Notepad++
Görünüş
Notepad++ | |
---|---|
![]() | |
![]() | |
Tipi | Mətn redaktoru |
Müəllif | Don Ho |
Repozitoriya | github.com/notepad-plus-… |
Proqramlaşdırma dili | C++[2], C |
Əməliyyat sistemi | Microsoft Windows |
İnterfeysin dili | C++, Win32 API,STL |
Yayımlanma tarixi | 24 noyabr 2003 |
Platforma | x86, x86_64[d] |
Sonuncu versiya |
|
Lisenziya | [GPL] |
Sayt | notepad-plus-plus.org |
![]() |
Notepad++ — Windows əməliyyat sistemi ilə birlikdə gələn Notepad proqramının alternatividir. Proqram C++, WIN32 API, STL istifadə edilərək hazırlanmışdır. Proqram GPL liseanziyası altında yayınlanır. Əsasən Scintilla mətn redaktoru əsasında qurulmuşdur. Notepad++ bir çox proqramlaşdırma dilinə uyğun olaraq kodu rəngləmək imkanlarına malikdir. Bir çox dillərə səsləndirmə(text to speech) dəstəyi vardır.
Əsas özəllikləri
[redaktə | vikimətni redaktə et]- Sözləri uyğun olaraq rəngləmə.
- Dəstəklənən Proqramlaşdırma dilləri: C, C++, Java, C#, XML, HTML, PHP, CSS, makefile, ASCII, art (.nfo), doxygen, ini faylı, batch faylı, JavaScript, ASP, VB/VBS, SQL, Objective-C, Pascal, Perl, Python, Lua, TeX, TCL, Assembler, Ruby, Lisp, Scheme, Diff, Smalltalk, Postscript, VHDL, Ada, Caml, AutoIt, KiXtart, Matlab, Verilog, Haskell, InnoSetup, CMake, YAML və bir çox proqramlaşdırma dili daxil.
- WYSIWYG (nə görürsənsə o)
- Rəngli çap etmə qabiliyyəti.
- İstifadəçiyə özəl cümlə rəngləndirilməsi.
- Bir çox proqramlaşdırma dili üçün kod tamamlama.
- Birdən çox səhifə ilə eyni anda işləyəbilmə.
- İşçi ekranı bölmələrə ayırma.
- Axtarma dəyişdirmə.
- Drag and Drop dəstəyi.
- Eyni faylı fərqli pəncərələrdə açaraq dinamik görünüş dəstəyi.
- Yazı böyütmə və kiçiltmə dəstəyi.
- Bir çox xarici dil dəstəyi.
- Bookmark əlavə etmə dəstəyi.
- Blok ya da normal mötərizələr üçün əlavə rəngləndirmə - (), [], {} -
- Makro özəlliyi.