Mitski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mitski
Mitski 2019-cu ildə
Mitski 2019-cu ildə
Ümumi məlumatlar
Doğum adı Mitsuki Laycock[1]
Doğum tarixi 27 sentyabr 1990(1990-09-27) (34 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2012-ci ildən
Janrlar indi-rok, pank rok, folk-rok, folk pank[d], art pop
Musiqi alətləri piano[2], gitara[2], bas-gitara[2], zərb qurğusu[d], skripka
Albom şirkətləri Dead Oceans[2], Double Double Whammy, Don Giovanni Records[2]
Təhsili
  • SUNY Purchase[d],
  • Alabama Maraqlı Sənətlər məktəbi[d]
mitski.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mitski Miyavaki (27 sentyabr 1990, Mie prefekturası) — yapon əsilli amerikalı müğənni, mahnı yazarı. Mitski SUNY Purchase-də studiya bəstəkarlığı təhsili alarkən özünün ilk iki albomunu – "Lush" və "Retired from Sad, New Career in Business" albomlarını tələbə layihəsi çərçivəsində hazırıayıb.[3] O, 2013-cü ildə məzun olmuş və sonra 2014-cü ildə Double Double Whammy vasitəsilə "Bury Me at Makeout Creek" adlı üçüncü studiya albomunu yayımlamışdır.

Mitski 2015-ci ildə Dead Oceans şirkəti ilə müqavilə bağlamışdır. Ardınca "Puberty 2", "Be the Cowboy" və "Laurel Hell" albomlarını buraxmışdır. 2022-ci ildə The Guardian qəzetindən Ben Beaumont-Thomas onu ABŞ-nin "ən yaxşı gənc mahnı yazarı" adlandırıb.[4] Onun David Byrne ilə birlikdə "Hər şey hər yerdə və bir anda" filmi üçün yazdığı "This is a Life" mahnısı "Oskar" mükafatına namizəd göstərilib. Mitskinin yeddinci studiya albomu "The Land Is Inhospitable and So Are We" 2023-cü ildə işıq üzü görüb.

Mitski 27 sentyabr 1990-cı ildə doğulub. Doğulmasına az qalmış valideynləri – yapon anası və ağ dərili amerikalı atası – Konqo Demokratik Respublikasında yaşayırdılar. Valideynləri yeni doğulacaq uşaqlarının Yaponiya vətəndaşı olmasını istədikləri üçün müvəqqəti olaraq Yaponiyaya uçurlar. Mitski dünyaya gəldikdən sonra onunla birlikdə Afrikaya qayıtmışdırlar. Mitski atasının hökumətdəki - ABŞ Dövlət Departamentindəki işi ilə əlaqədar olaraq on üçdən çox ölkədə yaşamalı olub. Çin, Türkiyə, Malayziya, Çexiya, Konqo və s. ölkələrdə yaşayıb. Atası CIA agenti olduğu üçün o, valideynləri haqqında məlumat verməməkdədir. Atasının hərbi cinayətkar olduğu da iddia olunur.

Orta məktəbi Türkiyədə bitirib. İlk mahnısı Türkiyədə on səkkiz yaşında yazdığı "Bag of Bones" olmuşdur. O, atasının Amerika folk disklərinə və anasının Yapon pop CD-lərinə qulaq asaraq böyüyüb.

2012–2014: LushRetired from Sad, New Career in Business; və Bury Me at Makeout Creek

[redaktə | mənbəni redaktə et]

Kino üzrə təhsil almaq üçün Hunter Kollecinə daxil olan Mitski, sonradan musiqiyə verdiyi dəyəri nəzərə alaraq SUNY Purchase-yə yollanır və burada studiya bəstəkarlığı təhsili alır. Perçeysdə olarkən o, tələbə layihələri kimi pianoda yazdığı "Lush" və "Retired from Sad, New Career in Business" albomlarını buraxır.[5][6] Orada Mitski sonralar onun albomu üçün prodüserlik edən Patrik Haylend ilə tanış olur.[7]

Məzun olduqdan sonra o, qısa müddət proq-metal qrupu Voice Coils üçün ifalar edir. Bunun ardınca növbəti albomu "Bury Me at Makeout Creek" üzərində işləməyə başlamışdır.[8] Nəhayət albom Double Double Whammy tərəfindən 11 noyabr 2014-cü ildə yayımlanır. Əlavə dörd bonus trekinin də daxil edildiyi albomun başqa bir versiyası 7 aprel 2015-ci ildə Don Giovanni Records tərəfindən buraxılır.[9][10][11][12]

2015–2017: Puberty 2

[redaktə | mənbəni redaktə et]

Mitski 22 dekabr 2015-ci ildə Dead Oceans albom şirkəti ilə müqavilə bağlayıb.[13] O, 1 mart 2016-cı ildə dördüncü studiya albomu olan "Puberty 2"nun buraxılacağı haqqında paylaşım etmişdir. Həmim gün ilk sinql "Your Best American Girl"ü yayımlayıb.[14] İyunun 17-də albomun buraxılmasından əvvəl o, "Happy" adlı daha bir sinqlı buraxır.[15] Haylendin prodüser olduğu bu albom iki həftə ərzində Nyu-Yorkun Vestçester County-dəki Acme Studios-da yazılıb.[16] Albom buraxıldıqdan sona dinləyicilər və musiqi tənqidçiləri tərəfindən müsbət rəylərlə qarşılanıb.[17] "Your Best American Girl" Rolling Stone jurnalı tərəfindən 2010-cu illərin 13-cü ən yaxşı mahnısı seçilmişdir.[18]

Onun "Francis Forever" mahnısı 2016-cı ildə "Cartoon Network"da nümayiş olunan "Macəra zamanı" cizgi serialının "The Music Hole" epizodunda personaj Marselin (Oliviya Olson) tərəfindən kaver kimi ifa edilib.[19]

Pixies qrupu onların 21 fevral 2017-ci ildə baş tutacaq konsert açılışında Mitskinin iştirak edəcəyini bildirib.[20] Mayın 1-də müxtəlif sənətçilərin mahnılarından ibarət olan "Our First 100 Days" adlı 100 mahnıdan ibarət toplu albom işıq üzü görüb. Bu alboma Mitskinin One Direction qrupunun "Fireproof" mahnısına oxuduğu kaver də daxil edilmişdir. Albom Donald Trampın təhdid adlandırdığı təşkilatlar üçün vəsait toplayırdı.[21][22] Bundan əlavə Mitskinin ifa etdiyi "I'm a Fool to Want You" kaver mahnısı "7-Inches For Planned Parenthood" kompilasiya albomunda yer alıb.[23] Tanınmış müğənni Lorde 4 oktyabr 2017-ci ildə özünün Melodram Dünya Turu konsertinin açılışında Mitskinin iştirak edəcəyini elan edib.[24] Mitski noyabrın 1-də özünün baş rolda oynadığı “Sitting” qısametrajlı filmini təqdim edib.[25]

black and white photo of a young Asian-American woman with shoulder-length black hair singing.
Mitski 2018-ci ilin oktyabrında Sietlda verdiyi konsert zamanı.

2018–2019: Be the Cowboy

[redaktə | mənbəni redaktə et]

Mitski 20 aprel 2018-ci ildə Xiu Xiu eksperimental qrupu ilə birlikdə bir işə imza atdı. Onların ifa etdiyi "Between the Breaths" mahnısı "How to Talk to Girls at Parties" filminin soundtrekinə daxil edildi.[26]

Mitski 14 may 2018-ci ildə beşinci studiya albomu "Be the Cowboy" üçün ilkin sifarişləri açıb. İlk sinql olan "Geyser"i musiqi videosu ilə buraxıb.[27] İkinci sinql "Nobody" musiqi videosu ilə birlikdə 26 iyun 2018-ci ildə yayımlanıb,[28] daha sonra üçüncü və albomun son sinqlı "Two Slow Dancers" lirik video ilə birlikdə 9 avqustda çıxdı.[29] "Be the Cowboy" 17 avqustda Dead Oceans tərəfindən yayımlanmışdır.[30] Albom tənqidçilər tərəfindən bəyənilmiş və Pitchfork,[31] Vulture[32] və Sequence of Sound jurnalları tərəfindən "İlin Albomu" seçilmişdir.[33]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Mitski 2020-ci ildən etibarən Neşvill şəhərində yaşayır. O veqandır, qorxu filmlərini sevir və iki pişiyi var.

