Pirbudaq (vali)
Əbu'l Fəth Pir Budaq Mirzə | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1466 |
Vəfat yeri | |
Milliyyəti | Baranlı oymağı |
Fəaliyyəti | siyasətçi, mesenat[d] |
Atası | Cahanşah |
Ailəsi | قاراقویونلولار |
Dini | şiəlik |
Hərbi xidmət | |
Döyüşlər | Lavər keçidi döyüşü |
Vikianbarda əlaqəli mediafayllar |
Əbu'l Fəth Pir budaq və ya daha çox tanındığı adı ilə Pirbudaq (Bağdad – 1466, Bağdad) — Cahanşahın 4-cü oğlu Qaraqoyunlular dövlətinin Şiraz Valisi (1456–1460) Bağdad Valisi (1460–1466) . Hakim olduqları şəhərlərdə siyasi və iqtisadi sabitlik qurmuş, buna görə də öz dövründə məşhurlaşmışdır. O, incəsənətə aid kitabxana qurdurmağı, mədəniyyətə hamilik etməsi, Bağdadı incəsənətin mərkəzinə çevirməsi ilə tanınmışdır. O, bu kitablarda incəsənətin ən böyük hamisi olan türkman kimi təsvir edilmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Pirbudaq güclü bir ailədə doğulmuşdu. Öz dövrünün ən güclü türk ailələrindən biri olan və Qaraqoyunluların hakim sülaləsi olan ailədə dünyaya gələn Pirbudaq Cahanşahın ən böyük oğlu idi. Onun ailəsi monqol işğalları zamanı Orta Asiyadan İran və Azərbaycan coğrafiyasına gəlmiş, 1300-cü illərdə artıq bölgədə hakim qüvvəyə çevrilmişdirlər.[1][2][3] Onun əmisi Şah Məhəmməd 1411-1433-cü illərdə Bağdadın hakimi olmuşdur.[4] Onun babası Qara Yusif 1410-cu ildən Azərbaycanın hakimi olmuş, 1439-cu ildə Pirbudağın atası Cahanşah Qaraqoyunlu taxtına çıxmışdır.[5] Bundan bir il əvvəl isə Cahanşah Teymuri hökmdarı Şahruxu dəstəkləməsinin mükafatı olaraq Təbriz hakimi təyin edilmişdi. Bundan sonra o, Təbrizi öz imperiyasının paytaxtına çevirdi və 1467-ci ildəki ölümünə qədər özünə tabe olan torpaqları buradan idarə etdi.[6][7][8] 1447-ci ildə Teymuri Şahruxun ölümündən sonra Cahanşah şah və sultan titullarına iddia etməyə başladı. Bu tarixdən etibarən onun imperiyaya olan iddiası daha güclü və aşkar şəkil aldı. 1447-1458-ci illər ərzində o və oğulları Mərkəzi Asiyaya qədər geniş bölgələri ələ keçirməyi bacardılar.[9] 1453-cü ildə Cahanşahın oğulları arasında ən cəsuru kimi tanınan Pirbudaq Qumu,[10] Cahanşahın özü Farsı, İsfahanı və Şirazı ələ keçirdi.[11]
1454-cü ildə Pirbudaq ordusu ilə irəliləyərək Kirman və Yəzdi ələ keçirdi. 1457-ci ildə İranın şərqi, Xorasan da daxil olmaqla Cahanşahın əlinə keçdi və o, 1458-ci ildə Herata daxil olaraq taxta iddiasını dilə gətirdi.[12] 1460-cı illər boyunca onun imperiyasının sərhədləri Anadolunun şərqindən Orta Asiya sərhədlərinə qədər uzandı. Buraya hər iki İraq, Kirman və İran körfəzinin sahilləri də daxil idi.[13][14][15][16]
Bu yürüşlərin bir çoxunda Pirbudaq atası ilə birlikdə hərəkət etmişdir. Məsələn, o, 1452-1453-cü illərdə İsfahanı, Şirazı və Abarquhu ələ keçirmişdi.[17] Cahanşah , Teymuri Dövlətinin zəiflədiyini gördükdə İraqı ələ keçirməyə meyilləndi . Bu məqsəd ilə Mirzə Pir Budağı, Türkmən əmirlərinin bir neçəsiylə bərabər İraq torpaqlarına göndərdi . Bu müddət ərzində Teymuri Mirzə Babur Şiraz şəhərində idi . Pir Budaq Teymuriləri məğlub edərək Savə Qum Cərdəbəkən və Hənsər şəhərini mühasirə edərək fəth etdi və İsfahan şəhərinə doğru getdi , İsfahanlılar Türkmənlərin tərəfinə keçdilər. Mirzə Babür İsfahanı qorumaları üçün Şirazdan əmirlərini göndərdi isə daha sonra özü İsfahan yaxınlarına gəldi . Lakin , Teymuri qoşunlarının bir çoxu Qaraqoyunlu Türkmənləri tərəfinə keçdilər və bununlada Teymuri ordusu qaçmağa başladı . Türkmənlər gələrək gecə Mirzə Babura hücum etdilər və məğlub olan Mirzə Babur qaçdı . Bundan sonra Pirbudaq Şiraz şəhərinə yürüdü və Teymurilərin önəmli şəhərlərindən biri olan Şirazı fəth etdi , Cahanşah İsfahanın hakimliyini oğlu Mirzə Məhəmmədə verdi.[18][19]
