələvilərlə reaksiya zamanı kaliun sinkat və su alınır:

  • ZnO+2KOH→K2ZnO2+H2O
  • ZnO + CoO → CoZnO2

Bor oksid və silisium dioksid ilə reaksiya zamanı şüşəyə oxşar boratlar və silikatlar alınır:

  • 2ZnO + SiO2 → Zn2SiO4,
  • ZnO + B2O3 → Zn(BO2)2.

ZnO tibdə istifadə olunur.Sink oksidinin müasir tibbdə və kosmetologiyada geniş yayılması çoxfunksiyalılığı, geniş spektrli fəaliyyət və mükəmməl müalicəvi xüsusiyyətləri ilə əlaqədardır. Sink oksid tərkibli preparatlar yaxşı sakitləşdirici və müalicəvi xüsusiyyətlərə malikdir. Toksikliyi ZnO buxarı orqanizmə düşdükdə gözlərə və tənəffüs yollarına pis təsir edir, qıcıqlanma yarada bilər. Həmçinin buxarın udulması çox olsa yüksək hərarət yarada bilər.

  • Перельман В. И. Краткий справочник химика. — М.-Л.: Химия, 1964.
  • Реми Г. «Курс неорганической химии» М, 1963
  1. ZINC OXIDE (ing.).
  2. 1 2 http://www.cdc.gov/niosh/npg/npgd0675.html.