Meşə sərhədləri
Meşənin aşağı sərhəddi
[redaktə | vikimətni redaktə et]Meşənin aşağı sərhəddi- boreal iqlim şəraitində dağ meşələri aşağı sərhədində meşə-çöl vasitəsilə meşəsiz çöllərlə əvəz olunur. Meşənin meşə-çöl və çöllə (bozqırla) əvəz olunmasına səbəb yağıntının az və havanın nisbi rütubətliyinin aşağı olmasıdır. Belə qanunauyğunluq respublikamızın dağ sistemləri şəraitinə uyğun gəlmir. Belə ki, Böyük Qafqazın cənub yamacında dağın Qanıx-Həftaran vadisinə keçid hissədə rütubətli düzən meşəsi ilə əvəz olunur. Böyük Qafqazın şimal-şərq yamacında meşənin aşağı sərhədi yoxdur. Burada dağlıq ərazi 600 m hündürlükdə Samur-Dəvəçi düzənliyinə keçir. Düzənliyin ərazisində bəzi yerlərdə dənizə qədər meşələrin yayılması müşahidə olunur. Lənkəran regionu ərazisində də meşənin aşağı sərhədi, yəni meşənin çölə, yaxud arid tipli seyrəkliyə keçidi müşahidə edilmir. Burada Lənkəran ovalığında Hirkan tipli məşəliklərin qalıqlarına təsadüf edilir. Respublikanın dağ yamaclarnda meşənin aşağı sərhədinin və antropogen landşaftların mövcudluğu yalnız insan fəaliyyəti ilə bağlıdır.
Meşənin yuxarı sərhəddi
[redaktə | vikimətni redaktə et]Meşənin yuxarı sərhəddi- dağlıq şəraitində meşə örtüyü müəyyən yüksəkliyə qədər yayılır. Həmin hündürlükdən yuxarıda ağac bitkisinin inkişafı üçün şərait pisləşir və meşənin yerini subalp (alp) bitkiliyi tutur. Meşənin iqlim və ya təbii yuxarı sərhədinin vəziyyəti ərazinin iqlimi ilə sıx əlaqədardır. Belə ki, okean (dəniz) iqlimi meşənin yuxarı sərhəddinin aşağıdan, kontinental iqlim isə əksinə, yuxarıdan keçməsinə şərait yaradır. Alimlər (Keppen, Brokman – Yeroş, Qulisaşvili) 100 iyul izotermini ağac bitkisinin inkişafı üçün son hədd hesab edir. Bu qanunauyğunluğu respublikamız üçün qəbul etsək, Böyük Qafqaz və Kiçik Qafqazın şimal-şərq yamacında meşənin yuxarı sərhəddi 2600 m-dən, Kəlbəcər və Laçın rayonlarında 2800 m-dən, kontinental iqlimi olan Naxçıvan zonasında isə 3000 m-dən keçməlidir. Lakin hazırda meşənin təbii sərhədi hər yerdə antropogen amillərin təsiri nəticəsində pozulmuş, aşağı salınmışdır. Meşənin müasir yuxarı sərhədi respublikamızın dağlarında orta hesabla 1600–2000 m hündürlükdən keçir. Bu hündürlük isə iyul ayının orta temperaturu 14–170 olan yüksəkliyə uyğun gəlir.[1]
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- BUZLAQ EPOXALARI (ƏSRLƏRİ)
- BÖYÜK QAFQAZIN CƏNUB YAMACLARININ MEŞƏ ÖRTÜYÜNÜN AŞAĞI VƏ YUXARI SƏRHƏDLƏRİNDƏ ANTROPOGEN DƏYİŞİKLİKLƏRİN PEYK MƏLUMATLARI ƏSASINDA ARAŞDIRILMASI.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Məmmədov Q. Ş. Xəlilov M. Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003