Pirbudaq hərbi bacarıqlarına görə 1458-ci ildə atası tərəfindən Herat yürüşündə köməkçi olaraq təyin edilmişdi. Güman edilir ki, məhz bu yürüş zamanı Pirbudaq qədim əlyazmalarla tanış olmuş və incəsənətə maraq salmışdır.[20][21][22] Pirbudaq 1456-cı ildə atası tərəfindən Şirazın hakimi təyin edildi. Onnu bir digər qardaşı Yusif isə 1458-ci ildə Kirman hakimi olaraq təyin edildi.[23]
Cahanşah və oğulları arasında münasibətlər heç bir zaman yaxşı olmamışdı. Cahanşahın xeyli hərbi uğur qazanmasına baxmayaraq, hakimiyyət illəri bitmək bilməyən üsyanlarla xarakterizə edilir. Üsyançılar arasına oğulları Pirbudaq və Həsənəli, eləcə də yarım-müstəqil Qaraqoyunlu əmirləri daxil idi.[24][25][26] 1459-cu ildə Həsən Əli Cahanşahın Teymurilər Əbu Səidlə döyüşdüyü bir vaxtda Azərbaycanda köçəri feodalların üsyanına başçılıq etdi. Xəyanətinə görə Həsən Əli həbs edildi.[27][28]
Hökmdar olma iddiasını edə bilmək üçün özündə haqq görən Pirbudaq Şirazı müstəqilləşdirmək üçün üsyan başlatdı və bu atasının qəzəbinə səbəb oldu.[29] Cahanşahın sarayından göndərilmiş xeyli sayda elçi ondan üsyanı bitirməyi və qılıncını yerı endirməyi istədi. Lakin Pirbudağın bu məsləhətlərə qulaq asmayacağı bəlli olanda Cahanşah Şiraza hücum edib yenidən öz hakimiyyətini bərqərar etdi. Bu yerdən sonra Pirbudağın anası məsələyə müdaxilə edib, barışıq şərtləri üzrə danışıqlar apardı. Nəticədə o, öldürülmədi və Şirazdan sürgün edildi, yerinə isə qardaşı Yusif təyin edildi.[30]
Sürgün olaraq Pirbudaq Bağdad hakimi olaraq oraya göndərildi. Cahanşah Bağdadın Təbrizə yaxın olduğunu bilirdi və oğlunun yenidən üsyan qaldıracağı halda ona yaxın olmaq, eyni zamanda da onu belə əməldən çəkindirməyi düşünürdü.[1][31]
Pirbudaq Bağdadda yenidən üsyana başladı. Cavab olaraq atası şəhəri mühasirəyə aldı və 18 aylıq mühasirədən sonra üsyançı qüvvələr təslim olmağa məcbur oldular. 1465 və ya 1466-cı ildə Cahanşah bir digər oğlu olan Məhəmmədiyə Bağdada hücum etməyi və Pirbudağı öldürməyi əmr etdi.[32][20] Pirbudağın öldürülməsindən sonra onun atasının imperiyası da çox yaşamadı. Cahanşah 1467-ci ildə rəqib Ağqoyunlu Uzun Həsən tərəfindən öldürüldü və onun dövləti süqut etdi.[33][34]
İncəsənətə himayədarlığı
[redaktə | mənbəni redaktə et]Pirbudağın atası olan Cahanşah digər Qaraqoyunlu hökmdarlarından fərqli olaraq incəsənətlə maraqlanırdı. Onun maliyyəsi ilə imperiyasının bir çox şəhərlərində incəsənət və memarlıq nümunələri tikdirilmişdi.[35] Bunlardan ən məşhuru Təbriz şəhərində yerləşən Göy Məsciddir. Eyni zamanda bacarıqlı şair olan Cahanşah Həqiqi ləqəbi ilə Azərbaycan türkcəsində şeirlər də yazırdı. Cahanşahın həm farsca, həm də türkcə yazdığı şeirlər daha çox təsəffüf motivli şeirlər idi.[36][37][1][4] Pirbudaq da atası kimi şeirlər yazmaqda idi. O, şeirlərindən birini də atası üçün yazmışdı və atasını dünyadan silməklə hədələyirdi:[38]
Taleyim də, mən də gəncik,
İki gənc ilədöyüşməyə çalışmayın,
Səni elə yuxarı və aşağı çırpacağım ki,
Səndən, ya da adından heç bir işarə qalmayacaq.
