Nurek SES
Nurek SES | |
---|---|
Нерӯгоҳи барқи обии Норак ба номи Турсун Ӯлҷабоев | |
Ümumi məlumatlar | |
Sahəsi |
|
Əsas xüsusiyyətləri | |
Elektrik enerjisi gücü | 3.000 MVt |
Yerləşməsi | |
38°22′16″ şm. e. 69°20′53″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Nurek su-elektrik stansiyası (rus. Нурекская ГЭС, tac. Нерӯгоҳи обии Норак) — Tacikistanda, Nurek şəhərinin yaxınlıqlarındakı Polisənki dərəsində, Baxş çayı üzərində yerləşən su-elektrik stansiyası.
Tarixi
[redaktə | mənbəni redaktə et]Nurek su-elektrik stansiyasının tikintisinə 1961-ci ildə başlanmış, 1972-ci ildə ilk iki aqreqatı işə salınmışdır. 1979-cu ilin oktyabrında doqquzuncu, yəni sonuncu aqreqatın işə düşməsi ilə layihə gücünə (2.7 milyon kvt) çatdırılmışdır. 1982-ci ildə gücü 3 milyon kvt-dək artırılmışdır. Həmin il orta illik elektrik enerjisi istehsalı 11,2 milyard kvt-saat olmuşdur. Su qovşaqlarının təzyiq səviyyəsi 710 m, maksimum təzyiq 275 metrdir. Artıq suyun axıdılması üçün iki tunel (uzunluqları 1.4 və 1.6 km) tikilmişdir. Bənd Nurek su anbarını əmələ gətirmişdir. Elektrik enerjisi elektrik xətləri ilə (gərginliyi 500 və 220 kv) Mərkəzi Asiya Birləşmiş Enerji Sisteminə verilir.[3]
Dizayn
[redaktə | mənbəni redaktə et]Yerli materiallardan olan bəndin hündürlüyü 300 metrdir və həcmi 56 milyon m²-dir.[3] Bu, Nurek SES-ni dünyanın ən hündür ikinci bəndi edir. 2013-cü ilə qədər dünyanın ən hündür bəndi olan Nurek SES-in rekordunu ÇXR-nin Tsinpin-I SES-i qırmışdır.[4] SES-in binasının uzunluğu 200 metrdir.[3]
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://gca.satrapia.com/+alstom-wins-500-kv-substation-project-using-gis-tech-in-tajikistan+.
- ↑ 1 2 http://tajikwater.net/docs/091013_AsiaPlus.htm.
- ↑ 1 2 3 Нурек су електрик стансијасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 303.
- ↑ "The world's highest arch dam Jinping first production unit". Economic Times Network (çin). 2 sentyabr 2013. 9 September 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Нурекская гидроэлектростанция (rus). Moscow: Внешторгиздат. səh. 33.
- Савченков Н. Г. Нурекская ГЭС. Таджикистан. Энергогигант на Вахше (rus). Moscow: Типография Момент. 2013. səh. 496.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- "Нурекская ГЭС на официальном сайте ОАХК «Барки Точик»". ОАХК «Барки Точик» (rus). 2021-07-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 iyul 2021.
- "Нурекская ГЭС на официальном сайте АО «Гидропроект»". АО «Гидропрокт» (rus). İstifadə tarixi: 29 iyul 2021.
- "Нурекская плотина. Отчёт по оценке безопасности" (PDF). Исполнительный комитет международного фонда спасения Арала (rus). İstifadə tarixi: 29 iyul 2021.
- "Проект восстановления Нурекской ГЭС. Оценка экологического и социального воздействия. Заключительный отчёт" (PDF). ОАХК «Барки Точик» (rus). İstifadə tarixi: 29 iyul 2021.