Mastodon (musiqi qrupu)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mastodon
Mastodon
Əsas məlumatlar
Üslub proqressiv metal
Fəaliyyət illəri 2000–h.h
Ölkə ABŞ ABŞ
Şəhər Corciya
Leybl Reprise
Relapse
Roadrunner
Heyət Troy Sanders
Brent Haynds
Bill Kellixer
Bren Daylor
Keçmiş üzvlər Erik Seyner
www.mastodonrocks.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mastodon — amerikan hevi-metal qrupudur.

Qrup 2000-ci ildə ABŞ-nin Corciya ştatında yaranmışdır. Mastodonun musiqi tərzində vokallar və musiqi alətlərinin uğurlu iştirakı xüsusi yer tutur. Qrupun dörd üzvü də mahnılarda öz vokalları və oxuma üslubları ilə seçilirlər.

Mastodon indiyə qədər altı studiya albomu, bir konsert albomu, bir DVD və ilkin dövrlərdəki materialların toplusu olan bir box set yayımlayıb. 2002-ci ildə "Remission" adlı debüt albomunu çıxardan qrup musiqi tənqidçilərindən olduqca müsbət rəylər aldı. Qrupun ikinci albomu olan "Leviathan", German Melvillin məşhur romanı olan Moby Dick'in motivləri əsasında hazırlanmışdır. Bu albom 2004-cü ildə Revolver, Kerrang!Terrorizer musiqi jurnalları tərəfindən "İlin Albomu" seçildi. Mastodon iki dəfə Qremmi mükafatına namizəd göstərilib. Qrup kommersiya baxımından ən böyük uğurunu 2011-ci ildə yayımladığı "The Hunter" albomu ilə qazandı. Albom Billboard 200 siyahısında 10-cu sırada yerini tutdu. Mastodon 2014-cü ildə sonuncu studiya albomunu yayımladı. "Once More 'Round the Sun" adlı albom ilk həftədən 34,000 nüsxə sataraq böyük uğur qazandı.

Qrupun yaranması, ilkin dövrlər və Remission (2000–2003)

[redaktə | mənbəni redaktə et]

Mastodon 2000-ci il 13 yanvar tarixində yarandı. Qrupun hazırkı barabançısı Bren Daylor və gitarist Bil Kellixer, High on Fire qrupunun Atlantadakı konsertini izləmək üçün Nyu-Yorkdan yola düşür və burada basist Troy Senders və gitarist Brent Haynds ilə görüşürlər. Onlar Melvins, Neurosis kimi metal qrupların, o cümlədən 70'ci illərin hard-rok qrupu olan Thin Lizzy'dən bəzi elementlər kəşf edirlər və qısa müddət sonra Mastodon qrupunu yaradırlar. Kellixer 2009-cu ildə verdiyi bir müsahibədə Brent Hayndsın qrupa ilk daxil olanda heç çala bilmədiyini və olduqca zəif olduğunu açıqlamışdı.

Qrup 2000-ci ildə ilk vokalistləri olan Erik Seyner ilə bir demo yazırlar. Bir neçə ay sonra Seyner şəxsi səbəblərindən ötrü qrupdan ayrılır. Reptilian Records ilə dörd mahnı yayımlayan Mastodon 2001-ci ildə Relapse Records ilə albom müqaviləsi imzalayır. 2001-ci ildə "Lifesblood" adlı EP albom yayımlayan qrup, 2002-ci ildə ilk full-length albomları olan "Remission"-ı yayımlayır. Mastodon ilk üç albomlarının son mahnısını instrumental olaraq "Fil Adam" ləqəbi ilə tanınmış Jozef Merrikin şərəfinə adlandırmışdır.

Leviathan & Call of the Mastodon (2004–2005)

[redaktə | mənbəni redaktə et]

Qrupun ikinci studiya albomu olan "Leviathan" 2004-cü ildə işıq üzü gördü. Bu bir konsept albom idi və German Melvillin Moby Dick adlı romanının motivləri əsasında yazılmışdı. Albom tənqidçilər tərəfindən müsbət qiymətləndirildi və həmin il Kerrang!Terrorizer musiqi jurnalları tərəfindən "İlin Albomu" seçildi. Eyni zamanda nüfuzlu Metal Hammer dərgisi "Leviathan" albomunu 2004-cü ilin ən yaxşı albomları sıralamasında ikinci sıraya layiq gördü.

