Poçt markası kolleksiyaçılığı
Poçt markası kolleksiyaçılığı poçt markası və əlaqəli əşyaların kolleksiyası ilə məşğul olmağı əhatə edir. Filateliyanın sahələrindən biridir. XIX əsrdən bəri dünyanın ən populyar hobbilərindən biridir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]İrlandiyada yaşamış Con Burkenin ilk marka kolleksiyaçısı olduğu güman olunur. O, 1774-cü ildə fiskal markalardan ibarət kolleksiya hazırlamışdır. Onun kolleksiyası Dublində yerləşən İrland Kral Akademiyasında mühafizə olunur.[2]
Poçt markası kolleksiyaçılığı isə demək olar ki, poçt markalarının ilk dəfə buraxıldığı zamanda yaranmışdır. Artıq 1860-cı illərdə Avropada və ABŞ-də poçt markası kolleksiyaçılığı ilə məşğul olan minlərlə şəxs var idi. Poçt markası yığan ilk görkəmli şəxslərdən biri Con Eduard Qrey olmuşdur.[3] Adelayd Lusi Fenton isə poçt markası kolleksiyaçılığı ilə məşğul olmuş ilk qadınlardan biridir.[4]
Alətlər
[redaktə | mənbəni redaktə et]Poçt markası kolleksiyaçılığı ilə məşğul olarkən bir neçə sadə alətdən istifadə olunur. Marka maqqaşı markaları onlara zərər vermədən götürmək üçün istifadə olunur. Lupa isə markadakı detallara baxmağa kömək edir. Markalar adətən poçt markası albomunda saxlanır.
Məşhur kolleksiyaçılar
[redaktə | mənbəni redaktə et]Fransa-Avstriya aristokratı Filipp fon Ferrarinin XX əsrin əvvəllərində yığdığı poçt markası kolleksiyası ən məşhur kolleksiyalardan biri hesab olunur. İngiltərə biznesmeni Tomas Taplinq öz poçt markası kolleksiyasını 1891-ci ildə Britaniya Muzeyinə bağışlamışdır. Bu kolleksiya Taplinq kolleksiyası kimi tanınır.[5]
Bəzi Avropa monarxları poçt markası kolleksiyaçısı olmuşdurlar: Britaniya kralı V Corc və Rumıniya kralı II Karol kimi. ABŞ prezidenti Franklin Delano Ruzvelt poçt markası yığmağı sevirdi. Hətta bir sıra xatirə markasını o dizayn etmişdir.[6] Freddi Merkuri uşaq olarkən marka yığmışdır. Onun uşaqlıq kolleksiyası Britaniya Poçt Muzeyi və Arxivində saxlanılır.[7] "The Beatles" qrupunun üzvü Con Lennon da uşaqlıqda poçt markası yığmışdır. Onun kolleksiyası Milli Poçt Muzeyində qorunur.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Vickers, Marcia. "Delivery Isn't Guaranteed, but Stamps Are Turning Profits". The New York Times. 15 December 1996. 23 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2023.
- ↑ "The origin of stamp collecting in America, Part 1". Linn's Stamp News. 17 October 2014. 17 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2023.
- ↑ Gray, John Edward, A Hand Catalogue of Postage Stamps for the use of the Collector. 1862. Robert Hardwicke. page viii.
- ↑ The American Philatelist, Volume 75, p.32
- ↑ ""Philatelic Collections: The Tapling Collection", British Library". 2012-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-31.
- ↑ "FDR–Stamp Collecting President". National Postal Museum. 11 July 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2023.
- ↑ "Famous Philatelists". The British Postal Museum & Archive. 2023-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2023.
- ↑ "John Lennon – The Lost Album". National Postal Museum. 2010-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2023.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- LearnAboutStamps.com Marka kolleksiyaçıları üçün resurs