35°08′47″ şm. e. 132°24′16″ ş. u.HGYO

Nima Qum Muzeyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nima Qum Muzeyi
Nima Sando Myuciamu (仁摩サンドミュージアム?)
Xəritə
Əsası qoyulub 3 mart 1991
Mövzu qum
Ölkə
Yerləşir Nima,  Şimane prefekturası
35°08′47″ şm. e. 132°24′16″ ş. u.HGYO
sandmuseum.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nima Qum Muzeyi (仁摩サンドミュージアム, Nima Sando Myuciamu?)Yaponiyanın Şimane prefekturasının Oda şəhərində, keçmiş Nima qəsəbəsinin ərazisində yerləşən və quma həsr olunmuş muzey. Burada dünyanın ən böyük qum saatı saxlanılır.

Muzeyin açılışı 3 mart 1991-ci ildə yerli bələdiyyə başçısının iştirakı ilə baş tutmuşdur.[1] Muzeyin yaradılmasında məqsəd qəsəbə yaxınlığında yerləşən Kotoqahama çimərliyinin qumunu nümayiş etdirərək turist cəlb etmək olmuşdur.[1] Belə ki, bu çimərliyin qumu "oxumaq" xüsusiyyətinə malikdir.[1]

Muzeyin memarı Nimada doğulmuş Şin Takamatsudur.[1] O, muzeyin ən hündür piramidasını anasının qəbrindən görünə biləcək şəkildə dizayn etmişdir.[1]

Xüsusiyyətlər

[redaktə | vikimətni redaktə et]

Muzey altı şüşə piramidadan ibarətdir.[1] Ən böyük şüşə piramidasında Ginnesin Rekordlar Kitabına düşmüş dünyanın ən böyük qum saatı saxlanılır.[2][1] Bu qum saatının yuxarı kürəsinin tam boşalması və aşağı kürəsinin tam dolması düz 1 il çəkir.[1] Hər ilin 31 dekabr tarixində gecəyarısı qum saatı çevrilir.[1]

Qum saatının yerləşdiyi şüşə piramida 21 metr hündürlüyündə və 17 metr enindədir.[1] Qum saatı isə 5 metr hündürlüyündə və 1 metr diametrindədir.[1] İçərisindəki qumun ağırlığı 1 tondur, hər qum dənəsi 0,13 millimetr ölçüsündədir.[1] Qum diametri 0,85 millimetr olan dəlikdən tökülür.[1]

Qum, zaman və ətraf mühit muzeyin üç konsepsiyasını təşkil edir.[2] Muzeydə qum akustikasını nümayiş etdirən sənət əsərləri kolleksiyası mövcuddur.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 "Nima Sand Museum". Atlas Obscura (ingiliscə). 9 yanvar 2010. 8 sentyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2022.
  2. 1 2 "Nima Sand Museum". Shimane Guide (ingiliscə). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2022.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]