Qrup albomunu tanıtmaq üçün Şimali AmerikaAvropa turuna çıxdı. Mastodon bu turda SlayerLamb of God, və sonra isə Slipknot ilə birlikdə çıxış etdi.

Albomun beşinci mahnısı olan "Iron Tusk" skeytbordinq video oyunu olan Tony Hawk's American Wasteland və hokkey oyunu olan NHL 2K9-ın soundtrekində istifadə olunmuşdur. "Blood and Thunder" mahnısı isə Need for Speed: Most Wanted, Project Gotham RacingSaints Row oyunlarının soundtrekində istifadə olunmuşdur.

Qrup 2006-cı ildə ilkin dövrlərdəki mahnılarının toplusu olaraq "Call of the Mastodon" adlı albomu yayımladı. Albom doqquz mahnıdan ibarətdir. Qrup albom ilə yanaşı, bəzi konsertlərindən olan görüntülərin və müsahibələrinin də yer aldığı "The Workhorse Chronicles" adlı beş hissəli DVD-sini yayımladı. "Call of the Mastodon" toplu albom olsa da, qrup bunu özlərinin üçüncü studiya albomları kimi tanıtdı. Bu son iki albom qrupun Relapse Records ilə olan son işləri idi. Daha sonra qrup Warner Bros. ilə müqavilə imzaladı. Mastodon 2006-cı ildə Kerrang! dərgisi üçün Metallicanın "Orion" mahnısının cover versiyasını yazdı. Bu cover versiya "Master of Puppets" albomunun iyirmi illik şərəfinə yazılmışdı.

Blood Mountain (2006–2008)

[redaktə | mənbəni redaktə et]
Mastodon Roskilde Festivalında (2007)

Mastodon 2006-cı il 12 sentyabr tarixində "Blood Mountain" adlı üçüncü studiya albomunu dinləyicilərinə təqdim etdi. Qrup albomu tanıtmaq üçün Tool ilə Avropa turuna, Slayer ilə də AvstraliyaYeni Zellandiya turuna çıxdı.

Albomdan "Colony of Birchmen" mahnısı Saints Row 2 və Rock Band 2 oyunlarının saundtreklərində istifadə olunmuşdur. Albomun ilk sınqılı "Capillarian Crest", Rolling Stone dərgisi tərəfindən "2006-cı ilin ən yaxşı 100 mahnısı" siyahısında 27-ci yerə layiq görüldü. Albom, eyni zamanda həmin ilin ən yaxşı albomları sıralamasında da 9-cu yerə layiq görüldü. İngiltərənin Metal Hammer dərgisi isə albomu 2006-cı ilin ən yaxşı albomu seçdi. Albom Kerrang! dərgisinin il sonunda hazırladığı sıralamada 5-ci yerdə qərarlaşdı. Həmçinin PopMatters dərgisi albomu 2006-cı ilin ən yaxşı albomları sıralamasında 6-cı yerə, 2006-cı ilin "Ən Yaxşı Metal Albomları" sıralamasında isə 1-ci yerə layiq gördü. About.com da alboma 2006-cı ilin ən yaxşı albomları sıralamasnda yer verdi. Bizarre dərgisi Blood Mountain albomunu, dərginin 10 illik yubiley buraxılışında 2006-cı ilin ən yaxşı albomu seçdi. Albom eyni zamanda Revolver dərgisinin 2006-cı ilin top albomları siyahısında ikinci yerə layiq görülmüşdü.

Mastodon bu müddət ərzində bir çox konsert verdi. Eyni zamanda Against Me!Cursive ilə də Şimali Amerika turuna çıxdı. Brent Hayndsın xəstəliyi ilə əlaqədar qrupun Miluoki turu ləğv olundu. Mastodon Norveçdəki Hove Festivalında və Pitchfork musiqi festivalında da iştirak etdi. Bu müddət ərzində qrup Metallica ilə birlikdə Sick of Studio turunun açılışını elədi. Qrup həmçinin 2007-ci ildə Dubai Desert Rock və 2008-ci ildə Bonnaroo Musiqi Festivalında iştirak etdi. Eyni zamanda Mayhem Festivalının da açılışını edən qrup daha sonra Slayer, TriviumLamb of God ilə tura çıxdı. Qrup həmin il bir çox başqa metal qruplarla da The Unholy Alliance turunda da iştirak etdi.

