Mazer
Naviqasiyaya keç
Axtarışa keç
Mazer — kvant generatorları. Lazerdən fərqli olaraq, mazer sözünün birinci hərfi microwave, yəni mikrodalğa sözünün birinci hərfidir. (NH3) ammiak molekullarından təşkil olunmuş fəal mühitdə işləyən kvant generatorlarını ilk dəfə 1954‐cü ildə rus alimləri N.Q.Basov, A.M.Proxorov və onlardan asılı olmayaraq ABŞ alimi Ç.Tauns ixtira etmişdi.
Ammiak əsasında mazerlər hal‐hazırda da istifadə edilir. Mazerlərin iş prinsipi lazerlərə oxşardır. Əsas proses – həyəcanlanmış molekulların məcburi şüalanmasıdır.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ə.Ş.Abdinov, R.F.Mehdiyev, T.X.Hüseynov, Fiziki elektronikanin tarixi və metodologiyasi, Bakı, 2008, səh. 170" (PDF). 2016-03-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-09-16.
Fizika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |