Narin (xörək)
Narin | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Qazaxıstan, Qırğızıstan, Özbəkistan | |
Mənşəyi | |
Tərkibi | |
Əsas | |
Təfərrüatları | |
Tipi | şorba |
Narin (qırğ. наарын, нарын; qaz. нарын; özb. норин; uyğ. нерин) — türkdilli xalqların ənənəvi ət yeməyi. Ümumiyyətlə, yemək soğan sousu ilə incə doğranmış qaynadılmış ətdir, əksər hallarda incə doğranmış əriştə də əlavə olunur.
Milli mətbəxlərdə
[redaktə | mənbəni redaktə et]Qırğız mətbəxində
[redaktə | mənbəni redaktə et]Narin ən qədim və məşhur ənənəvi qırğız yeməklərindən biridir. Xalq nağıllarında, mahnılarında və dastanlarında bu yeməyin adına istinadlar tez-tez rast gəlinir. Əvvəllər narin, demək olar ki, bütün bayramlarda, toylarda bişirilirdi. Narin ət yemək ritualının ayrılmaz hissəsidir. Ənənəvi orta əsrlərdəki narinin əsasını yabanı soğan, sarımsaq, göyərti və yağlı bulyondan hazırlanan çık sousu ilə bəzədilmiş incə doğranmış qaynadılmış ət təşkil edir. Daha sonra narinə əriştə əlavə olundu, belə bir narin yrmək növü sonradan "beşbarmaq" adı ilə məşhur oldu.[1] Narin, "Нарынды қырғыз турасын" qırğız atalar sözündə xatırlanır və bu atalar sözü "Qoy narin qırğızları məst eləsin" kimi tərcümə olunur.
Özbək və Qazax mətbəxlərində
[redaktə | mənbəni redaktə et]Özbək narini, məşhur Orta Asiya plovu ilə özbək mətbəxində əhəmiyyəti rəqabət edən məşhur milli bayram yeməklərindən biridir.[2] Əriştəli özbək narini bu günə qədər orijinal adını qoruyub saxlamışdır və əsasən Daşkənd mətbəxinin əsasını təşkil edir. At əti ümumiyyətlə ət kimi istifadə olunur, ondan da narına əlavə olunan ləzzətli qazı-karta kolbasa da hazırlanır. Özbək narinində xüsusi şəkildə bişirilmiş əriştə ətdən üstündür. Ət bulyonundan yoğurulmuş xəmir, yapışmaması üçün bitki yağı ilə yağlanır, daha sonra qatlanaraq nazik şəkildə kəsilir. Eyni qaydada da, qazax narini hazırlanır, Qırğızıstanın beşbarmağı və Qaraqalpaq beşbarmaq turamasının Talas versiyası hazırlanır. Sonra xırda doğranmış ət əriştə, qızardılmış doğranmış soğan, ədviyyat və bir az yağlı bulyon ilə qarışdırılır.
Uyğur mətbəxində
[redaktə | mənbəni redaktə et]Uyğur atalar sözündə Narindən bəhs olunur: "Beşkərəmdən un, Avatdan duz, Artuşdan qızlar varsa, oh, nə ləzzətli bir narin yeməyi alınacaq."
Ət yumşalana qədər suda bişirilir, sonra bu ət incə doğranılır, bulyonda incə doğranmış əriştə bişirilir, doğranmış ətə bitmiş əriştə qarışdırılır, əvvəlcədən incə doğranmış soğan əlavə edilir. Daha sonra bibər, qaynar yağlı quzu ətinin bulyonu əlavə edilir, istiot da əlavə edilib, süzmə ilə yeyilir. Əti və xəmiri çox olduqda, narin daha dadlı olur.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Наарын". 2015-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
- ↑ "Самый большой в мире нарын вошел в Книгу рекордов Гиннеса". 2015-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-11.
- ↑ "Нерин". 2016-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-12.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- 2664. Нарын (таджикские блюда) // Кулинария. М.: Госторгиздат. Гл. ред. М.О. Лифшиц. 1955. 822.
- 2492. Суп нарын (узбекские блюда) // Кулинария. М.: Госторгиздат. Гл. ред. М.О. Лифшиц. 1955. 799.