Pişi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ev şəraitində hazırlanan pişilər.

Pişi və ya baursaqMərkəzi Asiya, Monqolustan, Orta Şərq, türk mətbəxində qızartma xəmir yeməyi. Qırğız, qazax, türk kimi müxtəlif növləri var.

Pişinin hazırlanmasında un, su, duz və mayadan istifadə olunur. Lakin şəkər, bal, mürəbbə, yağdan da istifadə oluna bilər. Bütün ərzaqlarla hazırlanan xəmir mayalanmaya buraxılır və kündələr hazırlanır. Kündələr qızğın yayda qızardıldıqdan sonra servis edilir. Qars vilayətində saçaqlı pendirlə birlikdə süfrəyə verilir.[1]

Dünyada ən böyük pişi 20 aprel 2014-cü ildə Rusiyanın Ufa şəhərində hazırlanmışdır. Pişinin hazırlanmasında 1006 yumurtadan, 25 kiloqram şəkərdən, 70 kiloqram undan, 50 kiloqram baldan istifadə olunmuşdur, çəkisi isə 179 kiloqram idi.[2]

  1. 1001dad Arxivləşdirilib 2015-05-29 at the Wayback Machine
  2. "В Уфе на изготовление самого большого баурсака России потратили 1006 яиц // ОБЩЕСТВО | новости башинформ.рф". www.bashinform.ru. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-08.