Sakal xaqan
Sakal xaqan | |
---|---|
娑葛 | |
708 – 711 | |
Əvvəlki | Üç Elig xaqan |
Sonrakı | Qapağan xaqan (Göytürk xaqanı kimi) |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Atası | Üç Elig xaqan |
Dini | Maniçilik |
Sakal xaqan — Türgişlərin hökmdarı.
Hakimiyyəti
[redaktə | vikimətni redaktə et]708-ci ildə taxta çıxmışdır. Çin imperatoru onu şəxsən tanımış, Aşina Xuaytaonu səfir kimi göndərmişdi və Çinhe knyazı (金河) kimi tanımışdı. Hakimiyyətinin ilk illərini ona qarşı üsyana başlamış Kül Çörlə mübarizə edərək xərclədi. Kül Çör əsas dəstəyi rüşvətlə ələ aldığı Çin əyanlarından gördü. Sakal xaqan isə tezliklə Kül Çörün edam edilməsi üçün imperatora xəbərdarlıq göndərdi. Üsyankar Çanqanda həbs olunaraq edam edildi.
Çox keçmədən Sakal xaqanın qardaşı Çjen qaçaraq Qapağan xaqana sığındı və onu qardaşına qarşı səfərbərliyə çağırdı. Xaqanın həyat yoldaşı isə öldüyü üçün başı yasa qarışmışdı. Əvəzində Tonyukuk, Tardu şad və İnel şadın başçılığı ilə böyük bir ordunu Türgiş ölkəsinə göndərdi.
Ölümü
[redaktə | vikimətni redaktə et]711-ci ildə Bolçu döyüşündə Tardu şad tərəfindən öldürüldü.[1]
- ↑ Kafesoğlu, İbrahim (2015), Türk Millî Kültürü, Ötüken Neşriyat