Nazlı Səbri
Nazlı Səbri | |
---|---|
məsri. نازلى صبرى | |
Doğum tarixi | 25 iyun 1894 |
Doğum yeri | |
Vəfat tarixi | 29 may 1978 (83 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Həyat yoldaşı | |
Uşaqları | |
Dini |
Katolik Kilsəsi (əvvəlki İslam) |
Fəaliyyəti | kraliça-konsort[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Nazlı Səbri — (ərəb. نازلي صبري Nazlı Ṣəbrī; 25 iyun 1894, İsgəndəriyyə – 29 may 1978, Los-Anceles, Kaliforniya) Misir kralı I Fuadın həyat yoldaşı olub. Nazlı 25 iyun 1894-cü ildə türk və fransız əsilli ailədə anadan olmuşdur.[2][3] Atası Əkinçilik Naziri və Qahirə valisi Əbdürrəhman Səbri Paşa[4], anası Tövfiqə Xanım Şərif idi. Ana tərəfdən o, türk əsilli baş nazir və xarici işlər naziri general Məhəmməd Şərif Paşanın nəvəsi idi.
Nazlı əvvəlcə Qahirədə la Mère-de-Dieu Liseyinə, sonra isə İsgəndəriyyədəki Notre-Dam de Sion Kollecinə gedib. Anası dünyasını dəyişdikdən sonra o, bacısı ilə birlikdə iki il müddətinə Fransanın Paris şəhərindəki internat məktəbinə göndərilir. Nazlı qayıdandan sonra türk əmisi oğlu Halil Səbri ilə evlənməli olub. Ancaq on bir aydan sonra evlilik boşanma ilə başa çatdı. Misir Sultanı Fuad Nazlını ilk dəfə opera tamaşasında görüb. 1919-cu il mayın 12-də Fuad ondan 26 yaş kiçik olsa da, bunu istədi. 1919-cu il mayın 24-də Qahirədə Bustan sarayında Nazlı Sultan Fuadla evləndi. Nazlı ilə Fuadın ikinci evliliyi idi.[5] Daha sonra Abbasilər sarayındakı hərəmxanaya köçürüldü.
1936-cı ildə Kral Fuadın ölümündən sonra onun oğlu Faruq Misirin yeni kralı, Nazlı Səbri isə kraliça ana oldu. Qardaşı Şərif Səbri Paşa Faruq azyaşlı ikən qurulan üç nəfərlik Sultanlıq Şurasında xidmət edirdi. 1946-cı ildə Misiri tərk edən Nazlı böyrək xəstəliyindən müalicə üçün ABŞ-yə getdi.
1950-ci ilin avqustunda Kral Faruq anası Nazlı Səbri və bacısı Şahzadə Fəthiyənin hüquq və titullarından məhrum etdi. Buna səbəb Şahzadə Fəthiyənin Nazlının da dəstəklədiyi, Faruqun isə qarşı çıxdığı Kopt xristian Riyad Qali ilə evlənməsi olub. Nazlı daha sonra xristianlığı qəbul etdi və adını Meri Elizabeth olaraq dəyişdirdi.[6]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Lundy D. R. The Peerage (ing.).
- ↑ ^ Rosten, David B (2015), "Queen Nazli Sabri", The Last Cheetah of Egypt: A Narrative History of Egyptian Royalty from 1805 to 1953, iUniverse, ISBN 149177939X
- ↑ https://web.archive.org/web/20130907052644/http://egyptianeurope.org/history/01-02-09-04-02-06_firstladies.pdf
- ↑ "Arxivlənmiş surət". 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- ↑ "Arxivlənmiş surət". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
- ↑ "Arxivlənmiş surət". 2019-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.