Qız qalası (Cəbrayıl)
Naviqasiyaya keç
Axtarışa keç
Qız qalası | |
---|---|
Qız qalası | |
Ölkə | Azərbaycan |
Şəhər | Cəbrayıl |
Yerləşir | Diri kəndi,Diridağ |
Tikilmə tarixi | XII əsr |
Vəziyyəti | ermənilər tərəfindən dağıdılıb |
İstinad nöm. | 4168 |
Kateqoriya | Qala |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
Qız qalası — Cəbrayıl rayonunun Xələfli stansiyasında (qədim Diri kəndi), Araz çayının sol sahilində, İran İslam Respublikası ilə sərhəddə Diri dağlarının bir hissəsinin zirvəsində yerləşən və XII əsrdə inşa olunmuş qala.[1]
2020-ci il sentyabrın əvvəlində ərazidə "Qız qalası" hidroqovşağının tikintisi ilə əlaqədar qalanın tamamilə dağıdıldığı iddia edilib.[2]
Uca dağlıq ərazidə yerli daşlardan tikilmiş qalanın müdafiə məqsədli gözətçi məntəqəsi olduğu güman edilir. Diridağ dağında yerləşən qala XII–XIV əsrə aiddir. Hazırda qala dağılmış vəziyyətdədir. Qala divarlarının uzunluğu təxminən 50 metr, hündürlüyü 13 metrdir. Hələlik qala yeri və onun yaxın günlərə qədər ucaldığı dağ isə qalır.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Nizamiqızı, Həmidə. "Xudafərindən görünən Cəbrayıl". medeniyyet.az (az.). 2024-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-23.
- ↑ (Mahmudov), Yusif Dirili. "Araz çayı üzərində tikilən hidroqovşaq: Qız qalası məhv edilib... – Şok görüntülər". Qaynarinfo (az.). İstifadə tarixi: 2024-06-23.
- ↑ "Qız qalası" (az.). Archived from the original on 2020-11-02. İstifadə tarixi: 2020-10-22.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Qız qalası (Cəbrayıl)". az.baku-art.com (az.). İstifadə tarixi: 2024-06-23.