Misterio
Misterio | |
---|---|
ing. Mysterio | |
Nəşriyyat | Marvel Comics |
Yayım tarixi |
|
Yaradıcı(lar) |
|
Xüsusiyyətlər | |
Əsl adı |
|
Cinsiyyəti | kişi[d] |
Növü |
|
Vətəndaşlıq | |
Komiks bioqrafiyası | |
Üzvlükləri |
|
Partnyorları |
|
Düşmənləri | Hörümçək-adam, Daredevil |
Ləqəbləri |
|
Gücləri |
|
Misterio (ing. Mysterio) – Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılmış komiks personajı. Sten Li və Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 13-cü sayında peyda olmuşdur. Misterio adını daşıyan bir neçə şəxs olmuşdur. Bunlardan ən çox tanınanı və ilk Misterio olmuş Kventin Bekdir (ing. Quentin Beck). Misterio Hörümçək-adamın əzəli düşmənlərindən biridir.
Misterio bir çox Hörümçək-adam animasiyasında və videooyununda peyda olmuşdur. 2009-cu ildə IGN Misterionu "Bütün dövrlərindən ən böyük komiks supercinayətkarları" siyahısında 85-ci yerdə göstərmişdir.[1]
Nəşrolunma tarixi
[redaktə | mənbəni redaktə et]Orijinal Misterio (Kventin Bek) Sten Li və Stiv Ditko tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 13-cü sayında (iyun 1964) görünmüşdür.[2][3][4] Daha sonra məlum olmuşdur ki, komiksin 2-ci sayında yadplanetlilər əslində Misterio və onun adamları olmuşdur. Belə ki, Misgərçi onu hərbi sirləri açmaq üçün göndərmişdi.[5]
İkinci Misterio (Daniel Berkhart) Cerri Konvey və Ross Andru tərəfindən yaradılmış və ilk dəfə "The Amazing Spider-Man" komiksinin 171-ci sayında (fevral 1975) görünmüşdür.
Üçüncü Misterio Frensis Klam Kevin Smit və Terri Dodson tərəfindən yaradılmış və ilk dəfə "Spider-Man/Black Cat: The Evil That Men Do" komiksinin 1-ci sayında (avqust 2002) görünmüşdür.[6]
Dördüncü Misterio (Misterion) Kristofen Yost və Devid Lopes tərəfindən yaradılmış və ilk dəfə "Avenging Spider-Man" komiksinin 22-ci sayında (iyun 2013) peyda olmuşdur.
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Kventin Bek
[redaktə | mənbəni redaktə et]Ən tanınmış Misterio olan Kventin Bek xüsusi adını film sənayesində yüksəklərə daşımaq arzusunda olan, Hollivudda əsas studiyaların birində işləyən xüsusi effektlər ustası və dublyordur. Lakin xüsusi effeklər sahəsindəki işi alınmır. Buna görə də aktyor olmağa qərar verir, lakin çox uğur qazana bilir. Tezliklə dərk edir ki, illüziya sənətindəki böyük bacarığı onu effektiv supercinayətkar kimi tanıda bilər.