Şirazda hakim olarkən o, bir çox əlyazmanın hazırlanması üçün pul ayırmış və yüksək keyfiyyətlə hazırlanmış kitablardan ibarət kitabxana tikdirmişdir.[39][40] Onun himayədarlığı altında incəsənət sahəsi çiçəklənməyə başlamışdı.[41]
Pirbudaq Şirazda olduğu dövrdə onun üçün bir sıra əlyazmalar hazırlansa da, bunların heç biri təsvir olunmamışdır.[20] [39] 1458-ci ildə onun da rəhbərlərdən biri olduğu Herat yürüşü uğurlu bitdikdən sonra Nizaminin məşhur Xəmsə əsərinin əlyazması tapılmışdı. Heratın artıq devrilmiş hökmdarına məxsus olan bu əlyazma Pirbudaq tərəfindən qənimət olaraq götürülmüşdü.[42][43][44][20][45]
Alimlər hesab edirlər ki, Pirbudaq Bağdada göndərilərkən bir sıra ən yaxşı miniatür və xəttatları özü ilə aparıb.[20][46] Bağdada gəlməmişdən əvvəl qeyri-müəyyən iqtisadi və siyasi mühit səbəbindən əlyazmaların Bağdaddakı yerli istehsalı azalmışdı. Bununla belə, Pirbudaq istedadlı xəttat, miniatür ustası və şairlərdən istifadə edərək Bağdadda sənəti yenidən canlandırdı.[47]
Demək olar ki, Bağdada çatan kimi o, təsvirli əlyazmalara açıq maraq göstərdi.[20] Onun üstünlük verdiyi şeirlər toplusu idi.[21] Pir Budaqın Bağdad dövründə istehsal olunmuş əlyazmalarda “lapis lazuli və qızıldan təmtəraqlı istifadə” nümayiş etdirilir.[48] 1458-ci ildən sonra toplanmış əsərlər Herat rəssamlığının güclü təsirini nümayiş etdirir.[49][50]
Onun himayəsi altında Bağdad bölgənin hər yerindən xəttatları və illüstratorları cəlb edən mühüm incəsənət mərkəzinə çevrildi.[34] Pir Budaq türkmən sənətinin ən erkən himayədarlarından biri kimi təsvir edilmişdir.[21]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Minorsky, 1954. səh. 271-297
- ↑ Rubin, 2015. səh. 499
- ↑ The David Museum, 2023
- ↑ 1 2 Gray, 1961. səh. 99
- ↑ Konukçu, 1993
- ↑ Liberman, 2014. səh. 31-32
- ↑ The Editors of Encyclopaedia Britannica, 1998
- ↑ Potts, 2014. səh. 216
- ↑ Browne, 2013. səh. 401-403
- ↑ Lambton, 1990. səh. 322-339
- ↑ Shahmoradi və başqaları, 2013. səh. 95-103
- ↑ Minorsky, 1955. səh. 50–73
- ↑ Browne, 2013. səh. 402
- ↑ Ray, 1953. səh. 248-251
- ↑ Wilber, 1975. səh. 59
- ↑ Van Donzel, 1994. səh. 353
- ↑ Soudovar, 1992. səh. 130
- ↑ Muhsin Behramnejad, Akkoyunlu Karakoyunlu s.51
- ↑ Roxburgh, 2014. səh. 182
- ↑ 1 2 3 4 5 6 Brend, 2013. səh. 104
- ↑ 1 2 3 Roxburgh, 2005. səh. 158
- ↑ Bloom və Blair, 2009. səh. 232
- ↑ Savory, 1964. səh. 114-128
- ↑ Browne, 1924. səh. 403
- ↑ Britannica Educational Publishing, 2010. səh. 99
- ↑ Marozzi, 2014. səh. n.p
- ↑ Zardabli, 2018. səh. 252
- ↑ Aslanov, 2011. səh. 168-172
- ↑ Browne, 1969. səh. 402
- ↑ Savory, 1987. səh. 49
- ↑ Atil, 1984. səh. 159-171
