Segah
Segah — Azərbaycan musiqisində yeddi əsas ladlardan (məqamlardan)[1] və yeddi əsas muğam dəstgahlarından biri.[2]
Mənası
"Segah" sözü iki kökdən əmələ gəlib: farsca"se"(üç)+"gah"(mövqe,məkan,vəziyyət). Bu da Segahın üç əsas böyük hissədən (“Zabol”,“Segah” və “Hissar-müxalif”) ibarət olmasıyla əlaqədardır
Segah muğam dəstgahı kimi
[redaktə | mənbəni redaktə et]Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən 24 muğam şöbəsindən biri. Bir dəstgah olaraq segah Azərbaycanda daha geniş yayılmış muğamlardan biridir.
Segah muğamı Azərbaycan musiqisində
[redaktə | mənbəni redaktə et]Yaxın və Orta Şərq ölkələri musiqisində segah yalnız tək bir növdən ibarət olduğu halda, Azərbaycan musiqisində segahın bir neçə növü var: “Orta Segah”, “Xaric Segah”, “Mirzə Hüseyn Segahı”, “Zabul Segah”, “Haşım Segahı”.
Qədim qrammofon vallarında xanəndə İslam Abdullayevin oxuduğu “Yetim Segahı” variantına da rast gəlinir.[3] Ümumiyyətlə, İ.Abdullayev bu muğamın ən mahir ifaçısı olduğuna görə xalq tərəfindən “Segah İslam” adlandırılmışdır. Onun repertuarında “Segah”ın bütün variantları səslənmişdir.
“Segah” ailəsinə aid bütün muğamlar bir-birindən tonallıq (kök) etibarilə fərqlənir və “Segah” muğamı inkişaf edərək özünəməxsus tonallıq sistemi yaratmışdır:
- Kiçik oktavadakı "si" mayəli (Xaric Segah)
- Birinci oktavadakı "mi" mayəli (Orta Segah) və kiçik oktavadakı "mi" mayəli (Zabul Segah)
- Birinci oktavadakı "lya" mayəli (Mirzə Hüseyn Segahı)
- Birinci oktavadakı "re" mayəli (Yalxın Segahı)
- Birinci oktavadakı "sol" mayəli (Haşım Segah)
Segahın variantları özünəxas xarakteri, səslənməsi, yozumu, istinad pillələrinin dəyişilməsi ilə fərqlənsiyinə görə onların dinləyiciyə bağışladığı təsir müxtəlif olur.[4]
"Azərbaycan xalq musiqisinin əsaları" monoqrfiyasında Üzeyir Hacıbəyov Segah muğamının estetik – psixoloji əhəmiyyətindən söz açarkən onun dinləyiciyə başlıca olaraq məhəbbət – sevgi bəxş etdiyini yazır.
Əsas Segah növləri
[redaktə | mənbəni redaktə et]- Zabul segah - mayeyi-zabul, muyə, manənd müxalif, segah (orta segah), məxluq, şikəsteyi-fars, mürəbbiqə, əraq, yədi-hasar, aşıq-guş şöbələrini qavrayan dəstgah.[5]
- Orta segah – Zabul segahı dəstgahında əsil segah muğamının özü. Bir qayda olaraq manənd-müxalif şöbəsindən sonra ifa olunur. Tarın ağ simi do köklənmişsə, orta segahın mayəsi mi notuna düşür.[6]
- Xaric segah - mayəsi orta segah mayəsindən bir kvarta aşağı olan muğam.[7]
- Yetim segah - Xaric segah (bax) kökündə və dinləyicidə ələm və kədər əhvali – ruhiyyəsi oyada biləcək üslubda ifa olunan muğam.[8]
- Mirzə Hüseyn segahı – Orta segahdan bir kvarta yuxarıda olan segah. İlk dəfə Mirzə Hüseyn adlı Azərbaycan xanəndəsi (XVIII əsr) tərəfindən ifa olunduğundan onun adı ilə adlandırılmışdır.[9]
- Zabul segah - mayeyi-zabul, muyə, manənd müxalif, segah (orta segah), məxluq, şikəsteyi-fars, mürəbbiqə, əraq, yədi-hasar, aşıq-guş şöbələrini qavrayan dəstgah.[5]
Muğam şöbələri arasında ifa olunan rənglər də əsas muğamın adını daşıyır.[10]
Segah muğamının not yazıları
[redaktə | mənbəni redaktə et]“Segah” ailəsinə aid muğamlardan “Segah Zabul” bəstəkarlar tərəfindən nota alınmışdır. Mirzə Mansur Mansurovun ifasından “Zabul” muğamını Tofiq Quliyev notlaşdırmışdır (1936), “Segah Zabul” instrumental muğamı Nəriman Məmmədov tərəfindən Əhməd Bakıxanovun ifasından (1965), Arif Əsədullayev tərəfindən E. Mirzəfərovun ifasından (2006) nota salınmışdır. Bəstəkar yaradıcılığında da bu muğama çox müraciət olunur. Vasif Adıgözəlov bu muğam əsasında “Segah simfoniyası”nı (2005) yaratmışdır.[11]
Segah muğamı İran musiqisində
[redaktə | mənbəni redaktə et]Iran musiqisində 7 əsas (dəstgah) muğamdan (makamdan) biridir.[12]
Segah muğamı Türkiyə musiqisində
[redaktə | mənbəni redaktə et]Türkiyə musiqisində 8 mürəkkəb muğamdan (makamdan) biridir.