Hörümçək-adamla ilk döyüşündə Misterio bir soyğun hadisəsini onun üzərinə yıxır, onun hörümçək hislərini qazla deaktiv edir və kimyəvi maddə ilə torunu həll edir. Lakin Hörümçək-adam soyğunun Misterio tərəfindən törədildiyini üzə çıxara bilir və Misterio həbs olunur. Həbs olunan Misterio Hörümçək-adamı karyerasını məhv etməkdə günahlandırır.[7] Qisas almaq üçün Məşum altılığa qatılır, lakin məğlub olur.[8]
Misterio daha sonra psixiatr Doktor Lüdviq Raynhart adlı şəxsiyyət yaradır, texnologiya və hipnozdan istifadə edərək Hörümçək-adamın ağlını itirməsinə və maskasını düşürməsinə çalışır. Lakin Hörümçək-adam Cey Cona Ceymsonun köməyi ilə xilas olur. Hörümçək-adam Misterionun maskasını düşürür.[9] Daha sonra Misterio Sehrbazla əlbir olaraq Hollivudda bir studiyada Hörümçək-adam və Məşəl-adamı öldürməyə cəhd edir, lakin hər ikisi məğlub olur və həbs edilir.[10] Misterio televiziyada şəhəri məhv etməklə təhdid edir və hipnoz və minilunaparkdan istifadə edərək Hörümçək-adamın 150 mm boyunda olduğunu düşünməsini təmin edir. Lakin Hörümçək-adam illüziyanı görür və Misterionu yenə məğlub edir.[11]
Daniel Berkhart
[redaktə | mənbəni redaktə et]Orijinal Misterio Kventin Bek həbsdə olduğu müddətdə Cey Cona Ceymson Bekin keçmiş partneri olmuş dublyor Daniel Berkhartı pulla tutaraq ondan Hörümçək-adama Misterionun kabusu kimi zülm etməsini istəyir. Hörümçək-adam onu məğlub edəndən sonra Berkhart başa salır ki, Bek "ölümündən" sonra bəzi alətləri ona miras qoyub və qisas almaq fikrindədir. Tezliklə Berkhart həbs olunur, lakin Hörümçək-adama qarşı hərəkətlərinə şahid tapılmır. Berkhart Ceymsondan ona vəkil tutmasını istəyir.[12]
Berkhartın intiharından sonra Misterio adını götürmüş müəmmalı bir şəxs yenilənmiş Məşum altılığa qatılır və tez-tez onun "ölümünə" istinadlar edir. Uzun müddət yeni Misterionun kim olduğu müəmmalı qalır, lakin "Spider-Man: The Mysterio Manifesto" hekayəsində bu müəmmalı şəxsin elə Daniel Berkhart olduğu üzə çıxır.
Frensis Klam
[redaktə | mənbəni redaktə et]Teleportasiya bacarığına malik olan mutant Frensis Klam böyük qardaşı Qarrison tərəfindən cinsi istismara məruz qalır və güclərindən Qarrisonun illeqal fəaliyyətləri (heroin paylayıcısı) üçün istifadə etməsinə məcbur olur. Qarrison Qara pişiyə heroin verərək onu zorlamağa cəhd edəndə Frensis qardaşını dayandırmağa qərar verir və onu öldürür.[13]
Frensisin qardaşı Qarrisonla olan çirkin münasibətini və onun ölümündəki rolunu öyrənən Qara pişik onu məsul şəxslərə müraciət etməyə razı salır. Lakin Hörümçək-adam Frensisin Qara pişiyi onların söhbət etdikləri körpüdən atmaq istədiyini zənn edib Frensisə hücum edir. Qara pişiyin ona xəyanət etdiyini düşünən Frensis körpüdən aşağı düşür, ağır yaralanır, sol ayağını dizdən aşağı itirir.[6]
Qisas arzusunda olan Frensis Kinqpinə müraciət edir və yenicə ölmüş Misterionun (Kventin Bek) əşyalarını satın alır. Düşünür ki, köhnə düşməninin kostyumu ilə onu məğlub edə bilər. Hörümçək-adam Frensisin əsl məsələsini öyrənəndə artıq gec olur.[14]
Frensisin Hörümçək-adamı öldürmək planı Miss Ox tərəfindən pozulur.[15]
Misterion
[redaktə | mənbəni redaktə et]Adı məlum olmayan afroamerikalı bir şəxs Misterionun kostyumunu Roderik Kinqslidən satın alır və özünə Misterion adını götürür. Ali Hörümçək-adama (Doktor Osminoq) və Cəzalandırıcıya qarşı döyüşür. Liberti adasına dinozavr robotları ilə hücum edir, lakin Sincab qız və digər superqəhrəmanlar tərəfindən məğlub edilir.[16]
Güclər və bacarıqlar
