Məzmuna keç

Nişançı Mustafa Paşa

Vikipediya, azad ensiklopediya
Nişançı Mustafa Paşa
(ləqəbi: Mostarlı)
ƏvvəlkiHeydərzadə Mehmed Paşa
SonrakıÇavuş Mehmed Paşa
Şəxsi məlumatlar
Doğum yeri Mostar, Bosniya əyaləti
Vəfat tarixi
Vəfat yeri İstanbul, Osmanlı imperiyası

Nişançı Mustafa Paşa (ö. 13 sentyabr 1661) — IV Murad, Sultan İbrahimIV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Doğum tarixi haqqında məlumat yoxdur. Əslən boşnak olub, Mostarda dünyaya gəldi. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək şahinçibaşı oldu. 1628-ci ildə yeniçəri ağası, həmin ilin sonunda isə Dəməşq bəylərbəyi təyin edildi. 1631-ci ildə vəzifədən alınsa da, 1633-cü ildə vəzir rütbəsiylə divana daxil oldu. 1644-cü ildə Silifkə sancaqbəyliyi də ona verilərək nişançı vəzir oldu. 1643-1645-ci illərdə Silistrə bəylərbəyi olaraq xidmət etdi. 1647-ci ilin avqustunda Misir bəylərbəyi olub, həmin ilin dekabrında vəzifədən alındı. Yenidən paytaxta çağırılaraq nişançı vəzir olaraq divana daxil oldu. 13 sentyabr 1661-ci ildə İstanbulda vəfat etdi.

  • Sicill-i Osmani IV, səh. 178