Qafqaz әsmәsi
Bu məqaləni vikiləşdirmək lazımdır. |
[1]Anemone caucasica Willd.ex Rupr. =Anemonoides caucasica
Qısa morfoloji xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Hündürlüyü 3–10 sm, gövdəsinin əsası yarpaqsız və ya 1–2 ədəd yarpaqlı, diametri 5–13 mm olan yumurtaşəkilli və yaxud dəyirmi
kök yumrularından ibarət çoxillik ot bitkisidir.
Yarpaq
[redaktə | mənbəni redaktə et]Kökətrafı yarpaqları uzun saplaq üzərində yerləşmiş, üçər-yarıya bölünmüş, seqmentləri 2–3 ədəd olub, mişarvari kəsilmişdişlidir, yuxarı tərəfdə çılpaq və ya az
tükcüklüdür.
Çiçək
[redaktə | mənbəni redaktə et]Çiçəkləri təkdir, qısa-tükcüklü, (meyvə verəndə əyilmiş) çiçək oxunda toplanmışdır. Çiçəkyanlığının yarpaqcıqları 8–10 sayda olub, uzunluğu 7–15 mm-dir, xətvari-uzunsovdur, göy
və ya mavi rənglidir, üst tərəfdən çılpaqdır.
Meyvə
[redaktə | mənbəni redaktə et]Meyvələri tüklüdür və qısa əyilmiş sütuncuqludur.
Çiçəkləməsi
[redaktə | mənbəni redaktə et]Aprel
Meyvə verməsi
[redaktə | mənbəni redaktə et]Aprel-May
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Lənk.-dağ.. Orta və yuxarı dağ qurşaqlarında.
Yaşayış mühiti
[redaktə | mənbəni redaktə et]Meşələrdə, kolluqlarda, meşə ətrafında, dağ çəmənliklərində rast gəlinir.
- ↑ Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016