RPG-26
RPG-26 | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 1985 |
Vikianbarda əlaqəli mediafayllar |
RPG-26 — Sovet Sosialist Respublikaları İttifaqı tərəfindən hazırlanmış olan birdəfəlik istifadə üçün nəzərdə tutulan tank əleyhinə reaktiv yaylım atəş sistemidir. O, atıldıqdan sonra açılan qatlanan qanadları ilə bir pilləli raketi işə salır. Raket 440 millimetr qalınlığında olan zireh, bir metr qalınlığında olan dəmir-beton və ya bir metr yarım qalınlığı olan kərpicə nüfuz etməyə qadir olan, diametri 72,5 millimetr olan, yüksək partlama qabiliyyətinə malik tank əleyhinə təkformalı faydalı döyüş başlığına malikdir. Təxmini olaraq 250 metrlik maksimum effektiv diapazona malikdir.
RPG-26-nın RSGG-2 adlı bir versiyası isə termobarik döyüş başlığı ilə təchiz edilmişdir. RŞG-2 isə, 3.5 kq çəkiyə malik olub RPG-26-dan daha ağırdır və birbaşa atış məsafəsi (diapazon) 115 metr təşkil edir. Rusiya Quru Qoşunları tərəfindən istifadə edilir.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]- Çap: 72.5 mm
- Uzunluq: 770 mm
- Çəkisi: 2.9 kiloqram
- Mənzili: 250 m-də effektiv döyüş mənzilinə malikdir.
- İşləmə temperaturu: −50 ilə +50 °C arasında
- Yayılmış Homogen Zireh nüfuzu: 60°-də 440 mm
İstifadəçilər
[redaktə | mənbəni redaktə et]Hal-hazırkı istifadəçiləri
[redaktə | mənbəni redaktə et]- Azərbaycan
- Gürcüstan — yerli versiya PDM-1[1][2]
- Ermənistan[3]
- Belarus[4]
- ÇXR — RShG-2 variantı
- İordaniya
- Rusiya[5]
- Suriya[6]
- Dnestryanı[7]
- Venesuela — RShG-2 variantı
Keçmiş istifadəçilər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "SDC Delta: Small Arms" (PDF). STC Delta (ingilis). 2020-01-29 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2022-04-02.
- ↑ "Single-shot Grenade Launcher PDM-1". STC Delta (ingilis). 2017-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-12-29.
- ↑ "Российское оружие в Армении" [Russian weapons in Armenia]. Независимая газета (rus). 2018-08-10. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-02.
- ↑ Mizokami, Kyle. "Belarus Invents Tank-Killing Quadcopter Drone". Popular Mechanics. 5 June 2018. 2 March 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2024.
- ↑ Ferguson, Jonathan; Jenzen-Jones, N.R. Raising Red Flags: An Examination of Arms & Munitions in the Ongoing Conflict in Ukraine, 2014 (PDF). Research Report 3 (ingilis). Armament Research Services. November 2014. 26, 48. ISBN 978-0-9924624-3-7. 2022-03-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-02.
- ↑ Toumaj, Amir. "Russian influence evident in Palestinian militia in Syria". Long War Journal (ingilis). 2016-10-14. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-28.
- ↑ Соколов, Борис. "Malen'kaya i maloboyesposobnaya" Маленькая и малобоеспособная [Small and underpowered]. Military-Industrial Courier (rus). 2013-03-12. 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-04.