Orson Uells
Orson Uells | |
---|---|
Orson Welles | |
| |
Doğum adı | Corc Orson Uells |
Doğum tarixi | |
Doğum yeri | Kenoşa, Viskonsin, ABŞ |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Los-Anceles, ABŞ |
Vəfat səbəbi | ürək tutması |
Vətəndaşlığı | ABŞ |
Həyat yoldaşı |
Virciniya Nikolson (1934–1940) Rita Heyvort (1943–1948) Paola Mori (1955–1985) |
Atası | Riçard Hodcdon Hed Uells |
Anası | Beatris İvs |
Fəaliyyəti | kinorejissor, aktyor, ssenarist, prodüser |
Fəaliyyət illəri | 1931 — 1985 |
Boyu | 183 sm |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0000080 |
Wellesnet | |
Vikianbarda əlaqəli mediafayllar |
Corc Orson Uells (ing. George Orson Welles; 6 may 1915[1][2][…] – 10 oktyabr 1985[1][2][…], Los-Anceles, Kaliforniya[3]) — amerikalı kinorejissor, aktyor, ssenarist və prodüser. Teatr, kino və radioda fəaliyyət göstərmiş və hər üç sahədə yenilikçi fəaliyyəti ilə yadda qalmışdır. Xüsusilə Brodveydə səhnəyə qoyulan "Sezar" (1937) tamaşası, "Merkuri" teatrının yaradılması, radio tarixindəki ən məşhur yayımlardan sayılan "Dünyaların müharibəsi" (1938) radiotamaşası, "Vətəndaş Keyn" (1941) filmi onun adı ilə bağlıdır.
"Vətəndaş Keyn" Amerika Kino Sənəti İnstitutu və Böyük Britaniyanın "Sight & Sound" jurnalı tərəfindən bütün dövrlərin ən yaxşı filmi seçilmiş, həmçinin 1995-ci ildə kinonun 100 illiyi münasibətilə Vatikan tərəfindən tərtib olunan 45 filmdən ibarət seçilmiş filmlər siyahısına daxil edilmişdir. Uells bu filmin həm rejissoru və ssenaristi, həm də baş rol ifaçısı olmuşdur.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 1941-ci ildə "Vətəndaş Keyn" filminə görə ən yaxşı ssenari nominasiyasında "Oskar" mükafatı
- 1952-ci ildə "Otello" filminə görə "Qızıl palma budağı"
- 1964-cü ildə "Proses" filminə görə Fransa kinotənqidçilər cəmiyyətinin mükafatı
- 1975-ci ildə Amerika Kino Sənəti İnstitutunun "Kinematoqrafdakı xidmətlərinə görə" mükafatı
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]Rejissoru olduğu filmlər
[redaktə | mənbəni redaktə et]- 1934 — "Dövrün ürəkləri" / The Hearts of Age
- 1938 — "Çoxlu Consonlar" / Too Much Johnson
- 1941 — Vətəndaş Keyn / Citizen Kane
- 1942 — "Möhtəşəm Embersonlar" / The Magnificent Ambersons
- 1946 — "Əcnəbi" / The Stranger
- 1947 — "Şanxaylı ledi" / The Lady from Shanghai
- 1948 — Makbet / Macbeth
- 1952 — Otello / The Tragedy of Othello: The Moor of Venice
- 1978 — "Otello" filminin çəkilişi / Filming "Othello" (sənədli film)
- 1955 — "Cənab Arkadin" / Mr. Arkadin
- 1958 — "Şərin möhürü" / Touch of Evil
- 1963 — "Mühakimə" / Le procès
- 1981 — "Mühakimə" filminin çəkilişi / Filming "The Trial" (sənədli film)
- 1965 — "Gecəyarı zəngləri (Falstaf)" / Campanadas a medianoche
- 1968 — "Ölümsüz hekayə" / The Immortal Story
- 1975 — "Doğru və yalan" / F for Fake
Aktyor kimi
[redaktə | mənbəni redaktə et]- Paris yanırmı? (film, 1966) / Paris brûle-t-il?
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 Orson Welles // Internet Broadway Database (ing.). 2000.
- ↑ Deutsche Nationalbibliothek Record #118630822 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Orson Uells — IMDb səhifəsi
- Orson Welles – The One Man Band (1995)
- Senses of Cinema Great Directors Critical Database: Orson Welles Arxivləşdirilib 2010-02-09 at the Wayback Machine
- Orson Welles bibliography
- Mercury Theatre on the Air
- Orson Welles: A Man of a Certain Ego by Rodger Jacobs at Pop Matters