Mastodon 2007-ci ildə MTV Video Musiqi mükafatlarında Coş Qom ilə "Colony of Birchmen"-in canlı performansını sərgilədi. Televiziya performansından sonra qrupun üzvü Brent Hayndsın şiddətli baş xəsarəti aldığı bildirildi. Lakin sonradan polisin hesabatı nəticəsində məlum oldu ki Brent, System of a Down qrupunun bass gitaristi Şavo Odadjiyan, vokalist Uilyam Hudzon və Achozen qrupundan Uilyam Börk ilə mübahisə edibmiş.

Crack the SkyeLive at the Aragon (2009–2010)

[redaktə | mənbəni redaktə et]

Qrupun dördüncü studiya albomu "Crack the Skye" 2009-cu il 24 mart tarixində yayımlandı. Növbəti həftə albom artıq Billboard 200 sıralamasında 11-ci sırada yerini tutmuşdu. Gitarist Bill Kellixer MusicRadar'a müsahibəsində albomun konsept albom olduğunu və Stiven Hokinqin nəzəriyyələri və astral səyahət ilə bağlı olduğunu bildirdi. Mastodon albomdan üç mahnını Bonnaroo Music Festivalında ifa etdi. Ancaq albom yayımlanmadan əvvəl başqa heç bir canlı performanslarında albomdan mahnı səsləndirmədilər. Qrupun barabançısı Brenn Daylor albomdan "Oblivion" mahnısında vokalist olaraq iştirak etmişdir. Qrup, 2009-cu il 28 fevral tarixində keçirilən Scion Rock Fest-də əsas qrup olaraq çıxış etdi. Mastodon bu festivalda Crack the Skye albomundan üç mahnı səsləndirdi.

Qrup albomunu tanıtmaq məqsədilə 2009-cu ildə Metallica ilə birlikdə World Magnetic Tour-da iştirak etdi. Mastodon 2009-cu il 17 oktyabr tarixində Çikaqoda reallaşdırdığı turu DVD şəklində yayımladı. Qrup 2010-cu ilin yanvar və fevral aylarında alternativ musiqi festivalı Big Day Out çərçivəsində AvstraliyaYeni Zellandiyada baş tutan turlarda çıxış etdi.

Qrup 2009-cu ilin 29 oktyabrında Late Night with Jimmy Fallon-da albomdan olan "Divinations" mahnısını səsləndirdi.

Mastodon 2009-cu il 4 noyabr tarixində "Oblivion" adlı ikinci EP albomunu yayımladı. Bu instrumental mahnı Brütal Legend adlı video oyunda istifadə olunmuşdu.

Qrup 2010-cu ilin sentyabr ayında DeftonesAlice in Chains qrupları ilə birgə ABŞKanadada tura çıxdı. Blackdiamondskye olaraq adlandırılan bu turda çıxış edən hər bir qrup öz sonuncu albomlarını (Black Gives Way to Blue, Diamond EyesCrack the Skye) ifa etdilər.

Mastodon 2010-cu ildə "Splatterhouse" adlı oyunun musiqilərinin bir hissəsini yazdı.

2011-ci il 15 mart tarixində qrup ilk DVD-si olan "Live at the Aragon"-u Reprise səsyazma şirkəti vasitəsilə yayımladı. DVD-də qrupun dördüncü studiya albomundakı mahnıların canlı performansı və əvvəlki mahnılardan da bir neçə canlı performans yer almışdı.

The Hunter (2011–2012)

[redaktə | mənbəni redaktə et]
Troy Sanders Stokholmda konsert zamanı (2011)

Mastodon prodüserliyini Mayk Elizondonun üstləndiyi beşinci studiya albomunu Atlantadakı Doppler studiyasında yazdırdı. Albom ilə bağlı ilk xəbəri isə qrup 2011-ci ilin yanvarında öz rəsmi Facebook səhifəsində vermişdi. Qrup 2011-ci ili bir çox yay festivallarında keçirdi.