- ↑ Hasanzade, 2016. səh. 39
- ↑ The New Encyclopaedia Britannica, 1998. səh. 471
- ↑ Fisher, 1993. səh. 173
- ↑ Bayne-Fisher və başqaları, 1986. səh. 163-165
- ↑ Binbas, 2016. səh. 72
- ↑ Lingwood, 2013. səh. 41
- ↑ Soudavar, 2002. səh. 89-120
- ↑ 1 2 Roxburgh, 2005. səh. 251
- ↑ Golombek, 1988. səh. 39
- ↑ Tanundi, 1979. səh. 24
- ↑ Esposito, 1999. səh. 248
- ↑ Bloom və Blair, 1995. səh. 68
- ↑ Newman, 2003. səh. 237
- ↑ Necipogulu və Roxburgh, 2000. səh. 83
- ↑ Tanundi, 1979. səh. 25
- ↑ Roxburgh, 2014. səh. 179
- ↑ Roxburgh, 2014. səh. 184
- ↑ Cagman və Tanundi, 1979. səh. 25-26
- ↑ Fisher, 1993. səh. 862
Mənbə
[redaktə | mənbəni redaktə et]- Barry Rubin. The Middle East: A Guide to Politics, Economics, Society and Culture. Routledge. 2015.
- Vladimir Minorsky. Jihān-shāh Qara-qoyunlu and his Poetry. Bulletin of the School of Oriental and African Studies. vol. 16, no. 2. 1954. 271–297.
- The David Museum (Denmark). The Timurids and the Turkmen: Central Asia, Afghanistan and Iran, 1370- c. 1500. 2023.
- Basil Gray. Treasures of Asia: Persian Painting. Cleveland: Skira. 1961.
- Enver Konukçu. CİHAN ŞAH. İslam Ensiklopedisyası. 1993.
- Sherri Liberman. A Historical Atlas of Azerbaijan. Oxford University Press. 2014.
- The Editors of Encyclopaedia Britannica. Kara Koyunlu. Encyclopedia Britannica. 1998.
- D.T. Potts. Nomadism in Iran: From Antiquity to the Modern Era. Oxford University Press. 2014. ISBN 9780199330799.
- E.G. Browne. A History of Persian Literature under Tartar Dominion (AD 1265-1502). Cambridge University Press. 1920.
- A.K.S. Lambton. Qum: The Evolution of a Medieval City. Journal of the Royal Asiatic Society, vol. 122, no. 2. 1990.
- Shahmoradi, S.M., Moradian1, M.P., and Montazerolghaem, A. The Religion of the Kara Koyunlu Dynasty: An Analysis. Asian Culture and History Vol. 5, No. 2. 2013.
- Vladimir MinorskyThe Qara-qoyunlu and the Qutb-shāhs (Turkmenica, 10) — V. Minorsky — Vol. 17, No. 1 (1955), pp. 50–73. The Qara-qoyunlu and the Qutb-shāhs. Bulletin of the School of Oriental and African Studies Vol. 17, No. 1. 1955. 50–73.
- Bey Zardabli. The History of Azerbaijan: From Ancient Times to the Present Day. 2014.
- S. Ray. Ancestry and Early Life of Bairam Khan. Proceedings of the Indian History Congress, Vol. 16. 1953. 248–251.
- Donald Newton Wilber. Iran: Past and Present. Princeton University Press. 1975. ISBN 9780691642031.
- E. J. van Donzel. Islamic Desk Reference. BRILL. 1994.
- Abolala Soudavar. Art of the Persian Courts: Selections from the Art and History Trust Collection. Houston, Texas: Random House. 1992.