border=none Əsas məqalə: Mitskinin diskoqrafiyası
  1. "ARTIST TO WATCH: MITSKI". Young Hollywood. September 18, 2018. May 5, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 21, 2020.
  2. 1 2 3 4 5 6 7 AllMusic (ing.). 1991.
  3. "Mitski Miyawaki '13". www.purchase.edu (ingilis). 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-15.
  4. Beaumont-Thomas, Ben. "Mitski, the US's best young songwriter: 'I'm a black hole where people dump their feelings'". the Guardian (ingilis). 2022-02-04. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-12.
  5. "Taking All of Mitski". Impose Magazine. December 2014. March 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2017.
  6. "In Sight Out: Mitski". Pitchfork. September 19, 2017. June 28, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2018.
  7. "M. Roosevelt & Mitski, by M. Roosevelt & Mitski". M. Roosevelt (ingilis). 2022-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-04.
  8. "Voice Coils = prog metal from mems of Mitski, Roomrunner, Extra Life, Porches & more, playing 7" release show at DbA". BrooklynVegan. September 12, 2014. August 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 11, 2018.
  9. "Mitski:Bury Me At Makeout Creek Album Review". Pitchfork. November 14, 2014. February 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 9, 2016.
  10. "Premiere – Brooklyn Newcomer Mitski's Spellbinding 'I Will'". NME. October 21, 2014. September 30, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 11, 2016.
  11. "Bury Me At Makeout Creek Album Review". Rolling Stone. December 18, 2014. January 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 2, 2016.
  12. "Holding the Audience Hostage, With a Wail;Mitski Leaves Her Mark at the Knitting Factory". The New York Times. December 19, 2014. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 9, 2016.
  13. "New Artist // Dead Oceans Signs Mitski". Dead Oceans. December 22, 2015. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2018.
  14. "Mitski announces new album, Puberty 2, shares lead single "Your Best American Girl"". Consequence of Sound. March 2, 2016. September 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2017.
  15. "Mitski was "Happy" once on new single — listen". Consequence of Sound. May 3, 2016. September 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 11, 2017.
  16. "Q&A: Mitski Goes Back To Her Roots On Puberty 2". June 8, 2016. August 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 21, 2016.
  17. "Reviews for Puberty 2 by Mitski". Metacritic. December 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 23, 2016.
  18. "The 100 Best Songs of the 2010s". Rolling Stone (ingilis). December 4, 2019. December 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-02.
  19. "Watch Marceline Sing A Mitski Song On Adventure Time". Stereogum. June 23, 2016. August 26, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 26, 2019.
  20. "Pixies Add U.S. Tour Dates With Mitski". Pitchfork. February 21, 2017. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2018.
  21. "Our First 100 Days". Bandcamp. May 3, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2018.
  22. "Mitski Covers One Direction's "Fireproof": Listen". Pitchfork. April 7, 2017. May 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 15, 2018.
  23. Gray, Julia. "Mitski – "I'm A Fool To Want You" (Frank Sinatra Cover)". Stereogum. October 19, 2017. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2018.
  24. Strauss, Matthew. "Run the Jewels and Mitski Touring With Lorde". Pitchfork. October 4, 2017. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2018.
  25. Sodomsky, Sam. "Mitski Stars in New Short Film SITTING". Pitchfork. November 1, 2017. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 27, 2018.
  26. Yoo, Noah. "Mitski Links With Xiu Xiu for New Song "Between the Breaths"". Pitchfork. April 20, 2018. June 27, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2018.
  27. Boilen, Bob. "Mitski Shares And Talks About New Song And Album". NPR. May 14, 2018. May 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 14, 2018.
  28. "Mitski Presents New Single, "Nobody", and Accompanying Video". Dead Oceans. June 26, 2018. June 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2018.
  29. Daramola, Israel. "Mitski – "Two Slow Dancers"". Spin. August 9, 2018. August 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 9, 2018.
  30. "Be the Cowboy by Mitski on Apple Music". Apple Music. May 15, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 14, 2018.
  31. "The 50 Best Albums of 2018 – Page 5". Pitchfork (ingilis). December 14, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
  32. Jenkins, Craig. "The 15 Best Albums of 2018". Vulture.com. December 3, 2018. December 6, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-12.
  33. "Top 50 Albums of 2018". Consequence of Sound (ingilis). December 3, 2018. April 5, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-06.