Qərənfil
Naviqasiyaya keç
Axtarışa keç
Qərənfil | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Qərənfil |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Qərənfil (lat. Dianthus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinə aid bitki cinsi.
Təbii yayılması
[redaktə | mənbəni redaktə et]Avropa, Asiya, Afrikada təxminən 300 növü var. Dünyada ən böyük qərənfil əkən firma Hollandiyadadır.
Botaniki təsviri
[redaktə | mənbəni redaktə et]Ot və nadir hallarda yarımkollardır. Lansetşəkilli və ya bizvari yarpağı qarşı qarşıya düzülür. Ətirli çiçəkləri tək-tək və ya çiçək qrupunda yerləşir. Rəngarəngliyi ilə seçilir — sarı, qırmızı, ağ, çəhrayı, çəhrayı kantlı və s. olur.
Növləri
[redaktə | mənbəni redaktə et]- Amur qərənfili (Dianthus amurensis Jacq.)
- Çin qərənfili (Dianthus chinensis L.)
- Şərq qərənfili (Dianthus orientalis Adam)
- Parlaq qərənfil (Dianthus superbus L.)
Azərbaycanda yayılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanda 26 növü mövcuddur. 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra Azərbaycanda matəm gülünə çevrilmişdir (xüsusilə, qırmızı qərənfil). Bakının Binə qəsəbəsində böyük qərənfil sahələri var.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 191. doi:10.5962/BHL.TITLE.746
- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 409.