- D.J. Roxburgh. Many a Wish Had Turned to Dust: Pir Budaq and the Formation of the Turkmen Arts of the Book. Brill. Chapter 9 in: David J. Roxburgh (ed.)., Envisioning Islamic Art and Architecture: Essays in Honor of Renata Holod. 2014.
- Barbara Brend. Perspectives on Persian Painting: Illustrations to Amir Khusrau's Khamsah. Routledge. 2013.
- David J. Roxburgh. The Persian Album, 1400-1600: From Dispersal to Collection. Yale University Press. 2005. 392. ISBN 978-0300103250.
- J. Bloom and S. Blair. Grove Encyclopedia of Islamic Art & Architecture. Oxford University Press. 2009.
- R.M. Savory. Some Notes on the Provincial Administration of the Early Safawid Empire. Bulletin of the School of Oriental and African Studies, vol. 27, no. 1. 1964.
- E.G. Browne. A History of Persian Literature in Modern Times (A.D. 1500-1924). Cambridge University Press. 1924.
- Britannica Educational Publishing. Iraq. 2010.
- Justin Marozzi. Baghdad: City of Peace, City of Blood. UK: Penguin Books. 512. ISBN 978-0141047102.
- A. Aslanov. The Caucasus in the 15th Century. The Caucasus and Globalisation, Vol. 5, No. 1-2. 2011. 168–172.
- E.G. Browne, A Literary History of Persia, Vol. 3, Cambridge University Press, 1969, p. 402. A Literary History of Persia. Vol. 3. Cambridge University Press. 1969.
- Roger Savory, Studies on the History of Ṣafawid Iran, Variorum Reprints,1987. Studies on the History of Ṣafawid Iran. Variorum Reprints. 1987.
- E. Atil. Mamluk Painting in the Late Fifteenth Century. Muqarnas, Vol. 2. in The Art of the Mamluks. 1984. 159–171.
- Jamila Hasanzade. History of the East in Tabriz Miniatures (PDF). IRS Art. 2016.
- The New Encyclopaedia Britannica. 6. 1998., , Cambridge University Press, 1993, p. 173
- W.B. Fisher. The Cambridge History of Iran: The Timurid and Safavid Periods. Cambridge University Press. 1993.
- Bayne-Fisher, W., Jackson, P., Avery, P., Lockhart, L., Boyle, J.A. Gershevitch, I. and Frye, R.N. The Cambridge History of Iran. 6. Cambridge University Press. 1986.
- I.E. Binbas. Intellectual Networks in Timurid Iran: Sharaf al-Dīn ‘Alī Yazdī and the Islamicate Republic of Letters. Cambridge University Press. 2016.
- Chad Lingwood. Politics, Poetry, and Sufism in Medieval Iran: New Perspectives on Jāmī’s alāmān va Absāl. BRILL. 2013.
- A. Soudavar. The Early Safavids and their Cultural Interactions with Surrounding States. Seattle: University of Washington Press. in: N. Keddie and R. Mathee, Iran and the Surrounding World. 2002. 89–120.
- Lisa Golombek. The Timurid Architecture of Iran and Turan. Princeton University Press. 1988.
- E.C. Tanundi. Islamic Miniature Painting: Topkapı Saray Museum. 1. Tercuman Art and Cultural Publications. 1979.
- D.J. Roxburgh. Turks: A Journey of a Thousand Years, 600-1600. London: Royal Academy of Arts. 2005.
- John E. Esposito, The Oxford History of Islam, Oxford University Press, 1999. The Oxford History of Islam. Oxford University Press. 1999.
- Blair, S. and Bloom. The Art and Architecture of Islam 1250-1800. Yale University Press. 1995.
- Newman, A.J. Society and Culture in the Early Modern Middle East: Studies on Iran in the Safavid Period. Brill. 2003.
- Necipogulu, F. and Roxburgh. D.J. Muqarnas: An Annual on the Visual Culture of the Islamic World. BRILL. 2000.
- Cagman, F. and Tanundi. Islamic Miniature Painting: Topkapı Saray Museum. Tercuman Art and Cultural Publications. 1979.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- W. M. Thackston,, Cambridge, Harvard and MIT, 1989. A Century of Princes, Sources on Timurid History and Art. Cambridge: Harvard and MIT Press. 1989.