Qasım ibn Həsən
Qasım ibn Həsən | |
---|---|
قاسم بن حسن | |
Doğum tarixi | 667 |
Doğum yeri | |
Vəfat tarixi | 10 oktyabr 680 |
Vəfat yeri | Kərbəla, İraq |
Vəfat səbəbi | döyüşdə ölüm |
Dəfn yeri | |
Atası | İmam Həsən |
Qasım ibn Həsən ibn Əli ibn Əbu Talib (ərəb. قاسم بن حسن; 667, Mədinə[1] – 10 oktyabr 680, Kərbəla) İmam Həsənin oğlu. Kərbəla döyüşündə Əmr ibn Səid ibn Nufeyl Əzdi tərəfindən öldürülüb.
Həzrət Qasimin anasının adı Rəmlə və ya Nüfeylədir. Bu qadın İmam Həsənin (ə) kənizlərindən idi. Ərəblər öz ağasına ərə gedib, ondan oğul dünyaya gətirən qadına "ümmi-vələd" deyirlər. Rəmlə (Nüfeylə) də ümmi-vələd qəbilindən idi. Həzrət Qasimin hicri 46-cı və ya 47-ci ildə doğulduğunu yazırlar. Beləliklə, aşura günündə onun 13 və ya 14 yaşı varmış.
Həzrət Qasim böyük şücaət sahibi idi. Aşuraya keçən gecə İmam Hüseyn (ə) öz tərəfdarlarını toplayıb, onlarla vidalaşdı, sabah özünün və Onunla birlikdə qalan şəxslərin şəhid olacağını bildirdi, hər kəsin düşərgəni tərk edib getməsinə icazə verdi. Bu zaman Qasim əmisindən soruşdu: "Mən də öldürülənlərin arasında olacağammı?" İmam Hüseyn (ə) Qasimin sualına sualla cavab verdi: "Ölüm sənin üçün nə deməkdir?" Qasim buyurdu: "Baldan daha şirindir". Bu sual-cavab Qasimin Əhli-beyt xanədanına layiq bir övlad olduğunu bariz şəkildə göstərir. Qasimin öz əmisinə verdiyi sual qorxu üzündən deyildi; əgər belə olsaydı, ölümü baldan şirin qəbul etməzdi. O, narahat idi ki, şəhidlik səadəti yaşının azlığına görə ona şamil olmaz. Bu səadətdən mərum qalmadığını yəqinləşdirmək üçün İmama bu sualı vermişdi.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Freebase Data Dumps. Google.