Ovdan
Naviqasiyaya keç
Axtarışa keç
Ovdan — suyu yığıb saxlamaq üçün üstü tikili yeraltı hovuz, nohur.[1]
Məzmun
[redaktə | mənbəni redaktə et]Ovdanlar əsasən yeraltı torpaq sularından qidalanırlar. Ovdana giriş əsasən küləyin əks tərəfindən qoyulur. Ovdan 2 hissədən ibarət olur. Yeraltı və yerüstü hissələrdən. Yeraltı giriş pilləkənlər vasitəsilə olur. Əgər ovdan yağış suyu yığılması üçündürsə, pilləkənlərin axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti üçün ağac əkilərmiş. Ovdanlar həmçinin yolçuların susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə tutulurmuş.[2]
Bədii ədəbiyyatda
[redaktə | mənbəni redaktə et]- Yağış suyu bu ovdana axırdı. Cəfər Cabbarlı.
- Güdə Qala deyilən yüksəklik üzərindəki ovdanların yanında idik. S.Hüseyn
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "OVDAN — obastan.com saytı". 2017-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.
- ↑ "Ovdan — gomap.az saytı". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-10-26.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983. səh.319
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- İsmayıl İsmayılov. "DAŞI AĞLAYAN, DAŞI GÜLƏN OVDAN" (az.). mediaforum.az. 2010-04-29 - 14:15:00. İstifadə tarixi: 2014-10-26.[ölü keçid]