Sərxan Kəskin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sərxan Kəskin
türk. Serkan Keskin
Doğum tarixi (47 yaş)
Doğum yeri
Vətəndaşlığı Türkiyə Türkiyə
Fəaliyyəti aktyor
Təhsili İstanbul teatr Akademiyası
Tanınma səbəbi İsmail Abi
Mükafatları 32-ci İstanbul Dümbüllü mükafatı
52-ci Qızıl Portağal mükafatı
21-ci Qızıl Qoza mükafatı
IMDb ID1763577
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərxan Kəskin (25 noyabr 1977, İzmit) — 1997-ci ildə İzmit şəhər teatrının nəznində açılan teatr kursunda aktyorluq həyatına başlamışdır.1999-2002 illəri arasında “Akademi İstanbul” teatr məktəbində aktyorluq təhsilini bitirdikdən sonra 2002-ci ildə yaradılan “Semaver Kumpanya” truppasına qatıldı və uzun illər burada həm aktyor, həm də rejisor kimi fəaliyyət göstərdi.

2011-ci ildə rejissoru Onur Ünlü olan, TRT tərəfindən yayımlanan Leyla ilə Məcnun teleserialındakı “İsmail abi” obrazı ilə daha böyük kütlə tərəfindən tanındı. Sərxan Kəskin 2014-cü ildə senaristi və rejissoru Onur Ünlü olan “Etirazım var” filmində Büşra Pekin və Osman Sonant ilə baş rolları böülşmüşdür.

2013-cü ildə Sən Aydınlatarsan Gecəni filmində rol aldı.

2013-cü ilin martında Leyla və Məcnun serialının aktyorları ilə bərabər qurduğu “Leyla The Band” musiqi qrupunda bas gitarı ilə yer aldı

2015-ci ildə Limonata filmində baş rolda Səlim obrazını canlandırdı.

2015-ci ilin fevralında başlayan Beş Qardaş teleserialında Balıqçı Səid obrazı ilə baş rolda oynamışdır.

2014-cü ildə 51-ci Qızıl Portağal Film Festivalı tərəfindən ən yaxşı kişi aktyor adına layiq görülür.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]