Merostomata

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Merostomata
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Sinif:
Merostomata
Beynəlxalq elmi adı

Merostomlular (lat. Merostomata) — buğumayaqlılar tipinin xeliserlilər yarımtipinə aid sinif.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Merostomlular qədim dəniz xeliserliləri olub, qəlsəmələrlə tənəffüs edirlər. Onların baş-döş hissəsi bütövlükdə zirehlə örtülmüşdür. Sadə və mürəkkəb gözlərə malikdirlər. Xeliserləri kiçikdir və qısqaclara malik olub, ağızdan öndə yerləşmişdir. Baş-döş hissənin qalan 5 cüt ətrafı isə ağız dəliyinin kənarında yerləşir. Bu ətraflar qısqaclara malik olub, hərəkətə və qidanın tutulmasına xidmət edir. Bəzi formalarda arxa ətraflar üzmə ayaqlarına çevrilmişdir[2].

  • Xərçəng-əqrəblər (Gigantostraca)
  • Qılıncquyruqlar (Xiphosura)
    • Limulina
      • Limulidae
  1. World Register of Marine Species (ing.). / S. T. Ahyong 2008.
  2. Ağayev B.İ., Zeynalova Z.A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh. 350

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]