Segah muğamı Özbək və Tacik musiqisində
[redaktə | mənbəni redaktə et]Şeşməqama daxil olan 6 əsas muğamdan biridir.[13][14]
Segah muğam Uyğur musiqisində
[redaktə | mənbəni redaktə et]Segah Uyğur musiqisində 12 əsas muğamdan biridir.[15]
Segah musiqi ladı (məqamı) kimi
[redaktə | mənbəni redaktə et]Eyni zamanda segah bir məqam kimi də Azərbaycan musiqisində mühüm yer tutur. Azərbaycan xalq mahnıları, oyun havaları, eləcə də aşıq musiqi yaradıcılığına mənsub musiqi forma və janrlarından bir çoxu məhz segah kökündə yaranmışdır. Quruluşu: 1/2 - 1-1 ton formullu üç tetraxordun qovuşuq üsulla (x.1 – intervalı məsafəsində) birləşməsindən ibarətdir; səssırası 10 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir, II pillə əsas ton əhəmiyyətini daşıyır.
Məqamın səssırasının II, IV, VI, VII, VIII, IX pillələri istinad-dayaq pilləsi kimi “Segah” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri - xalq mahnıları, rəqs melodiyaları, aşıq havaları həmin pillələrə əsaslanır.[16]
Segah məqamında yazılmış bəstələr
[redaktə | mənbəni redaktə et]- Xalq mahnıları
- Ay bəri bax
- Kəklik
- Qaçaq Nəbi
- Bəstəkar mahnıları
- Vasif Adıgözəlov - Rəşid Behbudov - Qərənfil, sözləri: Xurşidbanu Natəvan
- Cahangir Cahangirov - Rəşid Behbudov - Ana, sözləri: İslam Səfərli
Qaynaq
[redaktə | mənbəni redaktə et]- ↑ "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti - Melodik ladlar". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
- ↑ "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti - Segah". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ "Azərbaycan diskoqrafiyası". 2020-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ "Muğam Ensiklopediyası - Segah muğam ailəsi". 2019-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ "Muğam Ensiklopediyası - Zabol segah". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ "Muğam Ensiklopediyası - Orta segah". 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ "Muğam Ensiklopediyası - Xaric segah". 2019-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ "Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti" - Yetim Segah". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-10.
- ↑ "Muğam Ensiklopediyası - Mirzə Hüseyn segahı". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ "Muğam Ensiklopediyası - Rəng". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-10.
- ↑ Muğam Ensiklopediyası - Segah muğamının not yazıları
- ↑ "Encyclopedia Iranica - Iran. Music". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-02.
- ↑ "Muğam Ensiklopediyası - Şeşmakom (Şeşməqam)". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-14.
- ↑ UNESCO - Shashmaqom music
- ↑ UNESCO - Uyghur Muqam of Xinjiang
- ↑ "Muğam Ensiklopediyası - Segah". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-09.
- ↑ "Эльнара Дадашева. Некоторые особенности мелодических отклонений в азербайджанских народных танцах. Международный музыкальный культурологический журнал "Harmony"". 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-10.
- ↑ "Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisi əsasları. - Didaktik material. Segah". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-10.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ramiz Zöhrabov - Segah haqqda mühazirə (VİDEO)
- Ramiz Zöhrabov - Zəbul Segah haqqda mühazirə (VİDEO)
- "Ustad dərsi" verilişi - Zəbul segah (VİDEO)
- Muğam festivalı Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine