Numizmatika
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Numizmatika (lat. numisma - sikkə) — sikkələr, onların zərb tarixi, qiyməti, istifadə edilmə müddəti, nominal və həqiqi dəyərlərini öyrənən köməkçi tarix elmi.
Haqqında
[redaktə | mənbəni redaktə et]Numizmatika sözünə ilk dəfə qədim Romanın yazılı mənbələrində rast gəlinir. Bu söz latın dilindən yunan dilinə keçərək müəyyən dəyişikliyə uğrayaraq "moneta" kimi tərcümə olunur və "təyin edirəm", "qanuniləşdirirəm" mənalarını verir. Sikkənin forma, təsvir, yazı, emblem tədqiqi, pul kəsən ölkələrin iqtisadi-siyasi, mədəni və ideoloji tarixinin öyrənilməsində mühüm rol oynayır. Pulların çəkisinin və metal nümunəsinin öyrənilməsi müxtəlif pul vahidləri münasibətlərini və bir sıra iqtisadi hadisələri müəyyənləşdirməyə imkan verir. Ayrı-ayrı sikkə və bütöv dəfinə tapıntılarının, zərbxanaların tədqiqi pul münasibətlərinin mahiyyətini, qədim ticarət yollarının istiqamətini, sənaye yollarının istiqamətini, əmtəəlik dərəcəsini, mübadilə formalarını təyin edir. Sikkələr yazılı və arxeoloji mənbələrin tədqiqi ilə sıx əlaqədə öyrənilir. Numizmatika sikkələri və s. numizmatik əşyaları, həmçinin onların hazırlanma texnikası və istehsalat sənəti nöqteyi-nəzərindən də öyrənir. Numizmatika elm kimi XVI əsrdə, kolleksiya toplama isə daha əvvəllər meydana gəlmişdir. Numizmatikanın inkişafı antik sikkələrin öyrənilməsi ilə başlanılmışdır. Rusiyada sikkələrin elmi tədqiqinə XVIII əsrin II yarısından başlanılmış, XIX- XX əsrlərdə xüsusilə inkişaf etmişdir. Banisi Vyana numizmatı J.X. Ekkel olmuşdur.Azərbaycanda da numizmatika elmi ancaq Sovet hakimiyyəti dövründə yaranmışdır. 2 minillik tarixə malik zəngin Azərbaycan numizmatik irsinin ilk toplayıcısı və tədqiqatçısı J.A. Paxomov olmuşdur. Onun əsərlərində Azərbaycanda tapılmış sikkə və dəfinələrin geniş elmi şərhi verilmişdir. Numizmatika tarix elmi üçün köməkçi fənnlərdən biridir.