2011-ci ilin iyul ayında "The Hunter" albomunun ilk qoxusu gəlməyə başladı. Qrup Youtube vasitəsilə albomdan olan "Black Tongue" mahnısını yayımladı. 12 avqust tarixində qrup albomun treklistini və eyni zamanda albomdan olan "Curl Of The Burl" mahnısını sinqıl olaraq yayımladı.

6 sentyabr tarixində qrup The Hunter albomundan, Neurosis qrupundan Skot Kelli ilə birlikdə işləydiyi "Spectrelight" mahnsını yayımladı.

16 sentyabr tarixində Mastodon albomu tanıtmaq məqsədilə Şimali Amerika turuna çıxacağını açıqladı. Albom qrupun dinləyiciləri və media tərəfindən çox yaxşı qarşılandı. Qrup bu albom ilə indiyə qədərki ən böyük uğurunu əldə etdi və Billboard 200 sıralamasında onuncu yerə qədər qalxdı. Albom yni zamanda bir çox rəsmi musiqi siyahılarında da böyük uğur əldə etdi.

2011-ci il 5 oktyabr tarixində qrup "Curl of the Burl" mahnısını Late Show with David Letterman proqramında ifa etdi.

12 oktyabr tarixində qrup, The Dillinger Escape Plan və Red Fang qrupları ilə birgə 2012-ci ilin fevralında Birləşmiş Krallıq turuna çıxacağını açıqladı.

1 dekabr tarixində qrupun "Curl of the Burl" mahnısı "Ən yaxşı Metal/Hard Rok performansı" nominasiyasında Qremmi mükafatına layiq görüldü. Bu qrupun Qremmi mükafatına ikinci namizədliyi idi. Qrup ilk dəfə 2007-ci ildə "Colony of Birchmen" mahnısı ilə bu nominasiyada Qremmi mükafatına namizəd göstərilmişdi.

Albom Metal Hammer, Classic RockRock Sound jurnalları tərəfindən "İlin Albomu" olaraq adlandırıldı.

2012-ci ilin yanvar ayında qrupun İsveç proqressiv metal qrupu olan Opeth ilə birgə Şimali Amerika turuna çıxacağı açıqlandı. "Heritage Hunter Tour" olaraq adlandırılan tur hər iki qrupun son albomları olan "The Hunter" və "Heritage"-in tanıtımı məqsədini daşıyırdı. 2012-ci il 12 fevral tarixində qrup əsas qrup olaraq karyerasının ən böyük çıxışını Londondakı Brixton Academy'də reallaşdırdı.

Qrup 2012-ci ilin yayını AvropaCənubi Amerikada keçirilən bir çox festivallarda iştirak etdi. Bu The Hunter-ı dəstəkləmək üçün son turlar idi.

Once More 'Round the Sun (2014–2015)

[redaktə | mənbəni redaktə et]

2013-cü ilin əvvəlində Mastodon yeni səsyazmalara. Gitarist Brent Haynds yeni musiqilərini "çox ürküdücü" olaraq təsvir etdi və bu tərzdə üç mahnı yazacaqlarını bildirdi. 2012-ci il 3 dekabr tarixində qrup öz Twitter səhifəsində Monsters University filmi üçün mahnı yazacaqlarını açıqlamışdı. Lakin filmdə istifadə olunan mahnı qrupun 2004-cü ildə çıxan "Leviathan" adlı albomundakı "The Island" mahnısı oldu. Daha sonra qrup 2013-cü ildə keçirilən Energy Mayhem festivalında da yer aldı.

27 fevralda Bren Daylor ilə müsahibə zamanı o açıqladı ki, Mastodonun altıncı studiya albomu 2014-cü ilin yayında yayımlanacaq. Qrupun eyni zamanda 2014-cü ilin qışında çıxacaq olan EP albomlarının da hazırlığını gördüyü bildirildi.

Taste jurnalının 3 aprel tarixində bas gitarist Troy Sanders ilə apardığı müsahibə zamanı gitarist bildirdi ki qrupun yeni çıxacaq olan albomu "Once More 'Round the Sun" olaraq adlanır və albom 15 mahnıdan ibarətdir. O həm də albomun 90 dəqiqəlik olacağını, lakin albomda sadəcə 60 dəqiqəsinin yer alacağını bildirdi. Albomda yayımlanmayan səs yazıları ilə 2014-cü ilin qışında çıxacaq olan EP albomda yer alacaq.