[redaktə | mənbəni redaktə et]Quentin Beck super insan qabiliyyətlərinə malik deyil, lakin o, xüsusi effektlər cihazlarının və səhnə illüziyalarının ekspert dizayneri, usta hipnozçu və sehrbaz və həvəskar kimyaçı və robotistdir. O, kaskadyor kimi öyrəndiyi əlbəyaxa döyüş texnikaları haqqında geniş biliyə malikdir, bu da ona düşməninin üstün fiziki qabiliyyətlərinə baxmayaraq Hörümçək-adamla döyüşməyə imkan verir və öz bacarıqlarını başqa bir özünümüdafiə üsulu kimi yanlış istiqamətdə istifadə edir.[8 ]
Avadanlıq Mysterio'nun kostyumunda ona kömək etmək üçün bir çox cihaz var. Onun dəbilqəsi birtərəfli pleksiglasdan hazırlanmışdır, yəni o, çölə baxır, amma heç kim içini görə bilmir.[69] Dəbilqə həmçinin onu öz qazlarından qorumaq üçün hava təchizatı, duman örtüyündə hərəkət etmək üçün sonar və 3D illüziyalar yaratmaq üçün holoqrafik proyektor daxildir. Onun çəkmələrində ona təsir edici sıçrayışlar və eləcə də səthlərdən yapışmaq imkanı verən maqnit yayları var.[69] Mysterionun kostyumunda çəkmələrdə və biləklərdə onun hərəkətlərini qoruyan daimi tüstü axını buraxa bilən ucluqlar var.[69] O, müxtəlif effektlər üçün bu tüstü pərdəsinə digər kimyəvi maddələri qarışdıra bilər, o cümlədən Hörümçək-adamın hörümçək hisslərini kütləşdirən və maneə törədən qaz, 30 dəqiqə iflic vəziyyətinə salan qaz, Hörümçək-adamın torunu yeyən aşındırıcı, ətrafdakıları yaradan hipnogenlər. onun iradəsinə daha çox həssasdır və halüsinogenlər canlı hallüsinasiyalara səbəb olur.[69] Hypnogens və hallucinogens, onun holoqrafik proyektorları ilə birlikdə Mysterio illüziyalarının əksəriyyətinə necə nail olur. Kostyum bəzən hücum silahlarını da əhatə edir, məsələn, lazerlər və ya onun çiyinlərindəki göz emblemlərindəki nokaut qaz ucluqları və ya ona toxunanları elektrik cərəyanı ilə vurmaq üçün peyni içərisində elektrik sarğıları.[sitat lazımdır].
Digər mediada
[redaktə | mənbəni redaktə et]Televiziya
[redaktə | mənbəni redaktə et]- Hörümçək-adam
- Hörümçək-adam və onun heyranedici dostları
- Hörümçək-adam
- Valehedici Hörümçək-adam
- Mükəmməl Hörümçək-adam
Film
[redaktə | mənbəni redaktə et]- Brüs Kempbell Sem Rayminin "Hörümçək-adam" trilogiyasının hər 3 filmində də Kventin Bek kimi kameo etmişdir. Ləğv olunmuş dördüncü Hörümçək-adam filminin ssenaristlərindən olan Cefri Henderson 2016-cı ildə bildirmişdi ki, sonda Brüs Kempbelli Misterio kimi Hörümçək-adamın qarşısına çıxarmaq planları var idi.[17][18]
- Marvel Kinematoqrafiya Kainatının "Hörümçək-adam: Evdən uzaqda" filmində Misterio rolunu Ceyk Cillenhol canlandırmışdır.[19] Filmdə Misterio "Qisasçılar: Final" filmindəki hadisələrdən sonra paralel dünyadan gələn şəxs kimi təqdim olunmuşdur.
Videooyun
[redaktə | mənbəni redaktə et]- Questprobe
- The Amazing Spider-Man
- The Amazing Spider-Man 2
- The Amazing Spider-Man vs. The Kingpin
- Spider-Man: Mysterio's Menace[20]
- The Amazing Spider-Man[21]
- Spider-Man: Return of the Sinister Six
- Spider-Man: The Animated Series
- The Amazing Spider-Man: Lethal Foes
- Spider-Man 2: The Sinister Six
- Spider-Man[22]
- Spider-Man 2[23]
- Marvel: Ultimate Alliance[23]
- Spider-Man: Friend or Foe[24]
- Spider-Man: Web of Shadows[25]
- Spider-Man: Shattered Dimensions[26]
- Marvel Super Hero Squad Online[27]
- Lego Marvel Super Heroes[28]
- Disney Infinity: Marvel Super Heroes[29]
- Disney Infinity 3.0[30]
- Marvel: Avengers Alliance 2.[31]
- Lego Marvel Super Heroes 2.[32]
- Marvel: Future Fight
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Mysterio is number 85 Arxiv surəti 3 noyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-11-03 at the Wayback Machine IGN. Retrieved 10–05-09.
