Orxon çayı
Orxon çayı | |
---|---|
Орхон гол | |
Ölkə | Monqolustan |
Şəhərlər | |
Mənbəyi | Xangai dağları |
• Yüksəkliyi | 1 084 m |
Mənsəbi | Baykal gölü |
• Yüksəkliyi | 601 m |
Uzunluğu | 1 124 km |
Su sərfi | 120 m³/s |
Hövzəsinin sahəsi | 132 835 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Orxon çayı (monq. Орхон гол, ing. Orkhon River, rus. Орхон) — Monqolustanda böyük tarixi-mədəni əhəmiyyəti olan çay. Çayın uzunluğu 1 124 km-dir, Hövzəsinin sahəsi 132 835 km2
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Xangai dağlarından, 1 124 m yüksəklikdən başlayan Orxon çayı şimala tərəf axır və Rusiya sərhəddini keçmədən Selenqa çayı(monq. Сэлэнгэ гол) ilə birləşərək Baykal gölünə tökülür. Çayın uzunluğu 1 124 km-dir. Selenqa çayından 100 km uzun olan Orxon çayı Kerulen çayından (1254 km) sonra Monqolustanın ən uzun çayıdır.
Qış aylarında buzla örtülü olur. May və Sentyabr aylarında çayın təqribən 175 km-lik hissəsi gəmiçilik üçün yararlı olur.[1]
Orxon çayının sol tərəfindən Tola çayı(monq. Туул гол), sağ tərəfindən Eqoo çayıdır (monq. Эрөө гол). Bundan başqa Sarin (monq. Сарингол) və Tamir (monq. Хойд Тамир гол) çaylarıda Orxon çayına birləşir.
Tarixi-mədəni əhəmiyyəti
[redaktə | mənbəni redaktə et]2004-cü ildə UNESCO tərəfindən 1220 km²-lik sahəni əhatə edən Orxon vadisi Ümumidünya irsi siyahısına daxil edilmişdir.[2] Orxon çayının tarixi əhəmiyyətli yerləri:
- Orxon abidələri[3]
- Uyğur xaqanlığının paytaxtı Ordu-Balıq
- XIII əsrdə Monqol imperiyasının paytaxtı Qaraqorum
- 1586-cı ildə Qaraqorum şəhərində inşa edilən Erdene Zuu Buddizm monastrı
- Çay boyunda Hun tayfalarına aid qədim məzarlıqlar
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]1731-ci ildə çayın sahilində Erdeni-Zuu monastrı yaxınlığında Tsin imperiyası ilə Cunqar xanlığı arasında döyüş baş vermişdi. Əfsanəyə görə, Cunqarlar məbədə girən zaman,məbədin himayəçisi tərəfindən qovulur və girişdəki daş şirlər nərildəməyə başlayır. Qorxuya düşən Cunqarlar Orxon çayına tərəf qaçırlar və çayda boğulurlar [4].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ CİA Factbook Mongolia Arxivləşdirilib 2010-12-29 at the Wayback Machine ingilis dilində. İstifadə tarixiː 2015-11-2
- ↑ Orxan-Yenisey abidələri Arxivləşdirilib 2018-12-26 at the Wayback Machine whc.unesco.org İstifadə tarixiː 2015-11-2
- ↑ Sinor, Denis (2002). "Old Turkic". History of Civilizations of Central Asia 4. Paris: UNESCO. pp. 331–333.
- ↑ Позднеев А. М. Монголия и монголы. СПб., Типография Императорской Академии наук, 1896. — сс. 434