11 aprel tarixində Bren ilə aparılan yeni müsahibə zamanı o albomun iyun ayında çıxacağını açıqladı. 17 aprel tarixində isə artıq albomdan olan ilk sinqlı "High Road" internetdə yayımlandı.

26 apreldə Bil Kellixer albomdan olan ikinci sinqılın "Chimes at Midnight" olaraq adlandığını bildirdi.

Nəhayət 2014-cü il 16 iyun tarixində albom iTunes'da öz yerini aldı. Ancaq albom rəsmi olaraq 24 iyun tarixində Reprise səsyazma şirkəti vasitəsilə yayımlandı. Albom çıxdı ilk həftə ABŞ'da 35.000 nüsxə satdı və Billboard 200 sıralamasında 6-cı sıraya yüksəldi.

2015-ci ilin 18 yanvarında gitarist Bren Haynds Mastodonun yeni albom üzərində işlədiyi xəbərini verdi. Bas gitarist Troy Sanders isə öz müsahibəsində yeni albomdakı mahnıların tam fərqli olacağını və artıq Mastodonun eyni tərzdə mahnılar yazmaq istəmədiyini bildirdi.

Mahnı sözləri

[redaktə | mənbəni redaktə et]

İlk dörd albomun mahnı sözlərində Mastodon konsept olaraq od, su, torpaq və havanın xüsusi elementlərini istifadə etmişdi. Ancaq "Remission" albomu digərilər kimi yox, təkcə od mövzusunu öz mahnı sözlərində istifadə etmişdi. "Crusher Destroyer", "Where Strides the Behemoth" və "Ol'e Nessie" mahnılarının sözlərində uydurma varlıqlar mövzusu əsas götürülmüşdü.

"Leviathan" albomunun mahnı sözlərində German Melvillin məşhur əsəri olan Mobi Dik-i konsept olaraq istifadə etmişdi.

"Blood Mountain" albomunun mahnı sözləri "Qanlı Dağ"-ın zirvəsində "Kristal Kəllə" (Crystal Skull) axtaran adam haqqındadır. Bas gitarist Troy Sanders öz müsahibəsində albom haqqında belə demişdi: "Bu, dağa dırmaşarkən müxtəlif şeylərin baş verməsi və sizin ağaca ilişməyiniz nəticəsində itməyiniz haqqındadır. Siz aclıq çəkirsiniz, halisünasiya görürsünüz və qəribə məxluqlardan qaçırsınız. Siz ovlanmaq üzrəsiniz. Bu, bütün bu mübarizə barəsindədir."

Crack the Skye albomunun mahnı sözləri müxtəlif mövzuları əhatə edir. Albomun başlığında yer almış "Skye", qrupun barabançısı Bren Daylorun 14 yaşında intihar etmiş bacısının adıdır. Albomun mahnı sözlərinin əhatə etdiyi digər mövzular isə "qaranlıq sehr", "astral səyahət" və Rus mistik uzaqgörən Qriqori Rasputin haqqındadır.

The Hunter digər albomlar kimi xüsusi bir konseptə sahib deyil. Albom başlığı 2010-cu il 4 dekabr tarixində Brent Hayds'ın ürək tutmasından ölən kiçik qardaşının xatirəsinə belə adlandırılmışdır.

  • Troy Sanders – vokal, bas gitara (2000 — indiyədək)
  • Brent Haynds – vokal, solo gitara (2000 — indiyədək)
  • Bill Kellixer – ritim gitara, bekvokal (2000 — indiyədək)
  • Brenn Daylor – baraban, vokal (2000 — indiyədək)

Studiya albomları

[redaktə | mənbəni redaktə et]
  • 2002 — Remission
  • 2004 — Leviathan
  • 2006 — Blood Mountain
  • 2009 — Crack the Skye
  • 2011 — The Hunter
  • 2014 — Once More 'Round the Sun
  • 2017 — Emperor of Sand
  • 2021 — Hushed and Grim

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]