- ↑ Manning, Matthew K.; Gilbert, Laura, ed. 1960s // Spider-Man Chronicle Celebrating 50 Years of Web-Slinging. Dorling Kindersley. 2012. səh. 25. ISBN 978-0756692360.
The Amazing Spider-Man #13 saw [Stan] Lee and [Steve] Ditko return to the creation of new super villains. This issue marked the debut of Mysterio, a former special effects expert named Quentin Beck.
([[:Category:|link]])[[Category:]] - ↑ Lee, Stan (w), Ditko, Steve (p), Ditko, Steve (i). "The Menace of... Mysterio!" The Amazing Spider-Man 13 (June 1964)
- ↑ "Mysterio is number 85 on greatest comic book villain of all time". IGN. 3 November 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 January 2014.
- ↑ Roger Stern (w), Marie Severin (p), Jim Mooney (i). "Aliens And Illusions!" The Spectacular Spider-Man #51 (January 1981), Marvel Comics
- ↑ 1 2 Spider-Man/Black Cat: The Evil That Men Do #6
- ↑ The Amazing Spider-Man #13
- ↑ The Amazing Spider-Man Annual #1
- ↑ The Amazing Spider-Man #24
- ↑ The Amazing Spider-Man Annual #4
- ↑ The Amazing Spider-Man #66–67
- ↑ The Amazing Spider-Man #141–142
- ↑ Spider-Man/Black Cat: The Evil That Men Do #4
- ↑ Friendly Neighborhood Spider-Man #11
- ↑ Friendly Neighborhood Spider-Man #12
- ↑ Ryan North (w), Erica Henderson (p), Erica Henderson (i), Rico Renzi and Erica Henderson (col), VC's Clayton Cowles (let), Wil Moss (ed). The Unbeatable Squirrel Girl #5 (6 May 2015), United States: Marvel Comics
- ↑ "Storyboards". Planet Henderson. 2016-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
- ↑ Lussier, Germain. "Spider-Man 4 Storyboards Reveal Iconic Villains and Huge Action That Never Was". 2016-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
- ↑ Kroll, Justin. "Jake Gyllenhaal Eyed for Villain Role in 'Spider-Man: Homecoming' Sequel". Variety. May 21, 2018. January 28, 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 21, 2018. (#invalid_param_val)
- ↑ Harris, Craig. "Spider-Man: Mysterio's Menace". IGN. 2001-09-27. 2020-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-14.
- ↑ Lennon, F.J.; Kammer, Jack. "The Amazing Spider-Man Game Manual". Paragon Software Corporation. 1990: 5.
- ↑ "Behind The Voice Actors - Darran Norris". Behind The Voice Actors.[ölü keçid]
- ↑ 1 2 "Behind The Voice Actors - James Arnold Taylor". Behind The Voice Actors. 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
- ↑ "Behind The Voice Actors – Robin Atkin Downes". Behind The Voice Actors. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
- ↑ "Behind The Voice Actors – Greg Baldwin". Behind The Voice Actors. 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
- ↑ "Behind The Voice Actors – David Kaye". Behind The Voice Actors. 2013-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
- ↑ "Behind The Voice Actors – Dave Boat". Behind The Voice Actors.[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2013-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
- ↑ "Spider-Man, Venom and More Added to "Disney Infinity: Marvel Super Heroes"". 10 June 2014. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 June 2018.
- ↑ Avalanche Software. Disney Infinity 3.0. Səhnə: Closing credits, 5:39 in, Featuring the Voice Talents of.
- ↑ "Arxivlənmiş surət". 2016-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-21.
- ↑ "Characters". IGN Database. 1 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2018.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Misterio Marvel.com saytında.
- Spiderfan.org saytında profili.
- Spiderfan.org saytında ikinci profili.