Qodesiya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qodesiya
Elmi təsnifat
Beynəlxalq elmi adı


Qodesiya — yaşıllaşdırmada açıq və örtülü şəraitdə əkilir.

Bitki əksər hallarda qələmlə çoxaldılır. Qələmlər torpaqda tez kök atır. Bitkinin budaqlı olması və yaxşı çiçəkləməsi üçün təpə tumurcuğunu qopartmaq lazımdır. Bitkiyə yabanı halda Şimali Amerikanın qərb və cənub hissələrində rast gəlmək olar. Bu bitkinin adını isveçrəli botanik C.X.Qode vermişdir. Gülçülükdə 2 növündən istifadə edilir. İrigüllü qodesiyanın (Q.qrandiflora)-çoxsaylı iri çiçəkləri zoğların uclarında salxımçiçək qrupuna toplanmışdır. Bitkinin bir neçə qrupu vardır. Onlardan ən qiymətlisi çoxləçəkli gülləri olan Azaliya qrupudur. Kaliforniyada yabanı halda bitən gözəl qodesiya (Q.amoena) növü hazırda yaşıllaşdırmada az istifadə olunur. Bu bitkinin sortları və formaları çoxluq təşkil edir. Gözəl qodesiyanın hündürlüyü 60 sm-ə çatır, yarpaqları isə növbəli lansetə oxşardır, çiçəkləri kasaşəkilli, sadə və çoxləçəkli ola bilər. Əgər qodesiyanın toxumları bir-birindən 10 sm aralı məsafədə əkilsə, bitkilər hündür, azsaylı, iri güllü və budaqlı olacaqdır. Bitkilərdən dəstə bağlamaq olar.

Məlumat mənbəsi

[redaktə | mənbəni redaktə et]
  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine