Nebelunq
Nebelunq | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Nebelunq — uzunbədənli, geniş yaşıl gözlü, uzun və sıx tükləri ilə tanınan, yumşaq xarakterə sahib bir pişik cinsi. Bu cins Mavi rus pişiyinə yaxındır, lakin daha uzun və ipək tükləri ilə fərqlənir və bəzən "Uzuntüklü Mavi rus pişiyi" olaraq da adlandırılır.[1][2][3]
Mənşəyi
[redaktə | vikimətni redaktə et]Nebelunq cinsinin əsası 1984-cü ildə Amerika Birləşmiş Ştatlarında, Zirfrid (1984) və Brünhild (1985) adlı pişiklərin yetişdirilməsi ilə qoyulmuşdur. Bu pişikləri yetişdirən Kora Kob mavi-boz rəngli pişiklərin gözəlliyindən çox təsirlənmişdi. Zirfrid və Brünhild Mavi rus pişiyinə bənzəyirdilər, amma tük uzunluğu daha az idi. Kora bu pişiklərlə yeni bir cins yaratmağın mümkün olub-olmamasını öyrənmək üçün "Amerika Pişik Assosiasiyasının" genetikçisi Zolveyq Flyuger ilə əlaqə saxladı. Flyuger bu cinsi "yarım uzun tükülü mavi Rus pişiyi" olaraq təyin etdi və Kob, bu tələbləri nəzərə alaraq yetişdirmə standartını hazırladı, lakin "Beynəlxalq Mavi rus pişiyi yetişdiriciləri" təşkilatı bu təyinatla razılaşmadılar və nəticədə cins, XIX və XX əsrin əvvəllərində Rusiyadan gətirilmiş mavi-boz pişiklərlə bənzər, amma fərqli bir cins olaraq təsnif edildi.[4][5][6][7]
"TICA" (Beynəlxalq Pişik Assosiasiyası) bu cinsi tanıyan ilk təşkilat oldu və cinsin standartlarını təqdim etdi. Nebelunqun yetişdirilməsi proqramının məqsədi, əvvəllər Rusiyadan gələn pişiklərlə eyni tipli mavi pişiklər yetişdirmək və onları orta uzunluqlu, parıldayan bir tük örtüyü ilə birləşdirmək idi. "TICA", həmçinin bu cinsi tanıyır və cinsin xüsusiyyətlərini təyin edir. Cinsin adı alman dilində "mistik varlıq" mənasına gələn Nebelung sözündən götürülmüşdür.[4][5][6][7]
Xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Fiziki
[redaktə | vikimətni redaktə et]Nebelunq pişikləri uzun, incə boyun və bədənə, uzun ayaqlara, uzun və ya orta uzunluqda tüklərə və uzun quyruqlara malikdir. Gözləri oval şəkildə, canlı yaşıl və ya sarı-yaşıl rəngdədir. Başları kəskin uclu və uzun, qızılgül şəklindədir. Tükləri çox yumşaq və ipək kimi hiss olunur. Tükləri boz rəngdə olur və gümüşü tonlarla örtülür. Erkək pişiklər və bəzən dişi pişiklər boyun ətrafında buruq tüklərə malikdirlər. Quyruğun tükü bədənin tükündən daha uzundur. Eynilə, qulaqların arxasında və barmaqların arasında tük dəstələri və arxa ayaqlarda şalvarvarı tüklər mövcuddur. Fərdlərin böyük əksəriyyəti cinsi yetişkənliyə yalnız 2 yaşında çatırlar. Nebelunq pişikləri orta boylu olub, dişilər 3.5, erkəklər isə təxminən 6.5 kiloqram olur.[8]
Davranış
[redaktə | vikimətni redaktə et]Nebelunq pişikləri həyat dolu, oynaq, sevgili, yaxşı təbiətli və ağıllıdır. Onlar öz ailələri ilə yaxınlıq qurmağa meyillidir və yad insanlardan uzaq dururlar. Bu cins, bir neçə insanla güclü bağlar qurur və onların həyatları boyunca onlara sevgi və sədaqət göstərir. Bəzi nebelunqlar, ailə üzvlərindən birinə xüsusi yaxınlıq hiss edərək, onlarla daha çox vaxt keçirirlər. Onlar çox yaxşı ünsiyyət qururlar və sahiblərinə problemləri unutdururlar. Bu pişiklər tez-tez tualet təmizliyinə və yemək növünə qarşı çox seçici ola bilərlər. Bir çox sahiblər, nebelunq pişiklərinin bəzən itlər kimi davrandığını qeyd edirlər. Onlar sahibinə və ailəyə çox sadiqdirlər və tez-tez onları izləyirlər. Nebelunqlar doğru qayışla asanlıqla sahibi tərəfindən gəzdirilməyi qəbul edirlər. Onlar tez-tez başqalarının yanında olmağı sevsələr də, ən çox sevdikləri insanın yanında olmağı üstün tuturlar. Bu pişiklər həm də çox oynaqdır və atılan oyuncağı sahiblərinə gətirə bilirlər. Bu cins, rutinə çox bağlıdır və evdəki dəyişikliklərə uyğunlaşmaq üçün bir az zaman keçməsi lazımdır.[8]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Nebelung: Cat Breed Profile, Characteristics & Care" (ingilis). The Spruce Pets. İstifadə tarixi: 2022-11-14.
- ↑ "Nebelung" (ingilis). Petfinder. İstifadə tarixi: 2022-11-14.
- ↑ "Nebelung" (ingilis). www.petmd.com. İstifadə tarixi: 2022-11-14.
- ↑ 1 2 "American Cat Fanciers Association". www.acfacat.com. İstifadə tarixi: Aug 26, 2021.
- ↑ 1 2 kd-deuter. "WCF - World Cat Federation". wcf-online.de. 2018-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-04.
- ↑ 1 2 "LOOF - Actualités". loof.asso.fr. 2011-04-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-04.
- ↑ 1 2 "Nebelung". GCCF. İstifadə tarixi: 22 September 2023.
- ↑ 1 2 "Нибелунг". 2010-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-14.