Markakol
Markakol | |
---|---|
qaz. Марқакөл | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1447 m |
Eni | 19 km |
Uzunluğu | 38 km |
Sahil uzunluğu | ~100 km |
Sahəsi | 455 km² |
Dərin yeri | 27 m |
Orta dərinliyi | 14 m |
Tökülən çay | Qara İrtış |
Axan çay | İrtış |
Yerləşməsi | |
48°45′00″ şm. e. 85°45′00″ ş. u.HGYO | |
Ölkə | Qazaxıstan |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Markakol — Şərqi Qazaxıstan vilayəti ərazisində yerləşən göl.
Markakol gölünün suyu şəffafdır. Kənarları körfəzlərlə zəngindir. Bəzi hissələrdə sahillərini meşələr örtmüşdü, bəzi hissələrdə isə qayalıqlarə sahilləri təşkil edir.,
Markskol növu Kurçum və Azutau silsilələri ilə əhatələnmişdir. Göl ovalvsri firmaya malik olaraq şimal-mşərqdən cənub-qərbə istiqamətlənir. Dəniz səviyyəsindən 1447 meyr hündürlükdə qərarlaşır. Gölün uzunluğu 38 km, eni isə 19 km təşkil edir. Sahəsi 455 km², sahil xəttinin uzunluğu 106 kilometrdir. Göl ortalama 14,3 metr, maksimal isə 24–27 meyr dərinliyə malildir. Göl yatağı 6,5 km³ suyu saxlaya bilir. Su toplayıcı sahəsi 1180 km²-dir. Gölə ümumilikdə 50 axar tökülür. Onlarda ən iriləri Topolevka, Tixuşka, Yelovna, Karabulak, Jırevkadır. Göldən isə ancaq bir çay başlayır (Kaljır çayı).
Gölün günün və fəsillərin müxtəlifliyində asılı olaraq müxtəlif çalarlara malik olur. Aydın havada mavi və ya göy rəng, tutqun havalalarda isə biz-qara, gümüşü ola bilir. Su səthinin səviyyəsi il ərzində bir necə dəfə dəyişə bilir. Gölün suyu yumşaq, hidrokarbonatlı, kalsiyumlu və azca turşdur. Qış ayları göl donur. Gölün donması oktyabrın ikinci yarısından noyabrın irimisi müddətləri arasında baş verir. Göldən axan Kaljır donmur. İsti keçən qışda ona tökülən bir necə çayda donma müşahidə edilmir. Buz qatının qalınlığı 60–120 sm arasında dəyişir.
Gölün gözəlliyi haqqında coğrafiyaçı-səytahlardan Semyon Tyanşanski, Karl Vilhelm Struve[1] (alm. Karl von Struve), Qriqori Nikolayeviç Potonin[2], Vasili Basileviç Sapojnikov.
Gölün dördüncü dövr buzlaşmasından sonra meydana gəlmişdir. Ətraf ərazikərdə qranit suxurların yer səthinə çıxması buzlaqların faliyyətinin nəticəsidir. Gölün buzlaq məşhəlli olması onun sahillərindən belə müşshidə etmək olur.
Göl balıqlarla zəngindir: Brachymystax, Thymallus. Sahillərində çoxlu sayda quş məskən salır: qaqar, maygülülər, ördəklər, qağayılar və Charadrii. Ətrafında yerləşən meşələrdə isə adi bonazi tetrası, tetra, turac və kəklik kimi quşlar yaşayır
Bölgənin iqlimi kəskin kontinentaldır. Qış ayları bəzən temperatur −55 °C qədər düşə bilir. Gölün buzdan azad olma dövrü aprel ayına tısadüf edir. Orta illik temoeratur isə −4 °C-dir. Yay ayları isə temoeratur 29 °C qədər qalxır. Orta günlük temperaturun 0 °C yuxarı olduğu günlər 162, aşağı olduğu günlər isə 203 təşkil edir.
-
Markakol
-
Markakol
-
Gölün şərq sahili
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Karl Vilhelm Struve". 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.
- ↑ "Səyyah Qriqori Nikolayeviç Potonin Şərqi Qazaxıstana səfəri". 2013-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-13.