Pərvan vilayəti
Pərvan vilayəti | |
---|---|
|
|
Ölkə | |
İnzibati mərkəz | Çarikar |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Hündürlük | 1.906 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AF-PAR |
Vikianbarda əlaqəli mediafayllar |
Pərvan vilayəti (dəri پروان, puşt. پروان) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.
Vilayətin sahəsi 5.974 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 600 min nəfər[2], inzibati mərkəzi Çahariqar şəhəridir.[3] Əhalisinin etnik tərkibi puştunlardan (vilayətdə Vardak puştun tayfası məskunlaşıb, Vərdək tayfası Qılzay tayfa ittifaqına daxildir və kompakt halda Surxi Parsa rayonunda yaşayırlar), taciklərdən (əksər rayonlarda yaşasalar da yalnız Saləng rayonunda əhalinin çoxluğunu təşkil edirlər), qızılbaşlardan (kompakt halda Şeyx Əli və Surxi Parsa rayonlarında yaşayırlar - Nadir Şah tərəfindən Azərbaycandan bura köçürülmüşlər), kuçilərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), həzaralardan[4] (kompakt halda Çahariqar və Qorbənd rayonlarında və az sayda digər rayonlarda yaşayırlar), özbəklərdən (əsasən Çahariqar rayonunda yaşayırlar), safilərdən (əsasən Kohi Safi rayonunda yaşayırlar) və şinvarilərdən (əsasən Şinvari, Cəbəlüsaray və Qorbənd rayonlarında yaşayırlar) ibarətdir.[5] Vilayət inzibati cəhətdən Bağram, Çahariqar, Qorbənd, Cəbülsaray, Kohi Safi, Salang, Səyid Xel, Şeyx Əli, Şinvari və Surxi Parsa rayonlarına bölünür.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ English Wikipedia community Wikipedia (ing.). 2001.
- ↑ "Islamic Republic of Afghanistan Central Statistics Organization". 2010-01-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-07-29.
- ↑ "Administrative Divisions of Countries ("Statoids"): Afghanistan". 2006-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
- ↑ "Joshua Project – Unreached Peoples of the World: Hazara of Afghanistan (Largest Provinces on file: Baghlan, Bamian, Ghowr, Oruzgan, Samangan, Balkh, Ghazni, Helmand, Parvan, Sar-e Pol)". 2009-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.
- ↑ "Program for Culture & Confilict Studies". 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-07.